Hamiləliyin 13-cü həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 13 həftəsi neçənci aydır?

calendar icon circle

3-cü ay (2-ci rüb)

foetus icon

13-cü həftədə körpənin inkişafı

Körpənizin səs telləri inkişaf edir.

pregnancy icon

Hamiləlik əlamətləri

Birinci rübü başa vurdunuz. Sizdə hansı hamiləlik əlamətləri var?

carrot icon

Pəhriz və qidalanma

Liflər ilə hər şey yaxşı getsin.

13-cü həftədə körpənin inkişafı

foetus pregnancy week 13

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

13-cü həftədə körpənizin boyu təxminən 7 sm, çəkisi isə təxminən 25 q1 olacaq, balaca ərik boyda.

İndi körpəniz sürətlə böyüyür və kifayət qədər aktivdir; gərnəşir, təpik atır, fırlanır. Amma onun hərəkətlərini hiss etmək ehtimalınız hələ ki, çox azdır.

Digər dəyişikliklər körpənizin səs telləri,2 həmçinin onun başında özlərinə yer edən gözləri və qulaqları ilə bağlıdır. Yeri gəlmişkən, körpənizin başı digər bədən üzvlərinə nisbətən daha yavaş böyüyəcək, beləliklə, onların nisbəti normal şəkildə görünməyə başlayacaq. 21-ci həftədə körpənizin beyni bədəninin üçdə biri, doğuş öncəsi isə dörddə biri böyüklüyündə olacaq.3

Daxildə isə körpənizin qara ciyəri və mədəaltı vəzi fəaliyyətə başlayır. Körpənizin cinsindən asılı olaraq onun yumurtalıqları və ya xayaları tam formalaşacaq, cinsiyyət üzvləri də inkişaf etməyə başlayacaq. Bununla belə cinsini müəyyənləşdirmək hələ ki, bir qədər tezdir.1

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləliyin 13-cü həftəsi (ikinci rüb)

Orqanizmimdə nə baş verir?

Uşaqlıq boşluğunuz yuxarı və aşağı doğru hərəkət etdikcə, balaca olsa da, qarnınızın böyüdüyünü görməlisiniz. Əgər tez-tez sidiyə çıxma ehtiyacı hiss edirsinizsə, bu, yaxşı xəbərdir: uşaqlıq boşluğunuz hərəkət etdikcə sidik kisəsinə təzyiqi azalacaq (əgər sidiyə çıxarkən ağrı hiss edirsinizsə, həkiminizə və ya ginekoloqunuza müraciət edin, infeksiya təhlükəsi ola bilər).

Çanaq bölgəsində bir qədər çox miqdarda qan olur və bəzi qadınlar bunun cinsi əlaqə istəyini artırdığını düşünürlər. Əgər həkiminiz və ya ginekoloqunuz sizə başqa göstəriş verməyibsə, hamiləlik dövründə cinsi əlaqə təhlükəsizdir.4

Bu həftənin digər vacib dəyişikliyi ciftiniz ilə bağlıdır. O, artıq tam formalaşmalıdır, amma hamiləlik boyunca böyüməsi davam edəcək.5 Sizin ciftiniz körpənizə göbək bağı vasitəsilə bağlanıb və ona oksigen, qidalandırıcı maddə, hormon və anticisimləri ötürməyə kömək edir. O, eyni zamanda körpənizdən artıqları da xaric edir. Bu cür mürəkkəb və davamlı işin getməsinə baxmayaraq, siz heç bir şey hiss etməyəcəksiniz.

13-cü həftədə hamiləlik simptomları

Tired woman resting

Qarnınızın yan tərəfində ağrı hiss edə bilərsiniz. Bu, uşaqlıq boşluğunun genişlənməsi (yumru bağ ağrıları kimi də bilinir) ilə əlaqədardır.4

Hormonal dəyişikliklərlə əlaqədar olaraq bu əlamətlər hamiləliyin erkən dövrlərində geniş yayılıb. Onlar yüngül ürəkbulanma və bəlkə də qarında ağrı hiss etmənizə səbəb ola bilər.4

Bu həzm problemləri körpənizin mədənizin olduğu hissəyə doğru böyüməsi və hormonal dəyişikliklər səbəbindən baş verir.4

Çanaq bölgəsində daha çox miqdarda qanın olması ilə vaginanı təmiz və infeksiyalardan uzaq saxlamaq üçün orqanizminiz leykoreya adlanan süd rəngində maye hazırlayır. Ondan çox güclü qoxu gəldiyini, rəngini və ya tərkibini dəyişdiyini hiss etsəniz, bu, infeksiyaya yoluxduğunuzun əlaməti ola bilər; mütləq ginekoloqa müraciət etməlisiniz.4

Siz ikinci rübə başlaya bilərsiniz, amma bu o demək deyil ki, səhər ürəkbulanması, qəribə yemək istəkləri, ruh düşgünlüyü və qanlı ifrazat kimi əlamətlər olmayacaq. Bəziləri hələ davam edə bilər.4

Hormonlarınız sizi diş əti xəstəliklərinə qarşı daha zəif hala gətirə bilər.4

Lifli qidalara diqqət

Lif sağlam hamiləlik pəhrizinizin vacib hissəsidir və bir çox qadın onu lazımi miqdarda qəbul etmir.6 Bu bitki əsaslı maddənin qəbizliyə daha meylli olduğunuz vaxtlarda qaydasında qalmağınıza necə kömək etdiyi və liflərlə zəngin hansı qidaların qəbizliyə faydalı olduğu barədə öyrənin.

bread in pregnancy

Lif barədə faktlar

Lif həzm sisteminizdə hər şeyin yolunda getməsinə faydalı olduğu üçün sağlam hamiləlik pəhrizinin vacib hissəsidir.

Bitki əsaslı qidalarda olan liflər bitkinin orqanizminizin həzm edə bilmədiyi hissəsidir. Sorulması əvəzinə orqanizmdə hərəkət etməklə o, digər artıqların daha effektiv ötürülməsinə kömək edir.

Araşdırmalar həm də onu göstərir ki, liflə zəngin qidalar bağırsağınızda çoxlu sayda faydalı bakteriyaların çoxalmasına və onların qısa zəncirli yağ turşuları kimi qoruyucu maddələr hazırlamasına kömək edir.7

Əsas lif mənbələri

  • Kəpək və kəpəkli un – bir çox səhər yeməyi yarmaları və çörəkdə olur.
  • Yulaf – günə liflə zəngin qida ilə başlamaq üçün sıyıq yeyin.
  • Qəhvəyi düyü – ağ düyü əvəzinə liflə zəngin bu növü seçin.
  • Köklü tərəvəzlər – kök və kartof əla lif mənbəyidir.
  • Meyvə – həmçinin quru meyvə. Ərik və əncir liflə xüsusilə zəngindir.

Kətan toxumu liflə və omeqa yağı da daxil olmaqla qidalandırıcı maddələr ilə zəngin olduğu üçün geniş istifadə olunan əlavədir. Bununla belə, o, körpənizin sağlamlığı üçün əks təsirləri səbəbindən hamilə və əmizdirən qadınlara tövsiyə edilmir.8

LİFLƏRİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

İki növ lif var: həll olan və həll olmayan. Həll olmayan lif suda həll olmur və orqanizm tərəfindən parçalanmır. Bunun əvəzinə orqanizminizdən keçir, yol boyu su hopdurur və digər qidaların keçməsinə kömək edir.

Həll olan lif suyu hopdurur, bağırsaqların yumşaq və rahat işləməsinə kömək edir. O, eyni zamanda xolestrin və yağlı turşular ilə bağlanaraq şəkərin hopdurulmasını yavaşladır və bağırsaqda təbii PH səviyyəsini qoruyur.7 Liflər həmçinin xolestrol səviyyəsini aşağı salır və ürək problemləri riskini azaltmağa kömək edir.

  1. NHS UK. You and your baby at 13-16 weeks pregnant [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-13-14-15-16.aspx Page last reviewed: 17 July 2018. Next review due: 17 July 2021.
  2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009.
  3. Curtis GB, Schuler J. Your pregnancy week by week. 7th ed. Cambridge: Fisher books, 2011.
  4. NHS UK. Week 13 – your second trimester. [ONLINE] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-13/ [Accessed: November 2019]
  5. 13 weeks pregnant: advice, symptoms and what to expect [ONLINE] Available at: https://www.motherandbaby.co.uk[Accessed: November 2019]
  6. NHS UK. Why is fibre important? [Online]. 2013. Available at: www.nhs.uk/chq/Pages/1141.aspx?CategoryID=51&SubCategoryID=167 Page last reviewed: 1 August 2018. Next review due: 1 August 2021.
  7. British Nutrition Foundation. Dietary Fibre. [ONLINE] Available at: https://www.nutrition.org [Accessed November 2019]
  8. WebMD. Elaine Magee, MPH, RD. The Benefits of Flaxseed. Page 3: Who shouldn’t use flaxseed. [ONLINE] Available at: https://www.webmd.com/diet/features/benefits-of-flaxseed#2 [Acessed: November 2019]

Son baxış: 18 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x