Hamiləliyin 35 həftəsi neçənci aydır?
8-ci ay (3-cü rüb)
Böyü, körpəm, böyü
Körpəniz demək olar, doğuşa hazırdır və sürətlə böyüyür. Orqanizminiz artan tələblərin təsiri altındadır və hamiləliyin 35-ci həftəsində sizdə qəbizliyə meyletmənin olduğunu aşkar edə bilərsiniz. Balanslı pəhrizinizi daha çox liflərlə gücləndirmək bağırsağın normal funksiyasının qorunmasına kömək edir.
35-ci həftədə körpənizin inkişafı
Doğuşa təxminən hazır
Hamiləliyin 35-ci həftəsində körpənizin çəkisi təxminən 2494 qramdır,1 amma bu, sadəcə ehtimaldır. Körpələr bu mərhələdə boyları və çəkilərinə görə fərqlənirlər və ultrasəs müayinə belə yalnız aralığı verə bilir, dəqiq rəqəmi yox.2
Bir məqam dəqiqdir ki, indi böyüyən körpəniz üçün ətrafında daha az yer var. Ayaqlarını sinəsinə yığaraq olduğu vəziyyətdə belə qıvrıla, hərəkət edə bilər və siz bu hərəkətləri qarnınızın üstündən görə bilərsiniz.3
Ciftiniz də böyüməkdədir və 35-ci həftədə təxminən 544 qramdır. Bu, körpənizin çəkisinin təxminən dörddə birindən çoxdur və onun doğuş çəkisinin altıda biri qədərdir.4
Daxildə isə körpənizin ağ ciyərləri tam formalaşıb və nəfəs almağa hazırdır, onun mərkəzi sinir sistemi isə hələ inkişafdadır.1 İndi onun həzm sistemi də uşağlıq boşluğundan kənardakı həyata demək olar ki, hazırdır.5
Sizin vücudunuz da artıq süd hazırlanmasına hazırdır. Doğuş tarixi yaxınlaşdıqca döşlərinizdən ilk qidalı süd – kolostrum sızıntısının gəlməsi ilə rastlaşa bilərsiniz.5
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Həyat lifi: Sağlam bağırsaq funksiyasının qorunması
Hamiləliyin 35-ci həftəsində sizin qarnınız kimi körpəniz də daha böyük olub və siz hamiləliyin bu son dövrlərində qəbizliyə meyillilik əlamətlərini aşkar edə bilərsiniz.6
Liflərlə zəngin qidaları pəhrizinizə daxil etmək bağırsağın sağlam fəaliyyətini dəstəkləyir, çünki müxtəlif növ liflər sizin həzm siteminizdə müxtəlif funksiyaları yerinə yetirir. Ümumi qaydaya görə, həll olan liflər bağırsaqda fermentasiya ola bildiyi halda, həll olmayan liflər tam şəkildə keçir. Hər iki növdən olan liflərin qəbulunu tərdicən artırmaq hamiləliyin geri qalan hissəsində bağırsağın sağlam funksiyasını qorumağa kömək edir.
Bol miqdarda su içməyi və gəzinti, yoqa kimi bəzi yüngül idman hərəkətlərini etməyi unutmayın. Bəzi dəmir əlavələri qəbizliyə səbəb ola bilər, buna görə də əgər hər hansı birini qəbul edirsinizsə, həkiminizdən başqa birinə keçid edə biləcəyiniz barədə soruşun.6,7
Növbəti addımlar
Lif yalnız bitki əsaslı qidalarda mövcud olur. Həll olan və həll olmayan liflər adətən qidaların tərkibində birlikdə olurlar, buna görə də liflərlə zəngin çeşidli qidaları yemək hər iki növün ideal ahəngini təmin edir.
Lif qəbulunu artırmaq üçün liflərlə zəngin aşağıdakı qidaların əvəzetməsini sınayın:
- Kartof püresi əvəzinə qabıqlı kartof
- Portağal şirəsi əvəzinə bütöv portağal
- Tərəvəz şorbası əvəzinə tərəvəz və lobya şorbası
- Toyuq karrisi və düyü əvəzinə qəhvəyi düyü ilə mərci karrisi
1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. P.47.
2. Curtis GB, Schuler J. Your pregnancy week by week. 7th ed. Cambridge: Fisher books, 2011. p.495.
3. NHS UK. You and your baby at 33-36 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-33-34-35-36.aspx [Accessed August 2016].
4. Thompson JMD et al. Placenta weight percentile curves for singleton deliveries. 2007. BJOG; 116 (6): 715-720
5. Regan, L. Your pregnancy week by week. London: Dorling Kindersley Limited, 2013. p. 204.
6. Patient.co.uk. Common problems of pregnancy [Online]. 2013. Available at: http://patient.info/doctor/common-problems-of-pregnancy [Accessed August 2016].
7. NHS UK. Common health problems in pregnancy [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/common-pregnancy-problems.aspx#Constipation[Accessed August 2016].
Son baxış: 8 avqust 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.