Xülasə
Nutrilon Premium ən yüksək keyfiyyətli südlü qatışıqların istehsalında qərarlıdır və məhsullarımızı seçməkdə ailələrdə əminlik yaratmaq üçün hərtərəfli və tam yoxlamalar silsiləsindən istifadə edir. Sərt keyfiyyət, məhsul və təhlükəsizlik standartlarımıza çatmağımızı təmin etmək üçün atdığımız addımlar haqqında ətraflı oxuyun.
Təzə inək südünü uyğunlaşdırılmış südlü qatışığa necə çevirdiyimiz barədə maraqlanırsınızsa, Nutrilon Premium südlü qatışığının necə hazırlandığını da öyrənə bilərsiniz.
EaZypack toz qatışığının hər partiyası fabrikdən çıxmazdan əvvəl keyfiyyətə nəzarətə dair 31 testdən keçməlidir.
Bütün Nutrilon Premium südlü qatışıqları formullarının ciddi tələblərimizə cavab verməsini təmin etmək üçün yağ, zülal və nəmlik analizləri kimi çox sayda kimyəvi, fiziki və mikrobioloji testlər aparırıq.
Toz südlər tozun bərabər ölçüdə və mükəmməl şəkildə təmiz olmasını təmin etmək üçün 2 mm-lik incə dəlikli ələkdən keçirilir. Daha sonra toz xüsusi hazırladığımız qablaşdırmalara yığılır.
Oksigeni qablaşdırmadan çıxarmaq üçün azotdan istifadə olunur; bu, məhsulu təzə saxlayır, bu səbəbdən də qablaşdırmalar davamlı olaraq oksigen miqdarına görə yoxlanılır, həmçinin istiliklə möhürlənmiş folqa qapağı ilə bağlanır.
Bütün qablaşdırmaların uyğun çəkini saxlamasını təmin etmək üçün təkmilləşdirilmiş detektordan istifadə olunur. Çömçələr qablaşdırmalara avtomatik olaraq paylaşdırılır və sonra keyfiyyəti təmin etmək üçün bütün məhsullar rentgen aparatı ilə skan edilir.
Nümunələr qablaşdırmadan əvvəl və sonra götürülür və sərt məhsul standartlarımıza uyğun olaraq sınaqdan keçirilir. Biz eyni zamanda qablaşdırmanın bütövlüyünü yoxlamaq üçün üçün də bir sıra ənənəvi testlər keçiririk. Bütün bunlar bir Nutrilon qablaşdırmasının fabrikimizi tərk etməsindən əvvəl baş verir.