Oxuma müddəti: 4 dəqiqə
Hamiləliyin 10 həftəsi neçənci aydır?
3-cü ay (1-cü rüb)
10-cu həftədə körpənin inkişafı
Körpənizin beyni inkişafının sürətli dövründədir.
10-cu həftədə körpənin inkişafı
Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?
Hamiləliyin 10-cu həftəsində körpənizin ölçüsü 3-4 sm1,2 arasında dəyişir, təxminən əncir böyüklüyündə. Artıq körpə kimi görünməyə başlasa da, onun başı hələ də proporsional ölçüdə deyil, bu, hətta indiki erkən mərhələdə belə beyin inkişafının baş verməsinin göstəricisidir.3
Körpənizin inkişafda olan çənə sümüyündə çox kiçik diş tumurcuqları formalaşır. Bambalaca qulaq kanalları da şəkil aldığı4 vaxt bütün bədən boyu sümük və qığırdaqların böyüməsi baş verir.2
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Hamiləliyin 10-cu həftəsi (birinci rüb)
Orqanizmimdə nə baş verir?
Hamiləliyin 10-cu həftəsində qarında şişmənin başlandığını görə bilərsiniz, amma bu, heç də hamı üçün keçərli deyil.
10-cu həftədə erkən hamiləlik əlamətləri5
Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 10-cu həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.
Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.6 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.7
Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.
Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.
Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində10 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Dəmirə diqqət
Dəmir hamiləlik dövründə sağlam pəhrizin əsas qidalandırıcı maddələrindəndir. Qan hüceyrələrinin oksigeni bütün vücudunuz boyu və körpənizə daşıması üçün ona ehtiyacı var. Körpəniz isə normal koqnitiv inkişaf üçün dəmirə ehtiyac duyur.
Hamiləlik dövründə sizdə dəmirin miqdarı müntəzəm olaraq yoxlanılacaq. Amma hansısa vaxt özünüzü süst, halsız hiss etsəniz, terapevtinizə və ginekoloqunuza bu barədə məlumat verin. Sizin bir müddət dəmir əlavəsi qəbul etməyiniz lazımdır. Qadınların gündəlik 14,8 mq dəmir qəbul etmələri tövsiyə olunur.11
Dəmir qəbulunu artırın
Dəmirlə zəngin qidalara qırmızı ət, yağlı balıq, yumurta, quru meyvə, gücləndirilmiş səhər yeməyi yarmaları və tam buğda çörəyi, eyni zamanda yaşıl, yarpaqlı tərəvəzlər aiddir. Bütün bu qidaların tərkibi dəmirdən əlavə əhəmiyyətli qidalandırıcı maddələr çeşidinə malikdir.
Digər qidalandırıcı maddələr orqanizminizin dəmiri sormasına təsir edir.11 Məsələn, C vitamini lobya və yaşıl, yarpaqlı tərəvəzlərdə rast gəlinən bitki mənşəli qeyri-hem dəmirin sorulmasına kömək edir.11 Kalsium isə ona əngəl yaradır. Bundan başqa çay və qəhvənin tərkibində olan aşılayıcı maddələrin də dəmirin sorulmasına mənfi təsir göstərdiyi bilinir.11
Orqanizminizin sorduğu dəmirin miqdarını maksimum yüksəltmək üçün dəmir tərkibli bitkiləri C vitamini ilə zəngin meyvə və ya bir stəkan meyvə şirəsi ilə birlikdə qəbul edin.
Dəmirlə zəngin aşağıdakı qidaları qəbul etməyi planlaşdırın:
- Yağsız ət (yaxşı bişdiyinə əmin olun) və sardina kimi yağlı balıqlar
- Brokkoli, su tərəsi, ispanaq və kələm də daxil olmaqla tünd yaşıl tərəvəzlər
- Xüsusən keşyu qoz olmaqla, qabıqlı çərəzlər
- Noxud və mərci kimi paxlalı bitkilər
- Kəpəkli çörək və dəmirlə zənginləşdirilmiş səhər yeməyi yarması da olmaqla tam buğda qidalar
- Ərik, qara gavalı və kişmiş kimi quru meyvələr
- Yumurta
DƏMİRİN
ELMİ ƏSASI
Nutricia tərəfindən dəstəklənir
Kifayət qədər dəmir qəbulu vücudunuz boyu oksigeni daşıyan qırmızı qan hüceyrələrinin və qanda hemoqlabinin formalaşmasını dəstəkləyir.12 Sağlam qırmızı qan hüceyrələrinə malik olmaq anemiya riskini azaldır. Bəzən dəmir çatışmazlığı anemiyası adlanan bu vəziyyət özünüzü yorğun, əzgin və təngnəfəs hiss etməyinizə səbəb ola bilər.
Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?
Hamiləlikdə dövründə çəki yığılması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq (22-28 lb) artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.16 Learn everything you need to know about Hamiləlikdə çəki artımı barədə bilməli olduqlarınızı öyrənin.
Əgər siz hələ də terapevtin qəbulunda olmamısınızsa, bunu etməyiniz lazımdır, çünki o, ilk ultrasəs müayinə də daxil olmaqla doğuş öncəsi qulluğunuzun planlaşdırılmasına start verəcək.
1. Papaioannou GI et al. Normal ranges of embryonic length, embryonic heart rate, gestational sac diameter and yolk sac diameter at 6-10 weeks. Fetal Diagn Ther 2010;28(4):207-19.
2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 169.
3. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 33.
4. NHS UK. You and your baby at 9-12 weeks pregnant [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-9-10-11-12.aspx Page last reviewed: 17 July 2018. Next review due: 17 July 2021.
5. NHS. Signs and symptoms of pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/signs-and-symptoms-pregnancy/ Page last reviewed: 6 October 2018. Next review due: 6 October 2021.
6. Noel M. Lee, M.D., Gastroenterology Fellow and Sumona Saha, M.D., Assistant Professor of Medicine. Nausea and Vomiting of Pregnancy. 2011. Pub 2013. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3676933/
7. NHS Start 4 Life. 1st trimester, week 10 [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/1st-trimester/week-ten/
8. NHS. Vaginal bleeding in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vaginal-bleeding-pregnant/ Page last reviewed: 26 January 2018. Next review due: 26 January 2021.
9. NHS. Stomach pain in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stomach-pain-abdominal-cramp-pregnant/ Page last reviewed: 1 May 2018. Next review due: 1 May 2021.
10. Claudio N. Soares and Brook Zitek. Reproductive hormone sensitivity and risk for depression across the female life cycle: A continuum of vulnerability? 2008. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2440795/
11. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.
12. European Union. Commission Regulation (EU) No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health. OJ L 136 2012;1-40.
13. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.
Son baxış: 23 oktyabr 2019
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.