Hamiləliyin 14-cü həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 14 həftəsi neçənci aydır?

calendar icon circle

4-cü ay (2-ci rüb)

foetus icon

14-cü həftədə körpənin inkişafı

Körpənizin böyrəkləri fəaliyyətə başlayır.

pregnancy icon

Cift

Ciftin oynadığı vacib rol barədə öyrənin.

salad icon

K vitamini

K vitaminin körpəniz üçün niyə vacib olduğunu kəşf edin.

14-cü həftədə körpənin inkişafı

foetus pregnancy week 14

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

İndi körpəniz təxminən 8,5 sm uzunluğunda, kivi boydadır. Onun başı daha dəyirmi və bədəni ilə daha mütənasibdir. Göz qapaqları inkişaf edir, əl və ayaq barmaqlarında dırnaqlar əmələ gəlir. Körpəniz fırlanmağa başladıqca, əllərini, biləklərini və ayaqlarını genəltdikcə onun hərəkətləri daha nizamsız olmağa başlayacaq.2

Daha vacibi isə odur ki, körpənizin böyrəkləri artıq işləməyə başlayıb və o az miqdarda amniotik maye udmağa başlayır. Bu onun mədəsindən keçməklə böyrəkləri vasitəsilə sidik halında amniotik mayeyə qayıdır.3

Körpənizin iki növ tükü çıxacaq. Bəziləri başının kiçik bir hissəsində normal saç kimi çıxsa da, qalanları onun isti qalması üçün bütün bədəni boyu lanuqo adlanan incə tük örtüyü kimi çıxacaq. 4

Hamiləliyin 14-cü həftəsi (ikinci rüb)

tired woman sleeping

Orqanizmdə dəyişikliklər

Əsas xəbər odur ki, siz yeni bir orqan, cift yetişdirmisiniz. O, uşaqlıq boşluğunuz və körpənizi göbək bağı vasitəsilə bir-birinə bağlayır, qidalandırıcı maddələri, oksigeni, hormonları pompalayır və karbon dioksid kimi artıq maddələri xaric edir.1

Böyümüş döşlər

Döşlərinizin böyüməyə başladığını görə bilərsiniz. Bu dəyişiklik bəzi qadınlarda döşlərin həssaslaşması, bəzilərində isə çəki artması səbəbindən bel ağrılarının olması kimi müşahidə oluna bilər. Əgər büstqalterinizdə sarı ləkələr görsəniz, bu, çox güman ki, gələcək ananın hazırlayacağı ilk süd olan kolostromdur. Bu sizin üçün narahatlıq yaradırsa, döş bezindən istifadə edin.1

14-cü həftədə hamiləlik əlamətləri

Birinci rübün başa çatması ilə qadınların əksəriyyəti özünü daha yaxşı hiss etməyə başlayır, amma səhər ürəkbulanması kimi bəzi əlamətlərin keçməsi bir qədər vaxt ala bilər. İkinci rübdə1 aşağıdakılar da daxil olmaqla bəzi əlamətlər ortaya çıxa bilər:

  • Genişlənən uşaqlıq boşluğunun səbəb olduğu qarın ağrıları
  • Baş ağrısı və ya başgicəllənmə
  • Burun qanaması
  • Köpmə
  • Mədə pozğunluğu və qıcqırma
  • Əl və ayaqların şişməsi
  • Xloasma: üz dərisinin təbii tündləşməsi və ya qəhvəyi ləkələrin görünməsi
baby scan

Ultrasəs müayinə

8-14-cü həftələr arasında ultrasəs müayinə olur, yəni 14-cü həftəyədək sizin ilk ultrasəs müayinəniz olacaq. Ultrasəs müayinə uşaqlıq boşluğunda körpənizin təfsilatlı təsvirini göstərmək üçün zərərsiz səs dalğalarından istifadə edir. Körpənizi ilk dəfə görərkən yaşayacağınız sevincdən başqa nə siz, nə də körpəniz heç bir şey hiss etməyəcəksiniz.

K vitamininə diqqət

article-31-14-weeks-pregnant

Həm siz, həm də körpəniz ehtiyac duyduğunuz K vitaminini sağlam, düzgün balanslaşdırılmış pəhrizdən asanlıqla almalısınız. Yağda həll ola bildiyi üçün orqanizminiz istifadə olunmayan K vitaminini qara ciyərdə ehtiyat olaraq saxlayır, bununla da onu hər gün pəhrizinə daxil etməyinizə ehtiyac qalmır.6 Daha yaxşı xəbər odur ki, K vitamini adətən bişirmə zamanı təsirə məruz qalmır.

Hamiləlik dövründə körpəniz lazımi miqdarda K vitamini qəbul etməsə, doğuşdan sonra onda nadir rastlanan qan laxtalanması pozğunluğu yarana bilər. Buna görə də çoxları doğuşdan sonra gücləndirici inyeksiya elətdirir.7

Sintetik K vitamini toksik8 ola bilər, odur ki, K vitamini əlavəsini ginekoloqunuz və ya həkiminizin tövsiyəsi ilə qəbul edin.

K VİTAMİNİNİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

K vitamini təkcə sümüklərin sağlam inkişafı və qara ciyərdə protein formalaşması üçün zəruri deyil, o həm də qanın laxtalanması, yaraların düzgün sağalmasında da aparıcı rol oynayır. Bu, doğuş vaxtı və doğuşdan dərhal sonra orqanizminiz bərpa prosesini keçməyə və yaxşılaşmağa başlayanda xüsusilə əhəmiyyətlidir.

Hamiləlik dövründə uzaq durulmalı qidalar

Ayrı-ayrı həftələr ərzində uzaq durulmalı xüsusi bir şey yoxdur, amma hamiləlik dövründə aşağıdakılarından uzaq qaçmaq yaxşıdır:

banned number 1

Çiy və tam bişməmiş ət

banned number 2

Pasterizə edilməmiş süd və süd məhsulları

banned number 3

Qara ciyər və A vitamini ilə zəngin qidaların həddən artıq qəbulu

weight gain icon

Hamiləlik dövründə nə qədər çəki yığmalıyam?

Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13

  1. NHS Start 4 Life. 2nd trimester, week 14. [Online]. Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-14/#anchor-tabs [Accessed October 2019].
  2. NHS. You and your baby at 13-16 weeks pregnant [Online]. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-13-14-15-16.aspx Page last reviewed: 17 July 2018. Next review due: 17 July 2021.
  3. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013.
  4. Curtis GB, Schuler J. Your pregnancy week by week. 7th ed. Cambridge: Fisher books, 2011.
  5. European Union. Commission Regulation [EU] No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health. OJ L 136 2012;1-40.
  6. NHS UK. Vitamin K [Online]. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Vitamin-K.aspx Page last reviewed: 3 March 2017. Next review due: 3 March 2020.
  7. NHS UK. What happens straight after the birth? [Online]. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/what-happens-straight-after-the-birth.aspx Page last reviewed: 7 January 2019. Next review due: 7 January 2022.
  8. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London: TSO, 1991.
  9. NHS choices. How much weight will I put on during my pregnancy? [Online]. Available at: https://www.nhs.uk/chq/Pages/2311.aspx?CategoryID=54 Page last reviewed: 18 October 2018. Next review due: 18 October 2021.

Son baxış: 04 dekabr 2019

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x