Hamiləliyin 39-cu həftəsi

Hamiləliyin 39 həftəsi neçənci aydır?

calendar icon circle

9-cu ay (3-cü rüb)

Maye qızıl

Hamiləliyin 39-cu həftəsində körpəniz çox güman ki, başıaşağı, doğuşa hazır vəziyyətdədir. Onunla üz-üzə görüşməyinizə və əmizdirmə səyahətinə başlamağınıza çox qalmayıb. Ana südünün körpəniz üçün niyə ən yaxşı qida mənbəyi olduğu və həm öz sağlamlığınızı, həm də körpənizin inkişafını sağlam, düzgün balanslaşdırılmış əmizdirmə pəhrizi ilə necə dəstəkləməyiniz barədə öyrənin.

döl hamiləlik həftə 39

39-cu həftədə körpənizin inkişafı

39-cu həftədə uşaqlıq boşluğundan kənardakı həyata hazırlıq

Doğuş tarixinə bir həftə qalmış körpənizin boyu başından büzdün sümüyünə qədər təxminən 36 sm, çəkisi isə təxminən 3175 qramdır.1 Boy və çəki ilə bağlı müxtəlif aralıqlar mövcuddur və bu, sadəcə orta rəqəmlərdir. Körpənizi cift ilə əlaqələndirən göbək bağı da uzanıb və hazırda təxminən 51 sm-dir.1

Körpələr 300 sümüklə dünyaya gəlirlər, böyüdükcə onların bəziləri təbii halda bir-birləri ilə birləşir.

Körpənizin bədən üzvlərinin hamısı artıq yerindədir və təəccüblü olsa da, indi onun sizdən daha çox sümüyü var. Yeni doğulmuş körpələrin ümumilikdə 300 sümüyü olur, onlar böyüdükcə bu sümüklərin bəziləri birləşir və 206 sümük olur.1

Doğuş vaxtı körpənizin bədənində daha diqqətçəkən məqam sinəsinin (əgər qızdırsa) və genital bölgəsinin (xüsusən, oğlandırsa) qabarıq olmasıdır. Bu, hamiləlik hormonları ilə əlaqədardır və doğuşdan bir qədər sonra keçib gedir.1

Bu mərhələdə körpənizin beyni də sürətlə inkişaf etməyə davam edir və vücudu kimi uşaqlıq dövründə və ondan sonra da inkişaf etməyə və böyüməyə davam edəcək.2

Ana südü: Körpənizin inkişafı üçün kompleks dəstək

İndiki vaxtda diqqətinizi daha çox doğuşa və körpənizlə ilk görüşə yönəltsəniz də, qısa zamandan sonra fikrinizi əmizdirməyə istiqamətləndirməyiniz lazım gələcək.

Ana südü sizin və sizin körpəniz üçün unikaldır. O, elə ilk gündən körpənizi karbohidratlar, proteinlər, LPC-lər (uzun zəncirli doymamış yağ turşuları), nukleotidlər, prebiotiklər, vitaminlər, minerallar və anticisimlər də daxil olmaqla qidalandırıcı maddələrin balanslı kombinasiyası ilə dəstəkləmək üçün nəzərdə tutulub.

Ana südü körpənizin fərdi ehtiyaclarını mükəmməl şəkildə qarşılayan ən yaxşı qida mənbəyidir.

Bu kompleks maddə körpəniz böyüdükcə onun ehtiyaclarına uyğunlaşacaq və davam edən inkişafına töhfə verəcək.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Əmizdirmək pəhriziniz barədə indidən düşünmək

Ana südü ilə qidalanma zamanı sağlam, düzgün balanslaşdırılmış pəhriz həm sizi, həm də körpənizi dəstəkləyir. Bütün əsas qida qruplarından çeşidli təzə, qidalandırıcı, az emal edilmiş qidaları yemək körpənizin optimal inkişafı üçün lazım olan geniş miqyasda qidalandırıcı maddələr təmin edən güclü süd tədarükünün qorunmasına kömək edəcək.

Ana südü ilə qidalanma zamanı aşağıdakı qidaları sağlam əmizdirmək pəhrizinizə daxil etməyə çalışın:3

  • Gündə ən azı 5 porsiya müxtəlif meyvə və tərəvəz
  • Çörək, makaron, düyü və kartof kimi bol nişastalı qidalar
  • Yağsız ət, ev quşları, balıq, yumurta, lobya, paxla və qabıqlı çərəzlərdən protein
  • Yağlı balıqlar da daxil olmaqla, həftədə ən azı iki porsiya balıq
  • Süd, pendir və qatıq kimi süd məhsulları (mümkün olduğu qədər az yağlı olanları seçin)

Çoxlu faydaları ilə birlikdə ana südü körpənizə sizin qidalanmağınızdan qaynaqlanan dadları da ötürür, bu isə körpəniz ana südündən qatı qidalara keçid edərkən onu müxtəlif qidaları istəməsinə həvəsləndirə bilər.4 Beləliklə, siz sağlam, düzgün balanslaşdırılmış pəhrizlə bəslənirsinizsə, çox güman ki, körpəniz də elə olacaq.5

NÖVBƏTİ ADDIMLAR

Hamiləliyin son həftələri və ana südü ilə qidalanmanın ilk günlərində ideal olan çərəzlər üçün aşağıdakı qidaları alış-veriş siyahınıza əlavə edin:

  • Günəbaxan və balqabaq tumu
  • Kəpəkli pita çörəyi
  • Zənginləşdirilmiş tam buğda səhər yeməyi yarması
  • Qatıq və qatıqdan hazırlanan içkilər
  • Ərik, əncir və qara gavalı kimi quru meyvələr
  • Kök, xiyar, çerri pomidoru kimi xoşladığınız tərəvəzlər

1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and earlyparenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p.50.

2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 337.

3. Gandy J (Ed). Manual of Dietetic Practice, 5th Edition. Wiley Blackwell. UK. 2014 pp.237-238.

4. Cooke L, Fildes A. The impact of flavour exposure in utero and during milk feeding on food acceptance at weaning and beyond. Appetite 2011;57(3): 808- 114.

5. Robinson S, Marriott L, Poole J, et al. Dietary patterns in infancy: the importance of maternal and family influences on feeding practice. The British journal of nutrition 2007;98(5): 1029-37.

Son baxış: 9 sentyabr 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x