Hamiləliyin 31-ci həftəsi

Hamiləliyin 31 həftəsi neçənci aydır?

calendar icon circle

7-ci ay (3-cü rüb)

Gözlər qəlbin aynasıdır

Hamiləliyin 31-ci həftəsində körpənizin böyüməsi bir qədər yavaşlasa da, gözlərinin rənginin formalaşmağa başlaması ilə inkişafı davam edir. C vitamini dəmirin sorulmasında vacib rol oynayır, dəmir isə onun koqnitiv inkişafını dəstəkləməyə davam edir.

döl hamiləlik həftə 31

31-ci həftədə körpənizin inkişafı

31-ci həftədə göz rənginin inkişafı

Hamiləliyin 31-ci həftəsində körpənizin boyu başından buduna qədər təxminən 28 sm, çəkisi isə təxminən 1500 qram olsa da, böyüməsi bir qədər yavaşlamağa başlayır.1 Amma uşaqlıq boşluğunuzdakı mayenin miqdarı artır. Körpəniz doğulana qədər bu amniotik mayeni sormağa, udmağa və sidik olaraq xaric etməyə davam edəcək.3

İndi körpənizin göz piqmenti inkişaf edir, amma özünün əsl rəngini alması üçün doğuşdan sonra bir neçə ay lazım gələ bilər.

Körpənizin gözlərinin rəngi təxminən 31-ci həftə ərəfəsində inkişaf edir. Qafqaz ölkələrində körpələrin çoxu göy rəngli gözlərlə doğulsalar da, dəyişəcəyi halda onların əsl rənglərinin ortaya çıxması bir neçə ay çəkə bilər.

Körpənizin gözləri hansı rəngdə olsa da, onlar artıq işığa reaksiya verir, göz bəbəkləri isə genişlənə bilir. Körpənizin istədiyi vaxt gözünü açıb-yummasına imkan verən göz qapaqları yaxşı inkişaf edib.1 Doğuş ərəfəsində körpənizin gözləri barədə daha ətraflı oxuyun.

Körpəmin gözlərinin rənginə təsir edə bilərəm?

Böyük ehtimalla, körpənizin gözlərinin rəngi genetik olaraq müəyyən edilir. Hamiləlik dövründə və ya körpəniz doğulduqdan sonra etdiyiniz, yediyiniz heç bir şey onu dəyişdirə bilməz. Siz və həyat yoldaşınız eyni göz rənginə maliksinizsə, böyük ehtimalla, körpənizin gözləri də həmin rəngdə olacaq, amma bu, mütləq deyil. Valideynlərinizin genləri də daxil olmaqla ailə geniniz qarışa bilər və bir çox fərqli nəticələr ortaya çıxa bilər.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

C vitamini dəmirin sorulmasına kömək edir

Körpəniz bütün yeni koqnitiv funksiyaları ilə birlikdə böyüdükcə pəhriziniz onu kifayət miqdarda dəmirlə, eyni zamanda bitki əsaslı mənbələrdən (qeyri-hem mənbələr) dəmirin sorulmasına kömək edən C vitamini ilə təmin etdiyindən əmin olmaq çox vacibdir. C vitamini hüceyrələri qoruduğuna görə və qığırdaq, vətər, sümüklər və dərini4 formalaşdıran kollagenin hazırlanmasına kömək etdiyi üçün hamiləlik pəhrizinizin vacib hissəsidir.

C vitamini körpənizin koqnitiv inkişafını dəstəkləyən dəmirin sorulmasına köməklik edir.

Bu səbəbdən də C vitaminini dəmirlə zəngin qidalar ilə birlikdə və ya ondan sonra qəbul etmək faydalıdır. Məsələn, tərəvəz qızartması, sobada bişmiş qızılbalıq və ya brokolli, yaxud da kivi və bir qədər keşyu qozu ilə bir stəkan portağal şirəsi.

C vitamini və dəmir təbii olaraq bir çox qidalarda mövcuddur, buna görə də pəhriziniz üçün düzgün balans qurmaq çətin olmamalıdır. Hamiləlik dövründə tövsiyə olunan gündəlik C vitamini miqdarı 40 mq-dır, 3-cü rübdə isə buna 10 mq əlavə olunur.6

NÖVBƏTİ ADDIMLAR

Yemək vaxtınıza C vitamini ilə zəngin bu mənbələri əlavə etməyə çalışın:

  • Meyvələr – portağal, kivi, çiyələk və ya qaragilə
  • Sıxılmış limon və ya laym
  • Meyvə şirəsi
  • Buxarda bişmiş brokkoli
  • Çiy ispanaq
  • Pomidor
  • Brüssel kələmi

1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 46.

2. NHS UK. What is the amniotic sac? [Online]. 2015. Available at: www.nhs.uk/chq/Pages/2310.aspx?CategoryID=54 [Accessed August 2016].

3. NHS UK. You and your baby at 29-32 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-29-30-31-32.aspx [Accessed August 2016].

4. Commission Regulation (EU) No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health. OJ L 136, 25.5.2012, pp. 1–40.

5. Commission Regulation (EU) No 957/2010 of 22 October 2010 on the authorisation and refusal of authorisation of certain health claims made on foods and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 279, 23.10.2010, pp. 13–17.

6. NHS. Minerals and trace elements [Online]. 2009. https://www.nhs.uk/pregnancy/keeping-well/vitamins-supplements-and-nutrition/ [Accessed March 2021].

Son baxış: 8 avqust 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x