Hamiləliyin 25-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 25 həftəsi neçənci aydır?

calendar icon circle

6-cı ay (2-ci rüb)

foetus icon

25-ci həftədə körpənin inkişafı

Körpəniz hıçqırır, yoxsa rəqs edir?

pregnancy icon

25 həftəlik hamiləlik

Bu həftə biz iki növ hamiləlik şişkinliyini kəşf edirik.

fish icon 2

Qidalanmaya diqqət

Doğrudanmı “iki nəfərlik” yeməlisiniz?

25-ci həftədə körpənin inkişafı

Foetus Pregnancy Week 25

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 25-ci həftəsində körpənizin başından büzdüm sümüyünə qədər uzunluğu təxminən 22 sm, çəkisi isə təxminən 700 qramdır.1 İndi o, hardasa gül kələmi boydadır.

Koordinasiyasının inkişaf etməsi ilə körpəniz indi yumruq yığa və ayaqlarına qədər uzana bilir.1 Qarnınıza toxunarkən sizə cavab olaraq hərəkət etdiyini hiss edə bilərsiniz,2 hətta körpəniz hıçqırdıqda belə bunu müşahidə edə bilərsiniz.3

Dərisinin altında kapilyarları formalaşdıqca və qanla dolduqca körpəniz çəhrayı rəng almağa başlayır.4 Daxildə körpənizin ağ ciyərləri ilk nəfəsini almağa başlayır və onlar doğulan kimi ağ ciyərin normal funksiyasını dəstəkləyən surfaktant hazırlamağa başlayır.3 Bu ərəfədə ağzının ətrafındakı sinirlər inkişaf edir.1 Bunlar süd ilə qidalanmanın ilk vaxtlarında körpənizin toxunma duyğusu ilə ağzını döş uclarınıza doğru yönəltməsinə kömək edəcək.1

Körpənizin eşitməsi inkişaf etmişdir və indi o, valideynlərinin səsini tanıya bilir. Hətta onun müəyyən musiqilərə xüsusi reaksiya verdiyini də müşahidə edə bilərsiniz.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləliyin 25-ci həftəsi (ikinci rüb)

Orqanizmimdə nə baş verir?

Sizi və körpənizi birləşdirən, körpənizə lazımi qidalandırıcı maddələr və oksigen ötürən və ondan artıqları xaric edən göbək bağı indi qalın və möhkəmdir.5

Siz əllərinizdə, ayaqlarınızda və üzünüzdə şişkinlik görə bilərsiniz. Bu, çox güman ki, hamiləliyin bu mərhələsi üçün normal əlamət sayılan su yığılması ilə əlaqədardır. Bununla belə, şişkinlik müşahidə etdiyiniz zaman mütləq bu barədə ginekoloqunuz və ya həkiminizə məlumat verin. Bu, adətən hamiləliyin ikinci yarısında və ya doğuşdan dərhal sonra üzə çıxan preeklampsiya6 əlaməti də ola bilər.

Preeklampsiya əlamətləri sırasında şişkinlik ilə bərabər başağrıları, bulanıqgörmə, qığılcım kimi işıq parlaması və qabırğalarınızın düz altında ağrı da var.6 Bu əlamətlərdən hər hansı birini müşahidə etsəniz, terapevtiniz və ginekoloqunuza müraciət edin.

Körpəniz mədənizin olduğu bölgəyə doğru böyüməyə davam edir. Bu sizin çoxlu gəyirmənizə səbəb ola bilər. Amma bu, tək körpənizin günahı deyil: hormonlar və zəifləmiş əzələlər də mədə pozğunluğu və qıcqırmaya təkan verir.7

25-ci həftədə hamiləlik əlamətləri

Getting a good nights sleep

“Yalaçı doğuş sancıları” kimi də bilinən Braxton-Hicks sancıları uşaqlıq boşluğu gərildikdə və yumşaldıqda baş verir. Bu, sizin vücudunuzun doğuş üçün məşq etməsidir və narahat olmağa əsas yoxdur. Hətta bəzi qadınları onları hiss etmir.8

Qarnınız böyüdükcə yatmaq çətinləşə bilər. Böyrü üstə yatmağa çalışın, bu, körpənizə, uşaqlıq boşluğuna və böyrəklərinizə daha yaxşı qan axını üçün yaxşı təsir edir.9 Uzun müddət arxası üstə uzanmaqdan çəkinin və yuxunuzun yaxşılaşması üçün hamiləlik yastığı almaq barədə düşünün.

Qıcolma adətən gecələr tutur, odur ki, onu ötüşdürmək üçün ayağa dursanız, işığı yandırmağı unutmayın. Axı ilişmək və yıxılmaq istəmirsiniz. Qol, topuq və ayaqlar üçün yüngül hərəkətlər qıcolmanın qarşısını almağa kömək edər.

Qarnınız böyüdükcə qarnınızda və ya döşlərinizdə çat izləri görünə bilər. Doğuşdan sonra onlar adətən daha az nəzərə çarpır. Pulunuzu “möcüzəli kremlər”ə xərcləməyin, adi nəmləndirici krem və ya bədən yağı ilə masaj kifayət edər.10

Qarnınızın yan tərəfində ağrılar uşaqlıq boşluğunun genişlənməsi (onu yuvarlaq bağ ağrıları da adlandırırlar) səbəbindən olur.11

Hormonlarınız sizi diş əti xəstəliklərinə qarşı daha həssas edir.12

Qidalanmaya diqqət

food to avoid during breastfeeding

Bir tərəfdən mədə hissənizə doğru böyüyən körpəniz var. Digər tərəfdən isə xüsusən üçüncü rübdə daha çox kalori qəbul etməyiniz lazımdır. Sonuncu rübdə hər gün təxminən əlavə 200 kalori qəbul etməyiniz tövsiyə olunur.13

Daha az yerə daha çox qidanı necə yerləşdirmək olar? Bir yolu “otlamaq”dır. Gün ərzində üç dəfə böyük miqdarda yeməkdənsə, beş və ya altı dəfə az miqdarda yesəniz, özünüzü tox hiss etməyəcəksiniz. Bu sizdə mədə pozğunluğu və qıcqırma hallarını da azaldacaq.

Bununla bərabər, hər kəs fərqli olduğu üçün sizin qəbul etməli olduğunuz kalori miqdarı metabolizmanızdan, aktiv olmağınızdan və birdən çox körpə daşıyıb-daşımamağınızdan asılıdır. Biz sağlam hamiləlikdən zövq almağınıza və körpənizin sağlam gələcəyinə kömək edəcək bir sıra dadlı, balanslaşdırılmış hamiləlik reseptləri hazırlamışıq.

Yemək: sonuncu rübdə nəyi yeməli, nəyi yeməməli

  • Sizi tox hiss etdirməyəcək kiçik miqdarda, amma qısa aralıqlarla yemək.
  • Yağlı və ədviyyatlı yeməklərdən uzaq durun.
  • Pəhrizinizə bol miqdarda C vitamini, K vitamini, tiamin (B1 vitamini) və lif daxil edin.14
  • Kofein qəbulunu aşağı miqdarda saxlayın və yüksək kofeinli, şəkərli enerji içkilərindən uzaq durun.
  • Yemək yeyərkən dik oturmaq həzminizə kömək edər.15

ƏLAVƏ KALORİNİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Hamilə qadınların “iki nəfərlik” yeməli olduqları fikri geniş yayılıb.16 Bu, həqiqət deyil: körpəniz ilk altı ayda bütün lazımi qidalandırıcı maddələri sizdən yemək miqdarınızı artırmağa ehtiyac olmadan alacaq.16

Əslində araşdırmalar hamiləlik dövründə artıq çəkisi olan qadınlarda uşaqsalma riskinin və hamiləlik diabeti, preeklampsiya, yüksək qan təzyiqi kimi halların artdığını göstərir.17

Körpənizin doğuşdan öncəki sonuncu böyümə təkanına kömək olacaq sağlam və düzgün balanslaşdırılmış pəhrizlə qidalanmağı davam etdirdiyinizdən əmin olun.

  1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 43.
  2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 261.
  3. NHS UK. You and your baby at 25 weeks pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/25-weeks-pregnant/ [Accessed December 2019]
  4. Mother & Baby. 25 weeks pregnant: advice, symptoms and what to expect. [Online] Available at: https://www.motherandbaby.co.uk/[Accessed December 2019]
  5. NHS UK. What is the umbilical cord? [Online] Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/what-is-the-umbilical-cord/ [Accessed December 2019]
  6. NHS UK. Overview: Pre-eclampsia. [Online] Available at: https://www.nhs.uk/conditions/pre-eclampsia/ Page last reviewed: 7 June 2018. Next review due: 7 June 2021
  7. NHS UK. Indigestion and heartburn in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/indigestion-heartburn-pregnant/ Page last reviewed: November 2017. Next review due: November 2020
  8. Tommy’s. Braxton Hicks. [Online] Available at: https://www.tommys.org/pregnancy-information/labour-birth/braxton-hicks Last reviewed: July 2019. Next review due July 2022.
  9. National Sleep Foundation (USA). Sleeping By the Trimesters: 3rd Trimester. [Online] Available at: https://www.sleepfoundation.org/articles/sleeping-trimesters-3rd-trimester [Accessed December 2019]
  10. NHS UK. Stretch marks in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stretch-marks-pregnant/ [Accessed December 2019]
  11. NHS UK. Start4life. Week 15 – your second trimester. [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-15/
  12. NHS UK. Week 13 – your second trimester. [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-13/#anchor-tabs [Accessed December 2019]
  13. BBC NEWS UK. Women ‘unsure how much to eat while pregnant’ – survey. [Online] Available at: https://www.bbc.co.uk/news/health-40698876 [Accessed December 2019]
  14. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.
  15. BabyCentre. Healthy foods for your third trimester: photos. [Online] Available at: https://www.babycentre.co.uk/l25007449/healthy-foods-for-your-third-trimester-photos [Accessed December 2019]
  16. Everyday Health. The Best Moves to Aid Digestion. Madeline R. Vann, MPH. Medically Reviewed by Niya Jones, MD, MPH. [Online] Available at: https://www.everydayhealth.com/digestive-health-pictures/the-best-moves-to-aid-digestion.aspx [Accessed December 2019]
  17. Tommy’s. How much extra should I eat in pregnancy? [Online] Available at: https://www.tommys.org/pregnancy-information/im-pregnant/nutrition-pregnancy/how-much-extra-should-i-eat-pregnancy
  18. NHS UK. How much weight will I put on during my pregnancy? [Online] Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/how-much-weight-will-i-put-on-during-my-pregnancy/ Page last reviewed: October 2018. Next review due: October 2021.

Son baxış: 14 yanvar 2020

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x