Hamiləliyin 34-cü həftəsi

Hamiləliyin 34 həftəsi neçənci aydır?

calendar icon circle

8-ci ay (3-cü rüb)

Sümük strukturu

Hamiləliyinizin 34-cü həftəsində körpəniz bədən temperaturunu nizamlamağa və doğuşdan sonra isti qalmasına kömək üçün yağ toplamaq şəklində çəki artırır. Bu mərhələdə onun sümükləri də möhkəmlənməyə davam edir. Siz hər ikinizi dəstəkləmək üçün geniş çeşiddə sağlam qidalarla bəslənməyə davam etməlisiniz. İndi faydalı vərdişlər qazanmağınız körpənizi ana südü ilə qidalandırarkən onun ehtiyac duyduğu qidalandırıcı maddələri yeməyinizi davam etdirməyi asanlaşdıracaq.

döl hamiləlik həftə 34

34-cü həftədə körpənizin inkişafı

34-cü həftədə sümüklərin möhkəmlənməyə davam etməsi

Hamiləliyin 34-cü həftəsində böyüyən körpənizin çəkisi təxminən 2267 qram, başından büzdüm sümüyünə qədər ölçüsü isə təxminən 31 sm-dir.1 Bu əlavə çəkinin bir hissəsi möhkəmlənməyə və güclənməyə davam edən sümüklərinin hesabınadır. Körpənizin baş sümükləri isə istisnadır: onlar hamiləlik boyunca yumşaq və ayrı qalacaqlar, bununla da təhlükəsiz hərəkət edəcək və doğuş zamanı məruz qalacaqları təzyiqə uyğunlaşacaqlar.2

Körpənizin immun sisteminin etməli olduğu hələ çox şey var – o, bütün hamiləlik boyu və uşaqlıq illərində inkişafa davam edəcək.

Hamiləliyin 34-cü həftəsində körpənizin bir çox orqanizm sistemi fəaliyyət göstərir, immun sistemi isə hələ ki, inkişaf mərhələsindədir.2 O, doğuşdan sonra da sizin orqanizminiz ana südü ilə anticisimlər kimi qoruyucu faktorları çatdırmaqla bunu dəstəklədikcə inkişafa davam edəcək.2

Əgər uşaqlıq boşluğunuzun içinə nəzər sala bilsəydiniz, körpənizin dırnaqlarının artıq barmaq ucları qədər böyüdüyünü görə bilərsiniz. Körpəniz oğlandırsa, bu mərhələdə xayaları da görünə bilər, hərçənd ki, çox az sayda körpə aşağı enməmiş xayalarla doğulur. Adətən bu onların bir yaşına qədər öz-özünə düzəlir.3

Doğuş tarixi yaxınlaşdıqca doğum evi çantanızı hazırlamaq vaxtı da gəlib çatır. Doğuş ərəfəsində hansı növ çərəzləri yeyə biləcəyinizi indidən düşünsəniz, həmin vaxt buna hazır ola bilərsiniz. Yaddan çıxartmayaq ki, körpələrin yalnız 5%-i proqnoz olunan doğuş tarixində gəlir, buna görə də körpənizin nə vaxt gələcəyi ilə bağlı bələdçi sadəcə bələdçidir.1

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Əmizdirmə üçün sağlam vərdişlərin əsasını qoymaq

Körpəniz doğulduqdan sonra orqanizminiz onun ehtiyac duyduğu bütün qidalandırıcı maddələri südünüz vasitəsi ilə təmin edəcək. Hamiləlikdə olduğu kimi orqanizminiz körpənizin ehtiyaclarını əsas tutacaq, buna görə də hər ikinizi dəstəkləməsi üçün pəhrizinizdə qidalandırıcı maddələr və enerjinin düzgün balansını qorumaq vacibdir.

“Hamiləlik dövründə sadiq qaldığınız sağlam qidalanma vərdişləri körpənizi əmizdirərkən də eyni dərəcədə əhəmiyyətli olacaq.”

Hamiləlik dövründə əhəmiyyətli hesab edilən müəyyən qidalandırıcı maddələr körpənizin həyatının ilk bir neçə ayında da vacib rol oynayır. Xüsusən:

  • D vitamini – körpənizin sümüklərinin sağlam inkişafını dəstəkləyir.4 Hamiləlikdən sonra da D vitamini əlavəsini qəbul etmək gündəlik tövsiyə edilən miqdarı təmin edəcək.
  • LCP-lər, xüsusən də DHA – körpənizin beyninin və gözlərinin inkişafını dəstəkləyir.5 Pəhrizinizə həftədə iki porsiya yağlı balıq daxil etməklə əlavə DHA qəbul edə bilərsiniz.
  • Dəmir – həm indi, həm də doğuşdan sonra körpənizin koqnitiv inkişafını dəstəkləyir,6 həmçinin qırmızı qan hüceyrələrinin əsas komponenti olmaqla oksigenin bütün bədən boyu ötürülməsində vacib rol oynayır. Dəmirlə zəngin qidalara ət, yağlı balıqlar, yarpaqlı, yaşıl tərəvəzlər və lobya aiddir.

Əmizdirərkən diqqət etməli olduğunuz digər məqam maye qəbul etməyinizdir. Orqanizmin əhəmiyyətli miqdarda süd hazır edə bilməsi üçün əmizdirən qadınlara gün ərzində gündəlik tövsiyə olunan 2 litrdən əlavə 700 ml su içmələri məsləhət görülür.8 Bu, gündə 10-11 stəkan edir. Amma unutmayın ki, çay, qəhvə, süd, meyvə şirəsi, şorbalar və kokteyllər də bu göstərilən miqdara aiddir.

Hamiləliyin bu son həftələrində də bol miqdarda mayeyə ehtiyacınız var, buna görə də əgər kifayət qədər su içmədiyinizdən şübhələnirsinizsə, bu miqdarı artırmağın və sağlam su içmək vərdişinin təməlini qoymağın əsl vaxtıdır.

NÖVBƏTİ ADDIMLAR

Yağlı balıqlar, D vitamini, dəmir və Omeqa-3 LCP-ləri faydalı qidalandırıcı maddələr mənbəyidir. Üçüncü rübdə və körpənizi əmizdirərkən sağlam çərəzlər və əlüstü qidalar ilə bağlı bu tövsiyələri etməyə çalışın. Tərkibində kirlədici maddələrin olması ehtimalına görə həftədə iki porsiya məhdudiyyətinə diqqət edin:9

  • Təzə pomidor ilə tost üzərində sardina
  • Kəpəkli kreker üzərində skumbriya ilə xiyar dilimləri
  • Təzə tunes steyki ilə təzə kartof və yaşıl lobya
  • Qızardılmış qızılbalıq və yaşıl salat ilə roll
  • Kartof salatı və yaşıl yarpaqlı salat ilə siyənək paşotu

  1. NHS UK. You and your baby at 33-36 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-33-34-35-36.aspx [Accessed August 2016].
  2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 46-9.
  3. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 307.
  4. Commission Regulation (EC) No 983/2009 of 21 October 2009 on the authorisation and refusal of authorisation of certain health claims made on food and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 277, 22.10.2009, pp. 3–12.
  5. Commission Regulation (EU) No 440/2011 of 6 May 2011 on the authorisation and refusal of authorisation of certain health claims made on foods and referring to children’s development and health. OJ L 119, 7.5.2011, pp. 4–9.
  6. Commission Regulation (EU) No 957/2010 of 22 October 2010 on the authorisation and refusal of authorisation of certain health claims made on foods and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 279, 23.10.2010, pp. 13–17.
  7. Commission Regulation (EU) No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health. OJ L 136, 25.5.2012, pp. 1–40.
  8. European Food Safety Authority. Scientific Opinion on Dietary Reference Values for water. EFSA Journal 2010; 8(3):1459 p. 48.
  9. NHS UK. Foods to avoid in pregnancy [Online]. 2015. Available at: https://www.nhs.uk/pregnancy/keeping-well/foods-to-avoid/ [Accessed March 2021].

Son baxış: 8 avqust 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x