Pul bibər ilə qovrulmuş noxud və badam

Hazırlıq müddəti: 10 dəqiqə. Bişmə müddəti: 25 dəqiqə. Porsiya: 10 x 20 q porsiya

Adi qabıqlı çərəzlərə alternativ olan bu tez hazırlanan və ləzzətli əlüstü qida birbaşa sobadan çıxarılaraq yeyilir. Dişlər üçün bir qədər sərt ola bilər, odur ki, xırçıldadarkən bir qədər ehtiyatlı olun.

Bu yemək: Tərkibində süd yoxdur • qlüten yoxdur • veqan • vegeterian • protein mənbəyi • tərkibində liflər var • fol turşusu və E vitaminini təmin edir

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji118 kkal6%
Yağ6.9 q10%
Doymuş yağ0.6 q3%
Şəkər0.6 q1%
Duz0 q0%

Dietoloq tövsiyəsi

Əgər hamiləlik dövründə qəbizlikdən əziyyət çəkirsinizsə, liflərlə zəngin çərəzlər sizə kömək edə bilər.1

İnqrediyentlər

  • 400 q süzülmüş və qurudulmış noxud
  • 2 rozmarin budağının incə doğranmış yarpaqları (təxminən 1 yemək qaşığı)
  • 2 çay qaşığı üyüdülmüş zirə
  • 1 çay qaşığı qırmızı (pul) bibər
  • 10 q bütöv badam
  • Təzə üyüdülmüş qara bibər

Reseptin tərkibindəki allergen: badam. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.

Qidalandırıcılıq baxımından faydaları

* Noxud: Tərkibindəki protein körpənizin böyüməsi üçün təməl daşları təmin edir2

* Badam: Tərkibində E vitamini var. Hamiləlik dövründə kifayət qədər E vitamini qəbul etmək körpənizin həyatının sonrakı illərində onun astma və respirator xəstəliklərə yoluxma ehtimalını azaldır3,4

Hazırlanma qaydası

  1. Sobanı 200oC-dək qızdırın.
  2. Noxudu, rozmarini, zirəni, pul bibəri və istiotu soba məcməyisinə tökün. Onları bir qat olaraq yayın və xırçıltılı olana qədər 15 dəqiqə bişirin.
  3. Sonra badamları səpin və hamısını birlikdə qarışdırın. Yenidən sobaya qoyun və noxudlar rəngini dəyişənə qədər daha 10 dəqiqə bişirin.
  4. Sobadan çıxarıb bir kasaya tökün, bir qədər soyumasını gözləyin və nuş edin.

  1. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  2. NHS. Healthy Eating Pregnancy [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/healthy-eating-pregnancy/ [Accessed July 2018].
  3. Turner SW et al. Associations between fetal size, maternal α-tocopherol and childhood asthma. Thorax 2010;65(5):391-7.
  4. Devereux G et al. Low maternal vitamin E intake during pregnancy is associated with asthma in 5-year-old children. Am J Resp Crit Care Med 2006;174(5):499-507.

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x