Hamiləliyin 32 həftəsi neçənci aydır?
8-ci ay (3-cü rüb)
İnkişaf üçün D vitamini
Hamiləliyin 32-ci həftəsində körpənizin orqanizm sistemlərinin çoxu formalaşıb, fəaliyyət göstərir və uşaqlıq boşluğundan kənardakı həyata hazır vəziyyətdədirlər. Bundan sonra inkişafının böyük hissəsi onun böyüməsinə yönələcək, bu səbəbdən də D vitamini çox vacibdir. Bu qidalandırıcı maddənin körpəniz böyüdükcə onun sümüklərinə necə dəstək verdiyi və onu kifayət qədər qəbul etdiyinizdən necə əmin olmaq barədə öyrənin.
32-ci həftədə körpənizin inkişafı
Körpənizin ağ ciyərlərinin hələ bir qədər də inkişafa ehtiyacı var, sorulan amniotik maye onu ilk hava udmasına hazırlıq üçün gücləndirməyə davam edir.1
Körpəniz günün çox hissəsini yatılı olsa da, ayılanda başını o yan, bu yana çevirmək kimi yeni bacarığını sınaqdan keçirə bilər.1 İndi o öz bədəninə daha çox bələd olmağa başlayır və baş barmağını sora, kefi istəyəndə təpik ata bilər.4
Hamiləliyin 32-ci həftəsində körpələrin bəziləri sefalik təqdimat kimi bilinən başıaşağı halda, doğuşa hazır vəziyyətdə olurlar. Əgər körpəniz hələ də başıyuxarı və ya eninə (üfüqi) vəziyyətdədirsə, narahat olmayın, onun fırlanmasına hələ kifayət qədər vaxt var.2
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
D vitamini: Gələcək sümük sağlamlığı üçün əsas inqrediyent
D vitamini üçüncü rüb pəhrizinizə daxil etməli olduğunuz vacib qidalandırıcı maddədir. O, körpənizin sümüklərinin inkişafı üçün zəruri olan kalsium və fosforun səviyyəsini nizamlayır.5,6 Müstəsna hallarda anada D vitamini çatışmazlığı körpədə sümüklərin yumşalmasına səbəb ola bilər, bu da öz növbəsində nadir hallarda raxitliyə yol aça bilər.7
Sizin indi qəbul elədiyiniz D vitamini təkcə körpənizin sümüklərini qoruyub gücləndirmir, həm də doğuşdan sonra həyatının ilk bir neçə ayında istifadə edə biləcəyi ehtiyatın toplanmasına kömək edir.
Dəri ultrabənövşəyi günəş şüalarına məruz qaldıqda orqanizm D vitamini yetişdirir. Amma bu, hamiləlik boyunca sizi və körpənizi dəstəkləməsi üçün kifayət qədər D vitamini aldığınız mənasına gəlmir.
32-ci həftədən başlayaraq faydalı qida mənbələri yediyinizdən əmin olmaqla D vitamini qəbulunu artıra bilərsiniz. Amma bunların kifayət edəcəyi ehtimalı azdır. Həm hamiləlik boyunca, həm də körpəniz doğulduqdan sonra onu ana südü ilə qidalandırdığınız zaman sizin və körpənizin ehtiyac duyduğu miqdarda D vitamini qəbul etdiyinizə əmin olmaq üçün D vitamini əlavəsi tövsiyə edilə bilər.8
Növbəti addımlar
Əgər ayrıca olaraq qəbul etmirsinizsə, multivitaminizin tərkibində kifayət qədər D vitamini olduğunu yoxlayın.
D vitamini ilə zəngin aşağıdakı qidaları müntəzəm olaraq yemək bu vitaminin qəbulunu artıracaq.9
- Siyənək, skumbriya, sardina, qızılbalıq və ya alabalıq da daxil olmaqla yağlı balıqlar (amma həftəlik limit iki porsiyanı aşmamalıdır, çünki yağlı balıqların təribində körpənizin inkişafına zərərli ola biləcək toksinlərin olması mümkündür)
- Yumurta – yumurta sarısının tərkibində D vitamini var
- Zənginləşdirilmiş qidalar – bəzi süd brendləri, səhər yeməyi yarmaları, marqarin və az yağlı yaxmalara D vitamini əlavə olunur
1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 46.
2. NHS UK. You and your baby at 29-32 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-29-30-31-32.aspx [Accessed August 2016].
3. NHS UK. What is the amniotic sac? [Online]. 2015. Available at: www.nhs.uk/chq/Pages/2310.aspx?CategoryID=54 [Accessed August 2016].
4. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 306.
5. Commission Regulation (EC) No 1024/2009 of 29 October 2009 on the authorisation and refusal of authorisation of certain health claims made on food and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 283, 30.10.2009, pp. 22–29.
6. Commission Regulation (EC) No 983/2009 of 21 October 2009 on the authorisation and refusal of authorisation of certain health claims made on food and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 277, 22.10.2009, pp. 3–12
7. NHS UK. Vitamins, supplements and nutrition in pregnancy [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/vitamins-minerals-supplements-pregnant.aspx[Accessed August 2016].
8. Department of Health. Vitamin D – advice on supplements for at risk groups – letter from UK Chief Medical Officers [Online]. 2012. Available at: www.gov.uk/government/publications/vitamin-d-advice-on-supplements-for-at-risk-groups [Accessed August 2016].
9. Gandy J (Ed). Manual of Dietetic Practice, 5th Edition. Wiley Blackwell. UK. 2014 p.922.
Son baxış: 8 avqust 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.