Oxuma müddəti: 5 dəqiqə
Dünyada ən təbii şey hesab edilsə də, körpənizi mükəmməl şəkildə əmizdirmək bir az vaxt tələb edə bilər, buna görə də ana südü ilə düzgün qidalanmaq barədə məsləhətlər olan bu təlimatı hazırladıq. Yeni doğulan körpənizi necə əmizdirmək barədə bütün suallarınıza cavablar burada var.
Qarnı çox kiçik olduğu üçün yeni doğulan körpənizin başlanğıcda gündə sadəcə bir neçə çay qaşığı kolostrum südünə ehtiyacı olacaq.1
Axşam saatlarında südünüzdə olan hormonların dəyişdiyini və körpənizin yatmasına kömək edə biləcəyini bilirdinizmi?3
Yeni başlayanlar üçün ana südü ilə qidalanma
Ana südü ilə qidalanma şübhəsiz ki, körpəniz üçün ən yaxşısıdır və hər ikiniz üçün tamamilə təbiidir.4 Ancaq hər bir yeni təcrübə kimi bunu da öyrənmək bir az vaxt ala bilər. Buna görə də başlanğıcda çətinlik çəksəniz, qətiyyən məyus olmayın. Doğru metod və bir az praktika ilə tez bir zamanda daha asan olacaq. Bunu nəzərə alaraq, doğru yolda olduğunuzdan əmin olmağınız üçün ana südü ilə qidalanma haqqında bəzi faydalı məsləhətləri bir yerə topladıq. Əgər çətinlik çəkirsinizsə, tək deyilsiniz, bunun üçün də ana südü ilə qidalanma problemləri ilə bağlı məsləhətlərimiz var.
Rahat olmaq körpənizin mümkün qədər yaxşı qidalanmasına kömək edəcək. Buna görə də müxtəlif əmizdirmə vəziyyətlərini yoxlamaqla hansının sizin üçün ən yaxşı olduğunu görəcəksiniz. Öz rahatlığınızı da unutmayın, həmçinin ana südü ilə qidalanma susuzladıcı olduğu üçün yanınızda içmək üçün maye olduğundan da əmin olun!
Süd nə zaman gəlir?
Doğuşdan təqribən iki, dörd gün sonra daha çox miqdarda süd yaranmağa başladıqca döşlərinizdə doluluq hiss edəcəksiniz.5
AĞIZ SÜDÜ VƏ YETKİN SÜDÜN
ELMİ ƏSASI
Nutricia tərəfindən dəstəklənir
Körpənizi əmizdirməyə başladıqda körpənizin maye ehtiyacını qarşılayan, karbohidrat, protein və vitaminlərlə zəngin duru, susuzluğu azaldan “ağız südü” yaranacaq. Körpəniz ana südünü əmməyə davam etdikcə daha qatı, daha qidalı, kalorisi daha yüksək və körpəni daha uzun müddət tox saxlayan “yetkin süd”ə çatır.6
Bunlar iki fərqli süd növləri deyil, sadəcə qidalanma zamanı “ağız südü” olaraq başlayan və “yetkin süd”ə keçən bir prosesin tərəfləridir. Körpənizi qidalandırdığınız hər bir ana südü onu ehtiyacı olan bütün qidalandırıcılar ilə təmin edəcək və onun üçün həyatda ən yaxşı başlanğıc olacaq.6
Yeni doğulan körpəni necə əmizdirməli7
- Kresloda və ya yastıqların əhatəsində özünüzü rahatca yerləşdirin
- Körpənizi döşünüzə tərəf gətirin və özünün tutmasına icazə verin
- Körpə boyun və çiyinlərindən tutulmalıdır, lakin başını sərbəstcə ətrafa döndərə bilməsinə imkan verilməlidir
- Əmizdirmə zamanı bütün bədəni üzünüz istiqamətində olmalıdır, beləcə qarnının sizə tərəf olduğuna əmin olmalısınız
- Əmizdirərkən körpənizin qollarını sərbəst hərəkət etdirməsinə icazə verin. Döşünüzü sıxması və ya toxunmasına imkan verin, çünki bunun süd gəlməsini daha da stimullaşdırdığını görəcəksiniz.
Körpənizi necə əmizdirməli
• Körpənizin bütün bədənini döşünüzün giləsi burnuna tərəf gələcək şəkildə tutun.
• Başının ucunu bir az geri çəkin, beləcə üst dodağı döşün giləsinə ehmalca toxuna bilsin. Bu ona ağzını geniş açmağa kömək edəcək.
• Ağzı geniş açıldıqdan sonra körpənizi döşünüzə tərəf gətirin (əksinə yox).
• Körpəniz əmizdirmə üçün düzgün vəziyyətə gəldikdə alt dodağı geri bükülür və areolanızın görünən yeganə hissəsi (döşün giləsi ətrafındakı tünd rəngli dəri) körpənizin üst dodağının yuxarısında olur.
Əmizdirmə zamanı ağrı körpənizin düzgün vəziyyətdə olmadığı səbəbindən ola bilər, buna görə də vəziyyəti dəyişmək kömək edə bilər. Barmağınızı yavaşca məmə ucu ilə körpənizin ağzının arasına salıb bir-birindən aralayın, körpəni döşünüzdən uzaqlaşdırın və yenidən yerləşdirməyə çalışın.
Vaxt keçdikcə körpənizin nə cür qidalanmağı xoşladığını biləcəksiniz, lakin o vaxta qədər onun düzgün əmizdirilməsi ilə bağlı bu ümumi qaydalara diqqət edin:
- Körpələr ana südü ilə qidalanarkən döşü ağızlarına yerləşdiyi qədər alırlar
- Çənələri möhkəmcə döşünüzə toxunur
- Döşlər və məmə ucları narahatlıq hiss etmir
- Doyandan sonra körpələr özləri döşdən uzaqlaşırlar
- Ana südü ilə qidalanarkən yanaqları dolğun və yuvarlaq görünəcək. Həmçinin, qulaqlarının ətrafındakı hərəkətə də diqqət yetirin, bu, südü udduqlarını göstərən yaxşı bir işarədir
Yeni doğulan körpəni hər dəfə əmizdirərkən nə qədər süd verilməlidir?
Yeni ana olanların bir çoxu körpəsinin kifayət qədər süd qəbul etməməsindən narahat olurlar, lakin ilk bir neçə gündə qarnı çox kiçik olduğu üçün yeni doğulan körpənizin gündə sadəcə bir neçə çay qaşığı kolostrum südünə ehtiyacı olacaq.1 Buna baxmayaraq, o, hər saat yaxşıca qidalansa da, ilk həftədə maye itkisi səbəbi ilə körpənizin doğum çəkisini 5-10%-ə qədər itirməsi tamamilə normaldır.8 Lakin 10%-dən çox çəki itkisi olarsa, tibb mütəxəssisinə müraciət edin, çünki bununla bağlı klinik qiymətləndirmə edilməlidir.9 Adətən ikinci həftənin sonundan etibarən bu çəkini bərpa etmiş olacaq və böyüməyə başlayacaq.
Yeni doğulan körpəni hansı aralıqlarla qidalandırmaq lazımdır?
Körpəniz bütün bunları etsə belə, qəbul etdiyi südün miqdarı ilə bağlı narahatlığınız ola bilər. Ana südü ilə qidalanan körpənin neçə dəfə əmizdirilməsi ilə bağlı konkret qaydalar yoxdur və körpəniz böyüdükcə ehtiyacları dəyişəcək, lakin təlimat olaraq gecə və gündüz qidalanması da daxil olmaqla hər iki-üç saatdan bir əmizdirə bilərsiniz.10
Körpənizin kifayət qədər qida qəbul etdiyini bilməyin bir neçə yolu:
- 3-5-ci günündən etibarən çəki almağa başlayacaq. Əksər körpələr ilk iki həftə ərzində doğuş zamanı olan çəkilərini bərpa edirlər.
- 4-cü günündən etibarən və ilk bir neçə həftə ərzində nəcisi sarı və kifayət qədər durudur. Gündə ən az iki dəfə etməlidir
- 5-ci gündən etibarən 24 saatda ən az altı uşaq bezini yaş edir
Unutmayın, körpəniz doyandan sonra özü döşdən uzaqlaşacaq. Bəzi körpələr qidalanma zamanı təbii olaraq özləri ara verirlər, buna görə də ara verdiyini, yoxsa həqiqətən doyduğunu bilmək üçün bir az gözləmək hər zaman ən yaxşısıdır.11
Körpənizi nə vaxta qədər əmizdirməlisiniz?
Ana südü ilə qidalanma körpənizin ehtiyac duyduğu bütün qidalandırıcıları təmin edir və bir çox faydası var, həmçinin körpəniz qatı qidalarla tanış olduqdan sonra da bu faydalar davam edir! Körpənizi 6 ayına qədər sadəcə ana südü ilə, 2 yaşına qədər isə tamamlayıcı qidalarla birlikdə ana südü ilə qidalandırmaq erkən yaşda ən yaxşı bəslənməni təmin edəcək.4
Əmizdirmə üçün əşyalar
Əmizdirmə əşyaları üçün xüsusi alış-veriş etməyə ehtiyac yoxdur, sadəcə hamiləliyin sonuna doğru bəzi şeylərə baxmaq yaxşı olar. Faydalı ləvazimatlar aşağıdakılardır:
Əmizdirmə büsqalteri
- Onlar asanlıqla açılmaqla rahat əmizdirməyə imkan verir
- Döşlərinizə təzyiq edərək mastit ehtimalını artırdığına görə çox sıx olmamasına diqqət edin
Döş pompası
- Ana südünü sağmağı planlaşdırırsınızsa
Döş bezləri
- Döşləriniz əmizdirmə saatları arasında axıda bilər
İctimai yerdə əmizdirmək
İctimai yerlərdə əmizdirmək körpənizlə birlikdə olduqda tez-tez ehtiyacınız olacaq bir şeydir. Başlanğıcda bir neçə dəfə ictimai yerlərdə körpənizi əmizdirdiyiniz zaman narahat olmağınız normaldır. İctimai yerlərdə körpənizi əmizdirərkən utanırsınızsa, özünüzlə örtünmək üçün parça götürməyiniz kömək edə bilər.
Bir çox ölkədə ictimai məkanlarda körpəni əmizdirmək qanunla qorunur. Körpəni əmizdirmək ən təbii haldır və bir çox ölkədə ictimai yerlərdə, məsələn, ictimai nəqliyyatda, kafelərdə, kinoteatrlarda, mağazalarda və s. məkanlarda qadınların körpələrini ana südü ilə qidalandırması qanunla qorunur.
- Lording, Ros. Breastfeeding Review, 2008;16(3):32.
- Legislation.gov.uk. (2019). Equality Act 2010. [online] Available at: http://www.legislation.gov.uk/ukpga/2010/15/contents [Accessed 18 Dec. 2019].
- White, R. Breastfeed Med, 2017;12(7):398-400.
- Agostoni, C., et al. J Pediatr Gastroenterol Nutr, 2009;49(1):112-125.
- Neville, M. et al. Am J Clin Nutr, 1988;48(6):1375-1386.
- Nielsen, S., Beverly, R. and Dallas, D. Frontiers in Nutrition, 2017;4.
- Banginwar, A., et al. J Fam Community Med, 2011;18(2):74.
- Australian Breastfeeding Association. (2019). Baby weight losses and weight gains. [online] Available at: https://www.breastfeeding.asn.au/bf-info/common-concerns–baby/baby-weight-gains [Accessed 18 Dec. 2019].
- Nice.org.uk. 2020. Recommendations | Faltering Growth: Recognition And Management Of Faltering Growth In Children | Guidance | NICE. [online] Available at: https://www.nice.org.uk/guidance/ng75/chapter/Recommendations [Accessed 1 May 2020].
- Casiday RE, et al. Eur J Clin Nutr. 2004;58(9): 1290-1296.
- Li R, Fein SB, Grummer-Strawn LM. Pediatrics. 2010;125(6):1386-93.
Son baxış: 13 iyul 2020
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.