Hamiləliyin 38 həftəsi neçənci aydır?
9-cu ay (3-cü rüb)
Hərəkət qaydası
Hamiləliyin 38-ci həftəsində körpənizin çəkisi təxminən 3175 qramdır. Bu ərəfədə körpələrin çoxu qarnın aşağı hissəsinə doğru hərəkət edir, doğuşun uzaqda olmadığı mənasını verən bu prosesə “yumşalma” da deyilir. Doğum evi çantanıza daxil edə biləcəyiniz sağlam çərəzlərlə bağlı təkliflərimizi oxuyun. Bu çərəzlər həm sizin, həm də körpəniz üçün fayda verəcək qidalandırıcı dəstək olacaq.
38-ci həftədə körpənizin inkişafı
Hamiləliyin 38-ci həftəsində daha asan nəfəsalma
Hamiləliyin 38-ci həftəsində çəkisi təxminən 3 kq1 olan körpəniz artıq tam inkişaf edib və doğuşa hazırdır.2 Hətta “yumşalma” kimi bilinən bu prosesdə körpəniz qarın boşluğunuza doğru daha dərinə hərəkət edə bilər. Bəzən bu, böyümüş qarnınızın bir qədər balacalaşması ilə görünsə də, bəzi gələcək analarda bu proses ancaq doğuşun başlanğıcında müşahidə olunur.1
Bu ərəfədə körpəniz hamiləliyin böyük bir hissəsində onun üçün izolyasiya rolunu oynayan lanuqo adlı yumşaq tük təbəqəsini artıq töküb. Bəzi körpələr kiçik ləkələr ilə doğula bilərlər, amma onlar da həyatlarının ilk günlərində və ya həftələrində tədricən yox olacaq.1
Körpənizin orqanizminin doğuşdan sonrakı həyata hazırlaşmasının başqa bir yolu da ağ ciyərlərində daha çox surfaktant olmasıdır. Bu maddə amniotik maye qəbulundan hava ilə nəfəs almağa keçərkən ağ ciyərlərdəki hava kisələrinin bir-birlərinə yapışmasının qarşısını alır.3
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Doğuş üçün çərəzlər: Enerji və qidalanma barədə düşünün
Körpənizin gəlişi yaxınlaşdıqca 38-ci həftə xəstəxana çantanızı hazırlamaq üçün əla vaxtdır. Şəxsi və lazımlı əşyalardan başqa doğuş əsnasında əlavə enerjiyə ehtiyacınız olacağı halda müxtəlif qidalandırıcı çərəzləri də özünüzlə götürməyiniz faydalıdır.
Böyük ehtimalla çox yemək istəmirsiniz, amma qidalandırıcı maddələri ilə zəngin bir qədər çərəz sizi gümrah saxlayar. Özünüzlə müxtəlif qidaları götürün; doğuş vaxtı özünüzü necə hiss edəcəyinizi və nə istəyəcəyinizi bilmirsiniz.
Növbəti addımlar
Doğuş vaxtı güc təmin etməklə vücudunuzu və əmizdirərkən körpənizi dəstəkləyəcək sağlam, enerjili çərəzlər qablaşdırın:
- Banan
- Ərik, kişmiş və digər quru meyvələr
- Təzə meyvə
- Yarma batonu
- Yulaf peçenyesi
- Bir ovuc qabıqlı çərəzlər
Susuz qalmamaq üçün özünüzlə bəzi içkiləri götürməyi də unutmayın. Rahat içilməsi üçün bəzi qadınlar idman içkiləri, su və ya meyvə şirəsini idman su qablarında götürürlər.
1. NHS UK. You and your baby at 37-40 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-37-38-39-40.aspx [Accessed September 2016]
2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 49.
3. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 337.
Son baxış: 9 sentyabr 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.