Hamiləliyin 27 həftəsi neçənci aydır?
6-cı ay (2-cü rüb)
Xülasə
27-ci həftə üçüncü rübün başlandığına işarə edir və körpəniz daha da dolğunlaşır. Onun hissiyyatı da sürətlə inkişaf edir, gözləri işığa qarşı daha həssas olmağa başlayır. Qıcqırma əlamətləri bu mərhələdə çox rastlaşılan problemdir. Uzaq durmalı olduğunuz qidalar və digərləri barədə öyrənməyiniz faydalı olar.
27-ci həftədə körpənizin inkişafı
27-ci həftədə yağ yığmaq
Hamiləliyin 27-ci həftəsində körpənizin başından buduna qədər olan ölçüsü təxminən 24 sm, çəkisi isə 900 qramdan bir qədər çoxdur.1 Dərisinin altında daha çox yağ yığılması ilə o, yeni doğulmuş körpə kimi dolğun görünməyə başlayır.1 Bu yağlar onun bədən temperaturunun qaydada saxlanılmasına və doğuşdan sonra isti qalmasına kömək edir.2
Onun hissiyyatı da sürətlə inkişaf edir, göz retinaları işığa qarşı daha həssas olmağa başlayır.3 Kirpikləri də artıq yerindədir və körpəniz uşaqlıq boşluğunuzu tərk edən kimi onun incə gözlərini qoruyacaq.
Təəccüblü olsa da, körpənizin dad tumurcuqları o qədər inkişaf edib ki, o, yediyiniz fərqli qidalardan meydana gələn müxtəlif dadları amniotik mayedə ayırd edə bilir.4 Həttə onun ədviyyatlı yeməklər kimi bəzi qidaları yediyiniz zaman daha da aktivləşdiyini hiss edə bilərsiniz.
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Hamiləlik dövründə qıcqırma
Hamiləlik dövründə proqestron səviyyəsinin yüksəlməsi doğuşa hazırlaşarkən əzələlərinizi yumşaldır. Bu, eyni zamanda mədənizin girişində yerləşən və az miqdarda mədə turşusunun qida borunuza sızmasına imkan verən qapağa da təsir göstərir. Böyüyən uşaqlıq boşluğunun mədənizə təzyiq göstərməsi ilə bərabər bu amil də mədədə yanma hissinin yaranmasına səbəb ola bilər.5
Bəzi qidaların mədədə yanma hissinə təkan verə biləcəyi səbəbindən qidalanmağınıza xüsusi diqqət ayırmalısınız. Narahatlıq yarada biləcək qidaları müəyyənləşdirdikdən sonra onları az miqdarda yeməyə çalışın. Əsas odur ki, hansısa qida qruplarını və ya qidalandırıcı maddələri ixtisar etməyəsiniz, buna görə də müəyyən qidalara dözümlülük göstərə bilmirsinizsə, bu barədə mütləq həkiminizə məlumat verin.
Siz həmçinin yeməkdən sonra dik şəkildə oturaraq yediklərinizi həzm etməyə başlaması üçün bədəninizə vaxt verməklə də qıcqırma əlamətlərini azalda bilərsiniz. Bəzi analar az-az, amma vaxtaşırı yeməyin və yatmazdan öncə yeməməyin kömək etdiyini düşünürlər. Əgər istəsəniz, başınız və çiyinlərinizin dik qalması üçün əlavə yastıqlar qoymaqla yatmağı sınaya bilərsiniz.
Mədədə qıcqırmaya qarşı hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminiz, ginekoloqunuz və ya əczaçı ilə məsləhətləşin, çünki bəziləri hamiləlik dövründə uyğun görülməyə bilər.
NÖVBƏTİ ADDIMLAR
Mədədə qıcqırma hissini azaltmaq üçün aşağıdakıları sınamağa çalışın:5,6
- Kofein tərkibli qidalar və içkilərdən (məsələn, çay, kofe, kola, şokolad) uzaq durun
- Turş qidalar və içkilərdən uzaq durun
- Ədviyyatlı və yağlı yeməklərdən uzaq durun
- Əlamətlərin başladığını hiss etdikdə süd tərkibli qidalar yeməyə çalışın
1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 43.
2. Regan, L. Your pregnancy week by week. London: Dorling Kindersley Limited, 2013. p. 203.
3. Curtis GB, Schuler J. Your pregnancy week by week. 7th ed. Cambridge: Fisher books, 2011. p. 385.
4. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 262.
5. NHS UK. Indigestion and heartburn during pregnancy [Online]. 2014. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/indigestion-heartburn-pregnant.aspx [Accessed August 2016].
6. Gandy J (ed). Manual of Dietetic Practice. 5th ed. Oxford: Wiley Blackwell. 2014. p. 90.
Son baxış: 8 avqust 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.