Sağlam əmizdirmə pəhrizi

Oxuma müddəti: 5 dəqiqə

Əmizdirmə dövründə düzgün maye qəbul etməkdən sağlam pəhrizə qədər qidalanma ilə bağlı etdiyiniz seçimlər körpənizin gələcək sağlamlığını dəstəkləmək üçün ehtiyacı olan vitamin və mineralları qəbul etməsini təmin edir. Nutriciaclub sağlam qidalanmanın əhəmiyyəti haqqında biliklərimizdən bəhrələnərək əmizdirmə dövründə pəhrizinizə nələri daxil edə biləcəyinizdən bəhs edən bu faydalı təlimatı hazırladı.

baby bib icon

Sizin daddığınız şeyləri o da daddığı üçün ana südü ilə qidalanan körpə ana südündən ayırma mərhələsinə gələndə daha cəsarətli ola bilər.1

fish icon

Qızılbalıq, skumbriya, sardina və tunes kimi uzun zəncirli doymamış yağlarla zəngin qidaları qəbul etmək görmə qabiliyyətinin və beynin inkişafına dəstək ola bilər.2

supplements icon

Mütəxəssislər körpənizdə sümük problemlərinin yaranma riskini azaltmaq üçün gündə 10 mikroqram D vitamini qəbul etməyi məsləhət görür.3

Bütün qidalandırıcılar körpənizə birbaşa ana südündən gəlir.4 Bu isə yediyiniz hər bir xırçıldayan salatın, karrinin və ya tunes steykinin onu vacib vitaminlərlə təmin etməsi deməkdir. Sizin daddığınız şeyləri o da daddığı üçün ana südü ilə qidalanan körpə ana südündən ayırma mərhələsinə gələndə daha cəsarətli ola bilər.1

Lakin qidalanma ilə bağlı etdiyiniz seçimlər sadəcə körpəniz üçün faydalı deyil. Yaxşı yemək davam etməyiniz üçün sizə lazım olan enerji və qidaları almağınıza kömək edə bilər. Həmçinin, düzgün miqdarda – nə həddən artıq çox, nə də həddən artıq az yemək – süd təminatını davam etdirməyinizə kömək edə bilər.5

Elə indi körpənizin düzgün böyüməsi və inkişafı üçün ehtiyacı olan əsas qidaları qəbul etdiyinizdən əmin olmaq üçün pəhrizinizin kifayət qədər sağlam olub-olmadığını yoxlayın.4

Əmizdirmə dövründə nə yeməli?

baby touching mother during breastfeeding 2

Mövcud pəhrizinizdə hər hansı dəyişikliyə ehtiyac duymaya bilərsiniz, lakin təlimat olaraq əmizdirmə dövründə aşağıdakıları pəhriz planınıza daxil etməyə çalışın:6

  • Gün ərzində ən az beş porsiya təzə, dondurulmuş, qurudulmuş və ya konservləşdirilmiş olması fərq etmədən müxtəlif meyvə və tərəvəz
  • Kəpəkli çörək, makaron, düyü və kartof kimi nişastalı qidalar
  • Bol miqdarda liflərlə zəngin tam buğda məhsulları (yarma və ya çörək), paxlalı bitkilər, meyvə və tərəvəzlər
  • Yağsız ətdən, quş ətindən, balıqdan, yumurtadan və paxlalı bitkilərdən alınan protein
  • Süd, pendir və qatıq kimi süd məhsullarından alınan kalsium
  • Biri yağlı balıq olmaqla həftədə ən az iki porsiya balıq

ƏSAS YAĞ TURŞULARININ

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Tədqiqatlar göstərir ki, ana südündə təbii halda olan Omeqa-3 və Omeqa-6 kimi yağ turşuları körpənizin beyin, göz və sinir sisteminin inkişafı üçün çox vacibdir.2 Qızılbalıq, skumbriya, sardina və tunes kimi Omeqa-6 və Omeqa-3 ilə zəngin qidalar yemək körpənizin görmə, hissiyyat və koqnitiv inkişafına dəstək olacaq.

Tədqiqatlar göstərir ki, ana südündə təbii halda olan iki uzun zəncirli doymamış yağ (LCP-lər) – AA (Omeqa-6) və DHA (Omeqa-3) körpənin beyninin, gözlərinin və sinir sisteminin inkişafı üçün çox vacibdir.2 Qızılbalıq, skumbriya, sardina və tunes LCP-lərlə zəngin qidaları qəbul etmək daha yaxşı görmə qabiliyyətinin və beynin inkişafına dəstək ola bilər.

Danimarka şirniyyatları, biskvitlər və şokolad sizi şirin arzularınıza çatdırsa da, şəkər və kalori baxımından zəngin qidalar adətən qida dəyəri baxımından zəif olur. Daha uzunmüddətli enerji yığmaq üçün kişmiş, quşüzümü və ya qoci giləmeyvəsi ilə birlikdə bir ovuc günəbaxan və ya balqabaq tumu sınayın.

Yaxud daha doyumlu bir şey istəyirsinizsə, arası salatla doldurulmuş kəpəkli çörək seçiminiz ola bilər və ya yağsız ət, qızılbalıq, sardina, ya da sürtgəcdən keçirilmiş pendir; bir kasa yüksək dərəcədə lifli, südlə zənginləşdirilmiş sıyıq; və ya təzə meyvə və qatıq.

Əmizdirmə dövründə neçə litr su içməlisiniz?

Ana südü ilə qidalanma sizi tez-tez susuzlada bilər. Əmizdirmə zamanı yanınızda bir böyük stəkan su saxlayın. Ana südünün davamlı olması üçün maye qəbul etmək həddən artıq vacibdir.7 Buna görə də gündə 2 litr və ya səkkiz stəkan su içməyə çalışmalısınız. Susuz qalmamağınız üçün su ən yaxşısıdır, ancaq süd və ya meyvə suyunu da gündəlik maye qəbulunuza əlavə edə bilərsiniz.

breast feeding coping with low milk supply

Az miqdarda olsa belə, kofeinin körpənizə keçmə riski olduğu üçün çox tünd çay və ya qəhvədən uzaq durmalısınız. Həmçinin, südünüzə keçə biləcəyi üçün alkoqoldan da uzaq durmaq lazımdır.

Vitaminlər və ana südü ilə qidalandırma

Günəş işığı vitamini olaraq da bilinən D vitamini normal sümük inkişafı üçün çox vacibdir. İl ərzində günəşli saatların qeyri-bərabər olması səbəbindən mütəxəssislər körpənizdə raxit kimi sümük problemlərinin yaranma riskini azaltmaq üçün gündə 10 mikroqram D vitamini əlavəsi qəbul etməyi tövsiyə edir.

Əmizdirmə dövründə arıqlamaq

Əmizdirmə gün ərzində təxminən 500 kalori yandırır8 və buna görə də hamiləlik dövründə yığılan artıq çəkini atmağınıza kömək edir.9 Ana südü körpəniz üçün bütün lazımi qidalandırıcıları verdiyinə görə körpənizin ən yaxşı şəkildə böyüməsi və inkişafını təmin etmək üçün pəhrizinizlə bütün lazımi qidalandırıcı maddələri qəbul etdiyinizdən əmin olmalısınız, buna görə də əmizdirmə dövründə pəhrizinizi çox məhdudlaşdırmağınız məsləhət görülmür. Bununla belə, bütün lazımi qidalandırıcılar ilə normal pəhriz saxlamaq hamiləlik çəkinizi itirməyə kömək edəcək.9

  1. Beauchamp G and Mennella J. Digestion. 2011;83(Suppl 1):1– 6.
  2. European Food Safety Authority Panel on Dietetic Products, Nutrition and Allergies. Scientific opinion: DHA and ARA and visual development. EFSA Journal 2009;941:1-14.
  3. NHS– Breastfeeding and diet -Your pregnancy and baby guide [Online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/breastfeeding-diet/ [Accessed December 2019]
  4. Aaltonen, J., et al. Eur J Clin Nutr, 2010;65(1):10-19.
  5. Amir, L., & Donath, S. Early Hum. Dev., 2012;88(7):467-471.
  6. Marangoni, F. et al. Nutrients, 2016;8(10) :629
  7. Morse, J., et al. Can J Public Health., 1992;83(3):213-6.
  8. Guidelines for perinatal care. 7th American Academy of Pediatrics and the American College of Obstetricians and Gynecologists; Washington, DC: 2012.
  9. Jarlenski, M. et al. Preventive medicine, 2014;69:146–150

Son baxış: 13 iyul 2020

Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x