Hamiləliyin 30 həftəsi neçənci aydır?
7-ci ay (3-cü rüb)
Düşüncə üçün qida
Hamiləliyin 30-cu həftəsində körpənizin həm daxilində, həm də xaricində bir çox şeylər baş verir. Bambalaca ayaq dırnaqları görünməyə başlayır və sinir lifləri beyin impulslarının daha tez hərəkəti üçün sürətlə böyüyür. Dəmir bu koqnitiv inkişafı dəstəkləyir, odur ki, pəhrizinizdə kifayət qədər olması önəmlidir.
30-cu həftədə körpənizin inkişafı
30-cu həftəyə keçid zamanıdır
Hamiləliyin 30-cu həftəsində körpənizin boyu başından büzdüm sümüyünə qədər təxminən 27 sm, çəkisi isə təxminən 1360 qramdır. Onun beyni və ağ ciyərləri inkişafa davam etdikcə bambalaca ayaq dırnaqları böyüməyə başlayır.1
İndiki mərhələ ağ, sürüşkən verniks və lanuqo adlanan incə tüklər yox olmağa başlayır,2 bu, körpənizin dərisinin altında onun isti qalması üçün kifayət qədər yağın olduğuna işarədir.
Körpələrin çoxu bu mərhələdə1 kənar dünyaya səyahətə hazırlaşarkən başıaşağı vəziyyətdə olur. Əgər ginekoloqunuz körpənizin hələ çevrilmədiyini aşkar edərsə, narahat olmağa dəyməz; hələ kifayət qədər vaxt var.
Sizin körpə bu həftə
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Dəmir barədə düşünməyə davam edək?
Dəmir bütün hamiləlik boyu əsas qidalandırıcı maddədir. O, bütün vücudunuz boyu qan hüceyrələrində oksigeni daşıyaraq onu ciftiniz vasitəsilə körpənizə ötürür və körpənizin koqnitiv inkişafında əhəmiyyətli rol oynayır.3
Bu səbəbdən də hamiləlik ərzində ət, yağlı balıq və yumurta kimi bol miqdarda dəmirlə zəngin qidalar yemək vacibdir. Bitki əsaslı mənbələrə çörək və dəmirlə zənginləşdirilmiş səhər yeməyi yarmaları, su tərəsi, yem kələmi və brokkoli kimi tünd yaşıl, yarpaqlı tərəvəzlər, əncir və ərik kimi quru meyvələr və paxlalı bitkilər aiddir.4
Hamilə qadınların çoxu təkcə pəhrizləri vasitəsilə lazımi qədər dəmir səviyyəsini qoruyub saxlaya bilirlər. Amma dəmir səviyyəsi aşağı olarsa, sizə əlavələr təyin edilə bilər.5
Yadda saxlamaq lazımdır ki, bəzi qidalar dəmirin sorulmasına mane olsa da, bəziləri bu prosesi yaxşılaşdırır. C vitamini bitki əsaslı mənbələrdən dəmirin alınmasına kömək edir, buna görə də yemək zamanı bir stəkan meyvə şirəsi içmək və ya C vitamini ilə zəngin meyvə dilimi yemək əla fikirdir.6 Kalsium çay və qəhvədəki tannin maddəsi kimi əks təsirlərə də malik ola bilər. Bu onlardan uzaq durmaq mənasını vermir. Siz ehtiyacınız olan dəmiri düzgün balanslaşdırılmış pəhriz vasitəsilə almalısınız.
NÖVBƏTİ ADDIMLAR
Dəmir tərkibli aşağıdakı qidaları kifayət qədər qəbul etdiyinizdən əmin olun:4
- Yağsız ət və ya sardina kimi yağlı balıqlar
- Brokkoli, su tərəsi və yem kələmi kimi tünd yaşıl tərəvəzlər
- Qabıqlı çərəzlər, xüsusən keşyu qozu
- Paxla, noxud, lobya və mərci
- Kəpəkli çörək və dəmirlə zənginləşdirilmiş səhər yeməyi yarmaları da daxil olmaqla tam buğda qidalar
- Ərik, qara gavalı və kişmiş kimi quru meyvələr
- Yumurta
1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p.45.
2. NHS UK. You and your baby at 29-32 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-29-30-31-32.aspx [Accessed August 2016].
3. Commission Regulation (EU) No 957/2010 of 22 October 2010 on the authorisation and refusal of authorisation of certain health claims made on foods and referring to the reduction of disease risk and to children’s development and health. OJ L 279, 23.10.2010, pp.13–17.
4. Gandy J (Ed). Manual of Dietetic Practice, 5th Edition. Wiley Blackwell. UK. 2014 p.927.
5. NHS UK. Vitamins, supplements and nutrition in pregnancy [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/vitamins-minerals-supplements-pregnant.aspx[Accessed August 2016].
6. Zijp IM, Korver O, Tijburg LB. Effect of tea and other dietary factors on iron absorption. Crit Rev Food Sci Nutr 2000;40(5):371-98.
Son baxış: 8 avqust 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.