Oxuma müddəti: 4 dəqiqə
Hamiləliyin 24 həftəsi neçənci aydır?
6-cı ay (2-ci rüb)
24-cü həftədə körpənin inkişafı
Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?
Hamiləliyin 24-cü həftəsində körpənizin başından büzdüm sümüyünə qədər olan uzunluğu təxminən 21 sm, çəkisi isə 600 qramdır, hardasa qarğıdalı boyda, amma daha ağır.1,2
Körpənizin bədəni artıq formalaşıb, amma bir qədər arıqdır. O, gələcək həftələrdə də çəki artırmağa davam edəcək. İndi körpəniz qaşlar və kirpiklər də daxil olmaqla bütün üz cizgilərinə malikdir (hətta bir qədər saçı da uzana bilər).1
Körpənizin ağ çiyərlərində surfaktant3 adlanan maddə yaranır. O, ağciyərlərdəki kiçik hava kisələrinin açıq qalmasına kömək edir. Körpəniz 17-ci həftədən bu yana nəfəsalma məşqləri edir, odur ki, əgər vaxtından əvvəl dünyaya gələrsə, neonatal xidmətin köməyinə ehtiyac olmadan həyatda qalmaq və nəfəs almaq şansı yüksəkdir.
Körpəniz ölçüləri səbəbindən bir qədər daha az akrobatik olacaq. Bununla belə, ətrafları ilə hələ də hiss olunan əlaqələri var və siz onun hərəkətlərini, fırlandığını, zərbələrini, gərildiyini hiss etməyə davam edəcəksiniz və hətta görəcəksiniz.
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Hamiləliyin 24-cü həftəsi (ikinci rüb)
Orqanizmimdə nə baş verir?
Siz hamilə olduğunuzu və böyüdüyünüzü artıq göstərirsiniz. Hər hamiləlik fərqlidir: bəzi gələcək analarda bu, özünü tez biruzə verdiyi halda, bəziləri bütün müddəti çətinliklə nəzərə çarpan hamiləlik qarnı ilə keçirə bilərlər. Önəmli olan həkiminizi və ya ginekoloqunuzu dinləməyiniz və “nə necə olmalıdır” deyən insanlara əhəmiyyət verməməyinizdir (bu, çətin olsa da). Hətta onlar özləri valideyn olsalar belə, onların hamiləlikləri də sizinki qədər unikal olub.
Siz insulinin miqdarına da diqqət etməlisiniz. İnsulin qanda şəkərin səviyyəsini qaydada saxlayan hormondur və sizdə kifayət qədər olmasa, qanınızda şəkərin səviyyəsi həddən artıq olar.
Aşağı insulin səviyyəsi sizin və körpəniz üçün problemlərə yol aça biləcək gestational diabetə4 (hamiləlikdə şəkərli diabet) səbəb ola bilər. Buna görə də qadınların əksəriyyətinə 24-28-ci həftələr arasında Qlükozaya Tolerantlıq Testindən keçmələri təklif edilir. Ətraflı məlumat üçün həkiminiz və ya ginekoloqunuzla danışın.
Müəyyən qrup qadınlarda hamiləlik diabetinin yaranması riski digərlərindən çoxdur. Onlar bədən kütlə indeksi 30 və ya daha yüksək olan, həmçinin Cənubi Asiya, Orta Asiya ölkələri və ya Afro-Karib əsilli qadınlardır.5
24-cü həftədə hamiləlik əlamətləri
“Yalaçı doğuş sancıları” kimi də bilinən Braxton-Hicks sancıları uşaqlıq boşluğu gərildikdə və yumşaldıqda baş verir. Bu sizin vücudunuzun doğuş üçün məşq etməsidir və narahat olmağa əsas yoxdur. Onlar ikinci və üçüncü rüblərdə daha çox üzə çıxır.6
Bu hormonlar cinayətkarlar kimidir. Hamiləlik dövründə və əmizdirərkən parasetamol qəbulu təhlükəsizdir, amma həmişə ən aşağı dozada və mümkün qədər ən qısa müddətlik.7
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
Qarnınız böyüdükcə qarnınızda və ya döşlərinizdə çat izləri görünə bilər.8 Doğuşdan sonra onlar adətən daha az nəzərə çarpır. Pulunuzu “möcüzəli kremlər”ə xərcləməyin, adi nəmləndirici kifayət edər.
Siz hamilə olarkən vücudunuz özündə daha çox su saxlayır, bu səbəbdən də uzun müddət ayaqüstə qalsanız, cazibə qüvvəsi suyu topuq, əl və ayaqlarınıza çəkəcək. Ayaqlarınızı düz yuxarı qaldırın: hər gün bir saat ürəyinizdən yuxarı qaldırmaqla onlara dəstək olun.9
Bu həzm problemləri körpənizin mədənizin olduğu hissəyə doğru böyüməsi və hormonal dəyişikliklər səbəbindən baş verir.10
Yoda diqqət
Yodu körpənizin beyni üçün yanacaq kimi düşünə bilərsiniz, belə ki, araşdırmalar yodun körpənin IQ11 səviyyəsinin artırılması və hətta həyatı boyu səhhətinin yaxşılaşmasına səbəb olduğunu göstərir.12
Bununla belə, yüngül yod çatışmazlığı hamilə qadınlar arasında geniş yayıla bilər,13 Surrey və Bristol Universitetlərinin araşdırmaları göstərir ki, hamiləlik dövründə hətta yüngül yol çatışmazlığı belə koqnitiv funksiyanın zəifləməsi ilə əlaqəli ola bilər.13
Xoşbəxtlikdən ana olmağa hazırlaşanlar yaxşı balanslaşdırılmış pəhriz vasitəsilə kifayət qədər yod qəbul edə bilərlər. Ağbalıq zəngin təbii mənbədir, qatıq və inək südü də daxil olmaqla süd məhsulları da yod ilə zəngindir.
Amma süd məhsullarında yodun miqdarı fəsildən fəsilə dəyişə bilər14 və bu, qidanızda nə qədər yodun olduğuna təsir edər.15 İnəklər qışlıq yemlə qidalandıqları üçün qış fəslində alınan südün tərkibində daha çox yod olur. Yayda isə onun miqdarı daha az olur.14
Yod əlavəsinin qəbulu ilə bağlı həkiminiz və ya ginekoloqunuzla danışın. Əgər düzgün balanslaşdırılmış pəhriz vasitəsilə kifayət qədər yod qəbul edirsinizsə, çətin ki, yod əlavəsinə ehtiyacınız olsun və həddən artıq yod körpəniz üçün zərərli ola bilər.
Ən yaxşı yod mənbələri heyvan mənşəli qidalarda olduğu üçün vegeterianlar və veqanlar yod çatışmazlığı riski ilə daha çox üz-üzə qala bilərlər.15
YODUN
ELMİ ƏSASI
Nutricia tərəfindən dəstəklənir
Yod mövzusunda beyni qarışdırmaq asandır. Bir tərəfdən yüngül və ya orta yod çatışmazlığı körpədə koqnitiv funksiyanın zəifləməsinə səbəb ola bilər. Digər tərəfdən həddən artıq yod sizə və körpənizə zərərlidir. Bu, incə balans işidir.
Hüceyrələrin normal fəaliyyətinə təsir edən qalxanvari vəz hormonunun əmələ gəlməsi və ürək yığılması, maddələr mübadiləsi kimi orqanizmdə baş verən proseslər üçün vücudunuzun yoda ehtiyacı var. Hamiləlik dövründə körpənizin sürətlə inkişaf edən beyin hüceyrələri də daxil olmaqla digər hüceyrələri də yod qəbulundan asılıdır.16
Bütün qadınlar gündə ən azı 0,14 mq yod qəbul etməlidir.17 Ümumdünya Səhiyyə Təşkilatı hamilə qadınlara gündə 0,25 mq yod qəbulunu tövsiyə edir.18 Əgər qəbul etdiyiniz yod miqdarı ilə bağlı narahatlığınız varsa, sizə yod əlavəsini tövsiyə edə biləcək həkiminiz və ya ginekoloqunuzla danışın.
- Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 42.
- Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 261.
- Mother&Baby. 24 weeks pregnant: advice, symptoms and what to expect. [Online] Available at: https://www.motherandbaby.co.uk [Accessed December 2019]
- NHS UK. Overview – Gestational diabetes. [Online] https://www.nhs.uk/conditions/gestational-diabetes/ Page last reviewed: 6 August 2019. Next review due: 6 August 2022
- Diabetes UK. What is gestational diabetes? [Online] Available at: https://www.diabetes.org.uk/diabetes-the-basics/gestational-diabetes [Accessed December 2019]
- Tommy’s UK. Braxton Hicks. [Online] Available at: https://www.tommys.org/pregnancy-information/labour-birth/braxton-hicks [Accessed December 2019]
- NHS UK. Can I take paracetamol when I’m pregnant? [Online] Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/can-i-take-paracetamol-when-i-am-pregnant/ Page last reviewed: 1 June 2018. Next review due: 1 June 2021.
- NHS UK. Stretch marks in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stretch-marks-pregnant/ Page last reviewed: August 2019. Next review due: August 2022
- Tommy’s. 10 common pregnancy complaints. [Online] Available at: https://www.tommys.org/pregnancy-information/im-pregnant/early-pregnancy/10-common-pregnancy-complaints Page last reviewed: April 2018. Next review due: April 2021.
- NHS Start4life. Week 15 – your second trimester [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-25/ [Accessed December 2019]
- Bath SC et al Effect of inadequate iodine status in UK pregnant women on cognitive outcomes in their children: results from the Avon Longitudinal Study of Parents and Children (ALSPAC). Lancet 2013;382(9889):331-7.
- NHS UK. Iodine supplements could help mums, babies and the economy. 10th August, 2015. [Online] Available at: https://www.nhs.uk/ [Accessed December 2019]
- NHS UK. Could a mother’s lack of iodine harm her child’s IQ? 22nd May, 2013. [Online] Available at: https://www.murrays.co.uk/blog/post/could-a-mothers-lack-of-iodine-harm-her-childs-iq
- Travnicek et al. Iodine content in raw milk [Online]. 2006. Available at: https://pdfs.semanticscholar.org/a8ec/21e3ae400707d370dcd41e5cd20bf5d2393b.pdf [Accessed December 2019]
- Furmidge-Owen, V. A longitudinal study of iodine status throughout gestation in UK women [Online]. 2013. Available at: https://www.cambridge.org/core/journals/proceedings-of-the-nutrition-society/article/longitudinal-study-of-iodine-status-throughout-gestation-in-uk-women/9093BC156744A8BB6AAA1857266DACED [Accessed December 2019]
- Delange F. Iodine requirements during pregnancy, lactation and the neonatal period and indicators of optimal iodine nutrition. Public Health Nutr 2007;10(12A):1571-1580.
- Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.
- British Dietetic Association. Food fact sheet: Iodine [Online]. 2013. Available at: www.bda.uk.com/foodfacts/iodine.pdf [Accessed December 2019]
Son baxış: 14 yanvar 2020
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.