Doğuş üçün qidalar və çərəzlər

Təkan gücü

Hansı çərəzləri özünüzlə götürməli?

Doğuş böyük miqdarda enerji tələb edən prosesdir, buna görə də özünüzü həmişə güclü hiss etməyiniz üçün əlinizin altında çərəzlərin olması pis olmaz. Xəstəxana çantanıza əlüstü qidalar qoyarkən nələri nəzərə almalı olduğunuz və doğuş zamanı su balansını necə qorumaq barədə oxuyun.

Doğuşdan əvvəl və sonra əlüstü qidalar

Körpənizi harada dünyaya gətirməyi planlaşdırmağınızdan asılı olmayaraq doğuş ərəfəsində yemək istədiyiniz halda yanınızda əlüstü qidaların olması və doğuşdan sonra vacib qidalandırıcıları və kalorilərin yerinin yenidən doldurulması faydalı olar.

Doğuşun xəstəxanada olmasına hazırlaşırsınızsa, xəstəxana çantası yoxlama siyahınıza çeşidli qidalandırıcılar ilə zəngin əlüstü qidaları daxil etməklə yeməkxananın açıq olmasına ümid etməyinizə, yaxud vendinq maşınların sağlam olmayan qidaları ilə özünüzü məhdudlaşdırmağınıza ehtiyac qalmayacaq. Evdən müxtəlif seçimli qidaları ehtiyat olaraq götürmək doğuş ərəfəsində və körpəniz doğulduqdan sonra sağlam əlüstü qidaları qəbul etməyinizi asanlaşdıracaq.

Doğuş zamanı qidalanma

Doğuş böyük miqdarda enerji tələb edir. Digər bütün dözümlülük hallarında olduğu kimi bunun da öhdəsindən gəlmək üçün orqanizminizin kifayət miqdarda qidalanmağa ehtiyacı var.

Qadınlar doğuş zamanı kifayət qədər qidalanmasalar, ketoz adlı hala meyilli olurlar.1 Orqanizm ürəkbulanma və başağrısı simptomları səbəbindən enerji üçün yağ ehtiyatını istifadə edə bilər və bu da yorğunluq əlamətləri ilə müşayiət oluna bilər.

Araşdırmalar göstərir ki, doğuş zamanı kifayət qədər qidalanmaq yorğunluq halına kömək etməkdən əlavə, ketoz riskini də azalda bilər.1 Hətta bir qurtum meyvə şirəsi və ya izotonik içki kimi kiçik miqdarda qidalandırıcı belə güc toplamağınıza kömək edə bilər.2

Doğuş zamanı və doğuşdan sonra qidalar

Doğuş böyük miqdarda enerji tələb edir, buna görə də özünüzü həmişə güclü hiss etməyiniz üçün əlinizin altında çərəzlərin olması yaxşı fikirdir.

cut up apples 1

Doğuş və analığın ilk günləri üçün yemək hazırlamaq

Doğuşu proqnozlaşdırmaq çətindir, amma ilk doğuş prosesi adətən bir qədər uzun, bəzən 24 saat və daha çox çəkir. Əgər doğuş xəstəxanada olacaqsa, gözlənildiyindən daha çox qala bilərsiniz. Bol əlüstü qidalar hazırlasanız, doğuş ərəfəsində yemək istədikdə və ya körpənizi əmizdirəcəyiniz ilk günlərdə rahat olması üçün ehtiyacınız olan əlavə qidaya malik olacaqsınız.

Doğuşdan əvvəl və sonra qida qəbulundan söhbət gedərkən diqqət edilməli məqamlar:

  • Enerjinizi qorumaq üçün az və tez-tez yeyin.
  • Bir dişlək ölçüsündə porsiyalar idealdır.
  • Tərkibində yüksək miqdarda şəkər olan qidalar qısa müddətlik enerji partlayışı verə bilər. Bunun əvəzində daha asta hopdurulması üçün tam buğdalı karbohidratlara üstünlük verin.
  • Böyük ölçüdə çərəzlər və yeməklər yemək ürəkbulanma yarada bilər.
  • Gözləyib sonra yemək əvəzinə, acdığınız anda yeyin.
  • Qeysəriyyə əməliyyatı ehtimalı varsa, yeməkdən və ya içməkdən çəkinməyiniz istənilə bilər.
  • Doğuş partnyorunuzun da əlüstü qidalara ehtiyacı ola və bu ehtiyacı qarşılamaq üçün sizi tək qoyub getməz istəməyə bilər. Odur ki, bol ehtiyat götürün.
  • Doğuş zamanı yeməkdən söhbət düşəndə burada yanlış və ya doğru yoxdur, buna görə də bədəninizin səsini dinləyin və ona uyğun hərəkət edin. Bəzi araşdırmalar göstərir ki, yeməyə üstünlük verən və yeməyən hamilə qadınlar arasında doğuşun müddəti və ya doğuş ağırlaşmalarının sayında fərq yoxdur.3

Doğuş üçün su və izotonik içkilər

Ehtimal etdiyiniz kimi, doğuş susuzluq hissi yaradan prosesdir. Tərləmə nəticəsində itirilən mayenin yerinin doldurulması və susuz qalmamaq üçün müntəzəm olaraq maye qəbul etmək vacibdir.

Su doğuş ərəfəsində içmək üçün əla seçimdir. Yemək istəmədiyiniz halda izotonik içki kalori ilə təmin olunmağınıza kömək edə bilər.

Enerji ilə təmin etsə belə, ürəkbulanmaya səbəb ola biləcəyi üçün qazlı içkilərdən uzaq durmaq yaxşıdır.

NÖVBƏTİ ADDIMLAR

Aşağıdakı qidalardan bəzilərini xəstəxana çantanıza qoyun və ya doğuş başladığı zaman evdə hazır saxlayın:

  • Banan və digər təzə meyvələr
  • Kəpəkli çörək və toyuq, hind quşu və banan içlikli sağlam sendviç
  • Tam buğda biskvitlər, krekerlər,enerji çubuqları
  • Qrissini
  • Qurudulmuş meyvə və qabıqlı çərəzlər qarışığı
  • Bir şüşə su
  • İzotonik idman içkisi

  1. Toohill J et al. Interventions for ketosis during labour. Cochrane Database Syst Rev 2008;(3).
  2. Kubli M et al. An evaluation of isotonic “sports drinks” during labour. Anesth Analg 2002;94(2):404-408
  3. O’Sullivan GI. Effect of food intake during labour on obstetric outcome: randomised controlled trial. BMJ 2009;24:338.

Son baxış: 29 iyul 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x