Hamiləliyin 15-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 15 həftəsi neçənci aydır?

calendar icon circle

4-cü ay (2-ci rüb)

foetus icon

15-ci həftədə körpənin inkişafı

Körpənizin qaşları və kirpikləri böyüməyə başlayır.

pregnancy icon

Orqanizminizdə nə baş verir

15-ci həftədə hamiləlik qarnının ilk əlamətləri ola bilər.

water icon

Susuz qalmayın

Hamiləlik dövründə kifayət qədər su içməyin əhəmiyyətini kəşf edin.

15-ci həftədə körpənin inkişafı

15 weeks pregnant

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Körpəniz indi alma boydadır, boyu təxminən 10,1 sm, çəkisi isə 70 qramdır. Lanuqo ilə (körpənizin isti qalması üçün bədənini örtən nazik tük örtüyü) birlikdə qaşları və kirpikləri də böyüməyə başlayır. Gözləri bağlı qalsa da, işığa qarşı həssasdırlar. Bunlarla birlikdə körpəniz artıq eşitməyə də başlayır.1

Körpəniz bədəninizdə ürək döyünməsi, sizin səsiniz və həzm sisteminin səslərini eşidə bilir. Həmçinin çöldən boğuq səsləri də tuta bilər,2 amma hələ onlara reaksiya verə bilmir.3

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləliyin 15-ci həftəsi (ikinci rüb)

Orqanizmdə dəyişikliklər

woman sleeping

Hamilə olduğunuz görünməyə başlayır

Bəzilərinin gözünü sizin qarnınıza zillədiyini müşahidə edə bilərsiniz. Körpəniz sürətlə böyüyür, uşaqlıq boşluğunuz da amniotik maye və cift ilə dolur. Ora daralmağa başlayır, odur ki, ara-sıra böyrünüzdə sancı hiss etsəniz, narahat olmayın.1

Qaşınan dəri

Hormonlarınız dərinizi qaşındıra bilər. Qoxusuz nəmləndirici vasitələr, eyni zamanda duş qəbul etmək kömək edər. Əgər bu, xüsusən gecələr sizi narahat etməyə başlayarsa, həkiminizə və ya ginekoloqunuza müraciət edir, çünki bu, az ehtimal edilsə də, obstetrik xolestasis adlanan qara ciyər narahatlığı səbəbindən də ola bilər.1

İnfeksiyadan ehtiyatlı olun

Çanaq bölgəsində daha çox miqdarda qanın olması ilə vaginanı təmiz və infeksiyalardan uzaq saxlamaq üçün orqanizminiz leykoreya adlanan süd rəngində maye hazırlayır. Bəzən bu, şəffaf, ağ və ya bej rəngli vaginal axıntı kimi görünə bilər. Əgər rəngi tündləşərsə və ya tərkibi dəyişərsə, həkiminizə və ya ginekoloqunuza mürəciət edin.1

15-ci həftədə hamiləlik əlamətləri

Qadınların çoxu hamiləliyin xoş olmayan təsirlərini artıq başa vururlar, amma bəziləri aşağıdakılara bənzər halları hələ də hiss edə bilərlər:

  • Köpmə və qəbizlik
  • Mədə pozğunluğu və qıcqırma
  • Səhər ürəkbulanması
  • İstilik basması
  • Baş ağrısı və ya başgicəllənmə
  • Əl və ayaqların şişməsi1

Maye ehtiyatı

article 54 31 weeks pregnant

Hamilə olarkən susuz qalmamaq çox vacibdir. Kifayət miqdarda su içmək sizin sağlamlığınız və körpənizin inkişafı üçün çox önəmlidir. Süd, meyvə şirələri və hətta şorbalar da bura daxildir. Çay və qəhvə də hesab oluna bilər, amma mütləq kofein qəbulu limitinə diqqət edin. Hamilə olarkən gündə 200 mq-dan çox kofein qəbul etmək olmaz. 200 mq kofein bərabərdir:

  • 2 fincan çay və 1 banka kola
  • 1 fincan tez hazır olan qəhvə və 1 banka (250 ml) energetik içki

Bundan başqa şokolad (adətən az miqdarda), bəzi dərmanlar və alkoqolsuz içkilər4 daxil olmaqla müəyyən məhsullarda da kofeinin ola biləcəyinə diqqət edin.

SUYUN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

İnsan bədəninin təxminən 60%-i sudur və gündə iki litr su itiririk. Su bizim mürəkkəb sistemimizin qaydasında işləməyinə, qidalandırıcı maddələri hopdurmağımıza və toksinləri xaric etməyimizə kömək edir.5 Hamiləlik dövründə orqanizminizin artan tələbləri susuzlaşmadan qaçmaq üçün suya həmişəkindən daha çox ehtiyac yaradır.6

Avropa Qida Təhlükəsizliyi Təşkilatı qadınlara gündəlik olaraq təxminən 2 litr, hamilə qadınlara isə əlavə 300 ml su içməyi tövsiyə edir.7 Bu, hər gün təxminən 9-10 250 ml-lik içki deməkdir. Qazlı və yüksək şəkər tərkibli içkilərdən uzaq durmağa çalışın. Qidalandırıcı dəyəri az olduğu üçün daha sağlam alternativ axtarmaq ən yaxşısıdır.6 Meyvə şirəsində yüksək miqdarda şəkər ola bilər, amma əgər bu, sırf meyvədən ibarətdirsə, 150 ml meyvə şirəsi günlük meyvə-tərəvəz ehtiyacının beşdə biri sayıla bilər.8

Hamiləlik dövründə uzaq durulmalı qidalar

Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:

banned number 1

Çiy və tam bişməmiş ət

banned number 2

Pasterizə edilməmiş süd və süd məhsulları

banned number 3

Qara ciyər və A vitamini ilə zəngin qidaların həddən artıq qəbulu

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

  1. NHS Start 4 Life. 2nd trimester, week 15 [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-15/#anchor-tabs [Accessed October 2019].
  2. NHS. You and your baby at 15 weeks pregnant [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/15-weeks-pregnant/. Page last reviewed: 17 July 2018. Next review due: 17 July 2021.
  3. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013.
  4. NHS. Should I limit caffeine during pregnancy? [Online]. Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/should-i-limit-caffeine-during-pregnancy/ Page last reviewed: 2 May 2018. Next review due: 2 May 2021.
  5. NHS. Dehydration [Online]. Available at: https://www.nhs.uk/conditions/dehydration/ Page last reviewed: 9 August 2019. Next review due: 9 August 2022.
  6. NHS. Water, drinks and your health [Online]. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/water-drinks.aspx Page last reviewed: 14 June 2018. Next review due: 14 June 2021.
  7. European Food Safety Authority. Scientific Opinion on Dietary Reference Values for water. EFSA Journal 2010;8(3)1459:48.
  8. NHS. 5 A Day FAQs [Online]. Available at: https://www.nhs.uk/live-well/eat-well/5-a-day-faqs/ Page last reviewed: 16 October 2018. Next review due: 16 October 2021.
  9. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 23 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x