Hamiləliyin 11-ci həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 6 dəqiqə

Hamiləliyin 11 həftəsi neçənci aydır?

calendar icon circle

3-cü ay (1-ci rüb)

foetus icon

11-ci həftədə körpənin inkişafı

Bir çox əsas orqanlar artıq yerindədir.

pregnancy icon

Səhər ürəkbulanması

Səhər ürəkbulanması kimi əlamətlər zəifləməyə başlamalıdır.

milk icon

Kalsium

Kalsiumun pəhrizinizdə əhəmiyyəti barədə öyrənin.

11-ci həftədə körpənin inkişafı

foetus pregnancy week 11

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 11-ci həftəsində körpəniz böyüməsinin sürətli mərhələsinə başlamaq üzrə olur. Boyu hələ ki, 4-5 sm, laym böyüklüyündədir. Bununla bərabər, sürətli şəkildə böyüyür və inkişaf edir: bütün üz sümükləri artıq yerindədir, əl və ayaq barmaqları pərdəli rüşeymindən ayrılmağa başlayır, qulaq tumurcuqları isə daha bilinən şəkil alır.1

Daxildə isə körpənizin beyni, ağ ciyərləri, qara ciyəri və böyrəkləri 11-ci həftədə formalaşsa da, orqanizmin bəzi sistemləri bütün hamiləliyiniz boyu inkişafa davam edəcək.2

Körpəniz artıq bir neçə vaxtdır ki, qəfil hərəkətlər etməsinə baxmayaraq,2 əgər bu sizin ilk hamiləliyinizdirsə, çətin ki, 17-18-ci həftəyə qədər və ya daha gec hansısa zərbəni hiss edəsiniz.1

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Hamiləliyin 11-ci həftəsi (birinci rüb)

woman resting on sofa

Orqanizmdə dəyişikliklər

Beliniz yoğunlaşmağa başladığından, ola bilər ki, qarnınızın böyüdüyünü hiss edəsiniz. Əgər heç bir şey sezmirsinizsə, narahat olmağa dəyməz, yəqin ki, çox keçmədən müşahidə edəcəksiniz.

11-ci həftədə hamiləlik əlamətləri3

Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 11-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərini hiss edə bilərsiniz:

Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.

İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.

Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.4 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.

Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.5

Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.

Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində8 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.

morning sickness

Səhər ürəkbulanması barədə şad xəbər

Hamiləlik ürəkbulanması adətən ilk rüb ilə sona çatır. Bir çox qadınlarda əlamətlər 9-11-ci həftələrdə zirvə nöqtəsinə çatır və 12-14-cü həftələrdə hiss ediləcək şəkildə yaxşılaşır.9 Bəzi qadınlarda hamiləlik ürəkbulanması daha uzun, təxminən 20 həftə çəkə bilər, ikinci rübdən başlayaraq isə turşu reflüksü ürəkbulanma və qusmaya səbəb ola bilər. Səhər ürəkbulanması və onun müalicəsi barədə daha ətraflı məlumat alın.

pregnancy scan

İlk ultrasəs müayinəniz

8-14-cü həftələr arasında sizin ilk ultrasəs müayinəniz olacaq. Ultrasəs müayinə uşaqlıq boşluğunda körpənizin təfsilatlı təsvirini göstərmək üçün zərərsiz səs dalğalarından istifadə edir. Körpənizi ilk dəfə görərkən yaşayacağınız sevincdən başqa nə siz, nə də körpəniz heç bir şey hiss etməyəcəksiniz.

regular milk

Kalsiuma diqqət

Kalsium sümüklərin və dişlərin inkişafında vacib olduğu üçün körpənizin ona bir qədər ehtiyacı olacaq.10 Süd bir neçə vacib funksiyanı yerinə yetirən zəngin kalsium mənbəyidir.10

  • Körpənizin ürək döyüntüləri də daxil olmaqla əzələlərin yığılmasını tənzimləyir
  • Qanınızın normal laxtalanmasına kömək edir
  • Əzələ toxuması və sinirlərin sağlam fəaliyyətini təmin edir

Hamiləlik dövründə kalsium ehtiyacınızın miqdarı dəyişmir, amma tövsiyə olunan gündəlik normanı qarşılamağınız vacibdir.

Kalsium mənbələri

  • Pasterizə edilmiş süd, pendir və qatıq da daxil olmaqla süd məhsulları
  • Xüsusən badam və küncüt toxumu olmaqla bəzi qabıqlı çərəzlər və toxumlar
  • Lobyakimilər və paxlalılar
  • İspanaq
  • Tofu kalsiumu ilə zənginləşdirilmiş səhər yeməyi yarmaları və ağ çörək
  • Bəzi soya südü kimi kalsium ilə zənginləşdirilmiş içkilər

KALSİUMUN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Sümüklərin və dişlərin inkişafında vacib rol oynaması ilə bilinən kalsium hamiləlik boyunca körpəniz üçün əsas qidalandırıcı maddələrdəndir.12 Xoşbəxtlikdən onu geniş çeşidli mənbələrdən almaq olar.

Amma kalsium təkcə sümükləri və dişləri dəstəkləmir. O, hər adi hüceyrədə istifadə olunur, toxumalarda və orqanizmdəki mayelərdə mövcud olur, əzələlərin və sinirlərin fəaliyyətinə, həzm prosesinə kömək etmək və qanın laxtalanması da daxil olmaqla digər funksiyaları da yerinə yetirir.13 Araşdırmaya görə hamiləlikdə kalsium ilə yaxşı təmin olunma preeklampsiya və erkən doğuş riskini azaltmağa kömək edə bilər.14

Hamiləlik dövründə uzaq durulmalı qidalar

Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:

banned number 1

Çiy və tam bişməmiş ət

banned number 2

Pasterizə edilməmiş süd və süd məhsulları

banned number 3

Qara ciyər və A vitamini ilə zəngin qidaların həddən artıq qəbulu

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.15

Əgər siz hələ də terapevtin qəbulunda olmamısınızsa, bunu etməyiniz lazımdır, çünki o, ilk ultrasəs müayinə də daxil olmaqla doğuş öncəsi qulluğunuzun planlaşdırılmasına start verəcək.

  1. NHS UK. You and your baby at 9-12 weeks pregnant [Online]. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-9-10-11-12.aspx Page last reviewed: 17 July 2018. Next review due: 17 July 2021.
  2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 34.
  3. NHS. Signs and symptoms of pregnancy [Online]. Available at: https://www.nhs.uk/pregnancy/trying-for-a-baby/signs-and-symptoms-of-pregnancy/ Page last reviewed: 6 October 2018. Next review due: 6 October 2021.
  4. Noel M. Lee, M.D., Gastroenterology Fellow and Sumona Saha, M.D., Assistant Professor of Medicine. Nausea and Vomiting of Pregnancy. 2011. Pub 2013. [Online]
  5. NHS Start 4 Life. 1st trimester, week 10 [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/1st-trimester/week-ten/
  6. NHS. Vaginal bleeding in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vaginal-bleeding-pregnant/ Page last reviewed: 26 January 2018. Next review due: 26 January 2021. 7.
  7. NHS. Stomach pain in pregnancy [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/stomach-pain-abdominal-cramp-pregnant/ Page last reviewed: 1 May 2018. Next review due: 1 May 2021.
  8. Claudio N. Soares and Brook Zitek. Reproductive hormone sensitivity and risk for depression across the female life cycle: A continuum of vulnerability? 2008. [Online]
  9. NHS. Vomiting and morning sickness in pregnancy [Online].
  10. European Union. Commission Regulation [EU] No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health. OJ L 136 2012;1-40.
  11. NHS. Vitamins and minerals, Calcium [Online]. Available at: https://www.nhs.uk/conditions/vitamins-and-minerals/calcium/ Page last reviewed: 3 March 2017. Next review due: 3 March 2020.
  12. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 169.
  13. British Nutrition Foundation. Dietary calcium and health [Online]. Available at: http://nutrition.org.uk/attachments/205_Dietary %20calcium%20and%20health%20summary.pdf [Accessed October 2019]
  14. Cochrane. Calcium supplementation during pregnancy for preventing blood pressure disorders and related problems. 2018 [Online]. Available at: https://www.cochrane.org/CD001059/PREG_calcium-supplementation-during-pregnancy-preventing-blood-pressure-disorders-and-related-problems [Accessed October 2019].
  15. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 3 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x