Hamiləliyin 9-cu həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 9 həftəsi neçənci aydır?

calendar icon circle
foetus icon

9-cu həftədə körpənin inkişafı

Körpənizin əzələləri və sümükləri inkişafını davam etdirir.

pregnancy icon

Qida təhlükəsizliyi

Hamiləlik dövründə infeksiyalara qarşı daha zəif olmağınız qida gigiyenasını əsas prioritet edir.

fish icon 2

D vitamini

D vitamininin körpənizin inkişafının sağlam təminatını necə dəstəklədiyi barədə öyrənin.

9-cu həftədə körpənin inkişafı

foetus pregnancy week 9

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 9-cü həftəsində körpənizin ağzı və dili formalaşmağa başlayır, dad tumurcuqları isə artıq formalaşıb.1 Başından büzdüm sümüyünə qədər olan ölçüsü 2-3 sm arasında dəyişir, təxminən albalı boyda. Bu mərhələdə körpənizin gözləri daha aydın şəkil alır, burnu isə tanınabilən hala gəlir.2

Körpənizin beyni, ürəyi, ağ ciyərləri və böyrəkləri də daxil olmaqla əsas orqanları inkişafını davam etdirir. Ultrasəs müayinədə körpənizin cinsini görmək hələ ki, tezdir, amma kiçik hərəkətləri daha görünəbilən olur,3 bu onun əzələlərinin formalaşmağa başladığına işarədir.4 Ginekoloqunuz eyni zamanda doppleri (ultrasəs cihazı) qarnınızda gəzdirməklə körpənizin ürək döyüntülərini eşidə bilər.4

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Hamiləliyin 9-cu həftəsi (birinci rüb)

Orqanizmimdə nə baş verir?

Hamiləliyin 9-cu həftəsində qarında şişmənin olması geniş yayılsa da, hələ ki, hamilə kimi görünməyiniz və ya hansısa əlamətlərlə rastlaşmağınız az ehtimal edilir.

9-cu həftədə erkən hamiləlik əlamətləri5

sleeping woman sofa close up

Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 9-cu həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:

Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.

İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.

Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.6 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.

Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.

Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.

Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.

Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində10 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.

doctor visit

Bunu açıqlamaq vaxtıdır

Əgər hamilə qaldığınızdan bu yana terapevtinizin qəbulunda olmamısınızsa, doqquzuncu həftə ona zəng etmək və ilk müayinə üçün qəbuluna yazılmaq üçün əla vaxtdır. Hamiləlik xəbərini ətrafınıza və kənarlara yaymaq istəməyə bilərsiniz, amma hamiləlik sağlamlığınız barədə daha ətraflı danışmaq imkanı hamiləliyi daha real hiss etməyinizə kömək ola bilər.

Sağlam olmaq üçün təhlükəsiz qidalanma

Hamiləlik dövründə immun sisteminiz orqanizminizin böyüyən sərnişini qəbul etməsinə imkan verməsi üçün təbii olaraq təzyiqdə qalır.11 Bu sizi infeksiyalara qarşı zəifləmiş hala gətirə bilər, buna görə də qidaların hazırlanması və gigiyenasına əlavə diqqət göstərməyi vacib edir.

Aşağıdakı qidalar zəhərlənməyə səbəb ola bilər, buna görə də onlardan uzaq durulması yaxşıdır. Əgər nə vaxtsa şübhəniz olarsa, həmişə təhlükəsiz variantı seçin.

banned number 1

Çiy və ya tam bişməmiş, eyni zamanda üzərində etiketi olmayan yumurta, həmçinin evdə onlardan hazırlanan mayonez, dondurma və mus kimi qidalar.

banned number 2

Yaxşı qızardılmamış və az bizmiş ət, balıq və toyuq əti.

banned number 3

Tərkibində çiy ət və balıq olan steyk-tartar, suşi və digər yeməklər.

banned number 4

Pasterizə edilməmiş süd, pendir və yoğurt.

Marketdən aldığınız süd məhsulları adətən pasterizə edilmiş süddən hazırlanır, amma əmin olmaq üçün yarlığı yoxlayın. Hamiləlik dövründə uzaq durmalı olduğunuz qidalar barədə oxumaq da faydalı olar.

D vitamininə diqqət

Hamiləlik dövründə gündəlik olaraq 10 mkq D vitamini qəbul etmək tövsiyə olunur.12

D vitamini qəbul etmək üçün ən effektiv yol birbaşa günəş şüaları, xüsusən UVB (ultrabənövşəyi) şüalar vasitəsilə almaqdır. Amma il ərzində günəşli saatların müxtəlif olması kifayət qədər effektiv günəş işığı qəbul etməyimizə mane olur. Bu amil təkcə dəri vasitəsilə D vitamini qəbul etməyin hamiləlik dövründə körpənizin dəstəklənməsi üçün kifayət etmədiyini izah edir.13

D vitamini yumurta, yağlı balıq kimi müəyyən qidaların tərkibində olur. Amma kifayət qədər qəbul etdiyinizdən əmin olmaq üçün ən yaxşı yol 10 mkq D vitamini əlavəsidir. Bəzi doğuş öncəsi multivitaminlərin tərkibində mövcud olur, amma siz ayrıca olaraq D vitamini əlavəsi qəbulunu da seçə bilərsiniz.

eggs in box

Siz D vitamini qəbulunu aşağıdakı qidaları pəhrizinizə daxil etməklə də artıra bilərsiniz:

  • Siyənək, skumbriya, sarina, qızılbalıq, alabalıq da daxil olmaqla yağlı balıqlar (həftəlik limit – 2 porsiya).
  • Yumurta sarısının tərkibində D vitamini var.
  • Zənginləşdirilmiş qidalar – bəzi süd və səhər yeməyi markalarının tərkibinə D vitamini əlavə edilir.

D VİTAMİNİNİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

D vitamini sizin hamiləlik pəhrizinin vacib bir hissəsidir. O, körpənizin bədənindəki kalsium və fosfat səviyyəsini tənzimləməklə onun sümüklərinin böyüməsi və inkişafında həyati əhəmiyyətli dəstəkləyici rol oynayır.14 Kifayət qədər D vitamini təminatı həmçinin körpənizin D vitamini çatışmazlığı riskini də azaldır.

Hamiləlik dövründə qəbul etdiyiniz D vitamini körpənizin sümüklərinin inkişafını dəstəkləməklə bərabər onun həyatının ilk ayları üçün yığılacaq ehtiyat miqdarın artırılmasını da təmin edir.15

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

Əgər siz hələ də terapevtin qəbulunda olmamısınızsa, bunu etməyiniz lazımdır, çünki o, ilk ultrasəs müayinə də daxil olmaqla doğuş öncəsi qulluğunuzun planlaşdırılmasına start verəcək.

  1. NHS UK. You and your baby at 9-12 weeks pregnant [Online]. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-9-10-11-12.aspx Page last reviewed: 17 July 2018. Next review due: 17 July 2021.
  2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 33.
  3. Curtis GB, Schuler J. Your pregnancy week by week. 7th ed. Cambridge: Fisher books, 2011. p. 129.
  4. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 169.
  5. NHS. Signs and symptoms of pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/signs-and-symptoms-pregnancy/ Page last reviewed: 6 October 2018. Next review due: 6 October 2021.
  6. Noel M. Lee, M.D., Gastroenterology Fellow and Sumona Saha, M.D., Assistant Professor of Medicine. Nausea and Vomiting of Pregnancy. 2011. Pub 2013. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3676933/
  7. NHS Start 4 Life. 1st trimester, week 10 [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/1st-trimester/week-ten/
  8. NHS. Vaginal bleeding in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vaginal-bleeding-pregnant/ Page last reviewed: 26 January 2018. Next review due: 26 January 2021.
  9. NHS. Stomach pain in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stomach-pain-abdominal-cramp-pregnant/ Page last reviewed: 1 May 2018. Next review due: 1 May 2021.
  10. Claudio N. Soares and Brook Zitek. Reproductive hormone sensitivity and risk for depression across the female life cycle: A continuum of vulnerability? 2008. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2440795/
  11. NHS. Why are pregnant women at higher risk of flu complications? [Online]. Available at: www.nhs.uk/chq/Pages/3096.aspx?CategoryID=5 [Page last reviewed: 20 January 2017. Next review due: 20 January 2020.
  12. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.
  13. Department of Health and the Food Standards Agency. National Diet and Nutrition Survey: Headline results from Years 1, 2 and 3 (combined) of the Rolling Programme (2008/2009-2010/11) [Online]. 2012. Available at: www.natcen.ac.uk/media/175123/national-diet-and-nutrition-survey-years-1-2-and-3.pdf
  14. European Union. Commission Regulation (EC) No 983/2009 of 21 October 2009 on the authorisation and refusal of authorisation of certain health claims made on food and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 277 2009;3-12.
  15. NHS UK. Vitamins and nutrition in pregnancy [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/vitamins-minerals-supplements-pregnant.aspx Page last reviewed: 26 January 2017. Next review due: 26 January 2020.
  16. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 23 oktyabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x