Hamiləliyin 6-cı həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 6 həftəsi neçənci aydır?

calendar icon circle

2-ci ay (1-ci rüb)

foetus icon

6-cı həftədə körpənin inkişafı

Körpənizin sinir borusu bağlanır,1 ürəyi isə çömçəquyruğa oxşayan bədənini qanla təchiz edir.

pregnancy icon

Fol turşusu

Bu dövrdə fol turşusunun niyə vacib olduğunu kəşf edin.

salad icon

Səhər ürəkbulanması

Başlaya biləcək səhər ürəkbulanmasını necə yüngülləşdirməyi öyrənin.

6-cı həftədə körpənin inkişafı

foetus pregnancy week 6

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Körpənizin uzunluğu başının təpəsindən büzdüm sümüyünə qədər təxminən 2-4 mm olsa da,2 keçən həftədən bu yana əhəmiyyətli dərəcədə böyüyüb. Hamiləliyin 6-cı həftəsində çömçəquyruğa bənzəyən görünüşə malik olur, amma qol və ayaqlarının kiçik tumurcuqlarının formalaşması ilə bu bənzərlik uzun sürməyəcək.3 Bədən üzvləri uzanana qədər, körpəniz hələ də başından büzdüm sümüyünə qədər ölçüləcək, çünki ayaqları adətən bükülü olur və ölçmək çətindir.

Körpənizin xaşxaş toxumundan3 böyük olmayan ürəyi həzm sisteminin formalaşmağa başladığı4 bu ərəfədə dəqiqədə təxminən 110 dəfə döyünür.

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.

Sinir borusu inkişafa davam edərkən 6-cı həftə fol turşusu kimi qidalandırıcı maddələri qəbul edib-etmədiyinizi yoxlamaq üçün əla vaxtdır.

Hamiləliyin 6-cı həftəsi (birinci rüb)

week 6 bump

Orqanizmdə dəyişikliklər

Hamiləliyin 6-cı həftəsində bədəndə şişkinliyin olması geniş yayılsa da, hələ ki, hamilə kimi görünməyiniz və ya hamiləlik qarnının əlamətlərini görməyiniz az ehtimal edilir.

6-cı həftədə hamiləlik əlamətləri5

Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 6-cı həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:

Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.

İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.

Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.6 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.

Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.7

Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.

Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.

Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir.10 Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.

Ürəkbulanmanız var?

Hamiləliyin 6-cı həftəsindən başlayaraq hamiləlik hormonları yüksəlməyə başlayır və bu, tez-tez ürəkbulanmasına səbəb ola bilər. Bu məsləhətlər ürəkbulanmasından yayınmağa kömək edə bilər:

health icon 1

Az və vaxtaşırı yemək bir qədər yüngülləşmə verə bilər.

health icon 2

Anaların çoxu bildirir ki, səhər yataqdan qalxmazdan əvvəl bir quru kreker yemək mədəni sakitləşdirməyə kömək edə bilər.

health icon 3

Bəzi analar zəncəfilin hamiləlik ürəkbulanması və qusmasını yüngülləşdirməyə kömək etdiyini bildirirlər.11

Siz həmişəki qida miqdarına tab gətirə bilməsəniz belə, sağlam pəhrizə sadiq qalmağa çalışın, bu sizi və körpənizi ehtiyac duyduğunuz qidalandırıcı maddələr ilə təmin edəcək.

Fol turşusuna diqqət

Mütəxəssislər hamiləliyin ilk 12 həftəsində gündəlik olaraq fol turşusu əlavəsini qəbul etməyi tövsiyə edir.12

Fol turşusunun təbii qida mənbəyi folat adlanır. O, yaşıl, yarpaqlı tərəvəzlərdə, mərci, noxud və qırmızı lobyada olur, fol turşusu isə həmçinin bəzi çörək və səhər yeməyi yarmalarına əlavə edilir. Amma hamiləliyin bu mərhələsində yüksək miqdarda ehtiyac duyduğunuz üçün yalnız qida mənbəyi ilə kifayət qədər qəbul edilməsi çətindir. Buna görə də fol turşusu əlavəsi tövsiyə edilir.

Tövsiyə edilən doğuş öncəsi multivitaminin tərkibində ehtiyacınız olan 400 mkq fol turşusu olduğunu yoxlayın.

Əgər hamiləsinizsə, amma fol turşusu əlavəsi və ya tərkibində fol turşsusu olan doğuş öncəsi multivitamin qəbul etmirsinizsə, narahat olmayın: elə indi qəbul etməyə başlayın və 12-ci həftəyə qədər davam etdirin.

FOL TURŞUSUNUN

ELMİ ƏSASI

Bu vacib qidalandırıcı maddə körpənizin onurğa və sinir sisteminin formalaşması üçün artıq bağlanmaqda olan sinir borusunun inkişafını dəstəkləyir. 400 mkq fol turşusu əlavəsinin qəbulu spina bifida1 (onurğa yırtığı) kimi sinir borusu qüsurları riskinin azaldılmasının ən yaxşı yoludur.

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

Əgər siz hələ də terapevtin qəbulunda olmamısınızsa, bunu etməyiniz lazımdır, çünki o, ilk ultrasəs müayinə də daxil olmaqla doğuş öncəsi qulluğunuzun planlaşdırılmasına start verəcək.

1. NHS. Why do I need folic acid in pregnancy? [Online] Available at: https://www.nhs.uk/common-health-questions/pregnancy/why-do-i-need-folic-acid-in-pregnancy/ Page last reviewed: 16 March 2018. Next review due: 16 March 2021.

2. Papaioannou GI et al. Normal ranges of embryonic length, embryonic heart rate, gestational sac diameter and yolk sac diameter at 6-10 weeks. Fetal Diagn Ther 2010;28(4):207-19.

3. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 31.

4. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 149.

5. NHS UK. Signs and symptoms of pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/signs-and-symptoms-pregnancy/ Page last reviewed: 6 October 2016. Next review due: 6 October 2019.

6. NCIB. Noel M. Lee, M.D. Gastroenterology Fellow Sumona Saha M.D. Assistant Professor of Medicine; Nausea and Vomiting of Pregnancy. 2011. Pub. 2013. [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3676933/

7. NHS UK. Week 10 – Your first Trimester. [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/1st-trimester/week-ten/

8. NHS UK. Vaginal bleeding in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vaginal-bleeding-pregnant/ Page last reviewed: 26 January 2018. Next review due: 26 January 2021.

9. NHS UK. Stomach pain in pregnancy. [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stomach-pain-abdominal-cramp-pregnant/ Page last reviewed: 1 May 2018. Next review due: 1 May 2021.

10. NCIB. Claudio N. Soares and Brook Zitek; Reproductive hormone sensitivity and risk for depression across the female life cycle: A continuum of vulnerability? Pub. J Psychiatry Neurosci. 2008 Jul; 33(4): 331–343 [Online] Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2440795/

11. NHS UK. Nausea and morning sickness [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/morning-sickness-nausea.aspx Page last reviewed: 5 March 2018. Next review due: 5 March 2021.

12. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.

13. NHS choices. How much weight will I put on during my pregnancy? [Online] 2015. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 23 sentyabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x