Su tələb edən iş
Hamiləlik dövründə nə və nə qədər içmək lazımdır
Mayeləri pəhrizimizin bir hissəsi kimi düşünməyə bilərik, amma lazımi miqdarda su qəbulu sizin sağlamlığınız və körpənizin inkişafı üçün çox vacibdir. Bununla belə, əgər sizdə səhər ürəkbulanması olursa, maye qəbulunu saxlamaq çətin ola bilər. Suyun sizin hər ikiniz üçün niyə əhəmiyyətli olması və hamiləlik dövründə susuz qalmamaq üçün gün ərzində nə qədər qəbul etməli olduğunuz barədə öyrənin.
Mayelər: Həyat üçün vacib
İnsan bədəninin çox hissəsini su təşkil edir. O, bizim mürəkkəb orqanizm sistemimizin qaydasında çalışmasını dəstəkləyərkən qidalandırıcı maddələrin sorulması və toksinlərin xaric olunmasına da kömək edir.1
Hamiləlik dövründə bədəninizin artan təlabatını qarşılamaq və susuzlaşmanın qarşısını almaq üçün həmişəkindən daha çox suya ehtiyacınız var.2
Səhər ürəkbulanması səbəbindən qidalara qarşı dözümsüzlük göstərsəniz belə, yenə də bol miqdarda maye qəbul etməlisiniz. Bəlkə bir stəkan suyun içinə bir neçə nanə yarpağı və ya limon suyu əlavə edəsiniz?
Su və sizin hamilə bədəniniz
Körpəniz üçün həlledici əhəmiyyət daşıyan sistemlərin bəziləri özündə nəzərə çarpacaq miqdarda su saxlayır. Məsələn, körpənizi oksigenlə təmin edən qan həcminiz 50%-ə qədər artır.3 Körpənizi qidalandırıcı maddələr ilə təmin edən və böyüməsini dəstəkləyən amniotik mayenin böyük hissəsi də sudan ibarətdir.4
Hər gün kifayət qədər maye qəbul etmək bədəninizin susuzlaşmasının qarşısını alarkən həyati əhəmiyyətli sistemlərin qorunmasına da kömək edir.
Liflərlə zəngin qidalar yeməklə birlikdə, mayelər də qəbizlik və bəzən onunla birlikdə əmələ gələn babasil (hemorroy) ehtimalının azalmasına da kömək edir.5
Su miqdarını qoruyub saxlaya bilmədikdə
Əgər səhər ürəkbulanması və mədə narahatlığı səbəbindən mayeləri qəbul etməkdə çətinliyiniz varsa, böyük miqdarda içmək əvəzinə gün ərzində müntəzəm olaraq qurtum-qurtum içməyə çalışın. Bu kiçik miqdarda qəbul etmələr də toplanaraq susuz qalmaq riskinizi azaldır, buna görə də kiçik qurtumlarla başlayın, sonra isə bacararsınızsa, tədricən böyük miqdara keçin.6
Həmçinin, siz aşkar edəcəksiniz ki, otaq temperaturunda olan mayeləri içməyiniz daha çox kömək edir, nəinki buz kimi soyuq. Bəzi analar şorba və bulyonlarla maye miqdarını saxlaya bildiklərini, bəziləri isə süd və şəkərsiz sərinləşdirici içkilər hesabına susuz qalmadıqlarını düşünürlər. Bu, özünü aldatmaqdır və yalnışdır, amma istənilən mayenin qəbulu heç qəbul etməməkdən yaxşıdır.
Uzunmüddətli hallarda bu barədə həkiminiz və ya ginekoloqunuza məlumat verin. Onlar bu halı yüngülləşdirmək üçün resept yaza və ya ekstremal hallarda damcı vasitəsilə maye qəbul etməyiniz üçün xəstəxanaya yönləndirə bilərlər.
Körpənizi əmizdirərkən gündə əlavə nə qədər maye qəbul etməlisiniz?
Doğru cavab
Gündə əlavə 600-700 ml (təxminən 2-3 stəkan) ehtiyacınız olacaq. İştirakçıların 70%-i “600-700 ml və ya 2-3 stəkan” cavabını seçdi.
Yanlış cavab
Həqiqətən də gündə əlavə 600-700 ml (təxminən 2-3 stəkan) ehtiyacınız olacaq. İştirak edənlərin 30%-i bu cavabı seçdi.
Hamiləlik dövründə nə və nə qədər içmək lazımdır?
Hamiləlik dövründə su ehtiyacınız artsa da, hər insan fərqli olduğu üçün tövsiyə edilən dəqiq miqdar yoxdur. Bədən çəkisi və aktivlik dərəcəsi kimi amillər gündə nə qədər suya ehtiyacınız olduğuna təsir edir.2
Mütəxəssislər su, az yağlı süd, şəkərsiz içkilər, çay, qəhvə və şorba da daxil olmaqla gün ərzində 6-8 stəkan (təxminən 1-2 litr) maye qəbul etməyi tövsiyə edirlər.7 Avropa Qida Təhlüksizliyi Təşkilatı hamilə olmayan qadınların gündə 2 litr su içmələrini tövsiyə edir, bu isə 200 ml-lik on stəkan su deməkdir.2 Bununla belə bu miqdara bütün mayelər və qidaların tərkibindəki su da daxildir. Avropa Qida Təhlükəsizliyi Təşkilatının qiymətləndirməsinə görə, hamiləlik dövründə susuzlaşmanın qarşısını almaq üçün gün ərzində ən azı bu qədər və əlavə təxminən 300 ml suya ehtiyacınız var.2
Hamiləlik dövründə içilməsi münasib olan içkilərə birbaşa su kranından içdiyiniz (əgər bu sizin ərazidə təhlükəsizdirsə) və ya qablaşdırılmış (qazlı və ya qazsız) su, süd, meyvə şirələri və şəkərsiz sərinləşdirici içkilər aiddir. Meyvə şirəsində şəkərin miqdarı yüksək ola bilər, amma tərkibi ancaq meyvədən ibarətdirsə, 150 ml meyvə şirəsi gündəlik 5 porsiya meyvə və tərəvəz qəbulunun bir hissəsi kimi hesablana bilər.2 Şorba da əhəmiyyətlidir və faydalı qidalandırıcı maddələr porsiyasını təmin edə bilər.6
Qazlı və ya şəkər səviyyəsi yüksək içkilərdən uzaq durmağa çalışın. Qidalandırıcılıq dəyəri az olduğu üçün onlardan uzaq durmaq və ya daha sağlam alternativləri ilə əvəzləməyə çalışın.7
Eyni zamanda kofeinli çay və qəhvə çeşidlərinə də məhdudiyyət qoymalısınız. Kofeinin sidikgətirici təsiri ola, sidiyə getmək ehtiyacınızı artırmaqla körpənizə də təsir göstərə bilər. Buna görə hamiləlikdə məhdudlaşdırılmalı və ya uzaq durulmalı qidalar siyahısında yer alır və gündə 200 mq-dan çox qəbul edilməməsi tövsiyə olunur.8
İki nəfər üçün içki hazırlamaq
Gələcəyə, körpənizi əmizdirəcəyiniz vaxtlara baxsanız, hamiləlik dövründə əlavə maye qəbul etməyiniz ana südünün yaranması üçün daha böyük tələblərin qarşılanmasına əla təcrübə ola bilər.
Araşdırmalar göstərir ki, körpənizi əmizdirərkən bədəninizin susuzlaşmaması və yaxşı miqdarda süd yaranması üçün lazım olan suyu təmin etməyə olan ehtiyacınız artır. Avropa Qida Təhlükəsizliyi Təşkilatı körpəni əmizdirərkən gündə əlavə 700 ml maye qəbul etməyi məsləhət görür, bu 3-4 stəkan suya bərabərdir.2
Anaların çoxu körpəsini əmizdirməyə başlayan kimi susadığını hiss edir. Bu faydalı reaksiya hər ikinizi dəstəkləmək üçün kifayət qədər maye qəbul etməklə susuz qalmamağınızı asanlaşdıra bilər. Gecə və ya gündüz körpənizi əmizdirərkən əlinizin altında bir böyük stəkan su saxlayın.
NÖVBƏTİ ADDIMLAR
Hamiləlik dövründə susuz qalmamaq üçün bu tövsiyələrə əməl edin:
- Yatağınızın yanında bir stəkan su saxlayın və səhər oyanan kimi için
- Çantanızda və ya stolunuzun üstündə bir şüşə su saxlayın və gün ərzində müntəzəm olaraq qurtum-qurtum için
- 1 litrlik su qabı alın və gündə iki dəfə tam doldurub içməyi hədəfləyin
- Daha maraqlı olması üçün eksperimentlər edin: suya limon suyu, laym və ya təzə nanə yarpaqları əlavə etmək ona incə, xoş dad verəcək
1. Popkin BM et al. Water, hydration and health. Nutr Reviews 2010;68(8):439-58.
2. Agostoni CV et al. Scientific opinion on dietary reference values for water. EFSA Journal 2010;8(3):1459.
3. Hytten F. Blood volume changes in normal pregnancy. Clin Haematol 1985;14(3):601-12.
4. NHS Choices. What is the amniotic sac? [Online]. 2015. Available at: https://www.nhs.uk/chq/Pages/2310.aspx?CategoryID=54[Accessed January 2018]
5. NHS Choices. Piles in pregnancy [Online]. 2018. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/piles-haemorrhoids-pregnant.aspx [Accessed January 2018]
6. NHS Choices. Dehydration [Online]. 2017. Available at: https://www.nhs.uk/conditions/dehydration/ [Accessed January 2018]
7. NHS Choices. Water, drinks and your health [Online]. 2015. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/water-drinks.aspx [Accessed January 2018]
8. NHS Choices. Foods to avoid in pregnancy [Online]. 2017. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/foods-to-avoid-pregnant/ [Accessed January 2018]
Son baxış: 1 may 2018
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.