Sobada sarımsaqlı kuskus ilə feta pendirli, fıstıqlı badımcan

Hazırlıq müddəti: 10 dəqiqə. Bişmə müddəti: 30-40 dəqiqə. Porsiya: 2

Bu Aralıq dənizi tərəvəz yeməyinin tərkibində liflərlə zəngin badımcan və kaliumla zəngin fıstıq var. Həmçinin tez hazırlanır və çox ləzzətlidir.

Bu yemək: Vegetarian • az şəkərli • az duzlu • liflər mənbəyi • proteini yüksək

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji485 kkal24%
Yağ21 q30%
Doymuş yağ5.3 q27%
Şəkər9.4 q10%
Duz1.4 q23%

Dietoloq tövsiyəsi

Nə qədər müxtəlif çeşidli tərəvəz yesəniz, o qədər çox müxtəlif qidalandırıcılar qəbul edərsiniz.

İnqrediyentlər

  • 1 orta ölçülü badımcan
  • 100 q az yağlı vegetarian feta pendiri
  • 1/2 yemək qaşığı doğranmış fıstıq
  • 1 yemək qaşığı raps yağı
  • 100 q kuskus
  • 150 q çerri pomidoru
  • Yarım xiyar
  • 1 limon
  • 1 çay qaşığı az duzlu tərəvəz bulyonu tozu (və ya yarım kub)
  • 2 diş əzilmiş sarımsaq
  • 1/2 çay qaşığı qara bibər
  • 1 yemək qaşığı iri doğranmış reyhan

Reseptin tərkibindəki allergen: fıstıq, qlüten (kuskus), kərəviz (bulyon tozu), süd (feta). Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.

Qidalandırıcılıq baxımından faydaları

* Badımcan: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir1

* Fıstıq: Tərkibində E vitamini var. Hamiləlik dövründə kifayət qədər E vitamini qəbul etmək körpənizin həyatının sonrakı illərində onun astma və respirator xəstəliklərə yoluxma ehtimalını azaldır2,3

* Kuskus: Tərkibindəki protein körpənizin böyüməsi üçün təməl daşları təmin edir4

* Pomidor: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir5

Hazırlanma qaydası

  1. Sobanı 220oC-dək isidin.
  2. Badımcanı iki yerə bölün, ortasında diaqonallar üzrə çarpaz kəsiklər edin. Raps yağını badımcanın həmin yarıqlarının içinə sürtün, qara bibərin yarısını səpin, sobaya qoyun və üstü qızılı-qəvəyi rəng alana qədər 30 dəqiqə bişirin.
  3. Badımcan bişənə qədər kuskus hazırlayın. Bir limonun suyunu, 2 diş əzilmiş sarımsağı, qalan qara bibəri və bulyon tozunu bir qaba tökün, üzərinə 150 ml qaynamış su əlavə edib qarışdırın.
  4. Kuskusu bir kasaya tökün, həmin mayeni əlavə edin və bir az qarışdırın, üstünü örtün, 3-4 dəqiqə gözləyin, sonra isə çəngəllə çırpın.
  5. Xiyarı kiçik-kiçik doğrayın, çerri pomidorlarını iki yerə bölün və kuskusla qarışdırıb bir kənara qoyun.
  6. Badımcanı sobadan çıxarın, əgər özü yumşaq, rəngi isə qızılı-qəhvəyidirsə, hər iki tikənin üzərində feta pendirini doğrayın və yenidən sobaya qoyub 5 dəqiqə bişirin.
  7. Badımcan tikələrinin üzərinə doğranmış fıstıq və reyhan səpin, yanına bir porsiya kuskus qoyub nuş edin.

  1. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  2. Turner SW et al. Associations between fetal size, maternal α-tocopherol and childhood asthma. Thorax 2010;65(5):391-7.
  3. Devereux G et al. Low maternal vitamin E intake during pregnancy is associated with asthma in 5-year-old children. Am J Resp Crit Care Med 2006;174(5):499-507.
  4. NHS. Healthy Eating Pregnancy [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/healthy-eating-pregnancy/ [Accessed July 2018].
  5. NHS. Vitamin C in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-c-in-pregnancy[Accessed July 2018].

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x