Səhər ürəkbulanmasının öhdəsindən necə gəlməli

Oxuma müddəti: 6 dəqiqə

Ürəkbulanma və qusma hamiləliyin birinci rübündə gələcək anaların 80%-ə təsir göstərdiyi üçün hamiləliyin normal bir hissəsi kimi qəbul edilir. Günün istənilən saatında meydana gələ bilər və yüngül ürəkbulanmadan xəstəxana tələb edən ağır simptomlara qədər dəyişə bilər.

Simptomları yüngülləşdirmək üçün bir çox vasitələrə əl ata bilərsiniz və sevindirici haldır ki, adi səhər ürəkbulanmaları adətən 12-ci həftədə yaxşılaşmağa doğru gedir.

Səhər ürəkbulanması: yüngüldən ağıra qədər

Yüngül hamiləlik ürəkbulanması “səhər ürəkbulanması” kimi tanınır, ürəkbulanma və qusma halları ilə xarakterizə olunur. Bu, az sayda qadınlarda digər hamilələrə nisbətən daha uzun müddət davam edə bilər.

Daha az sayda qadın isə hyperemesis gravidarumdan (hamiləlik qusması) əziyyət çəkir. Elm adamların bəzi hamilələrin yüngül ürəkbulanma yaşadıqları halda, niyə bəzi gələcək analarda hyperemesis gravidarumun yarandığını hələ tam olaraq öyrənə bilməyiblər, amma genetik və hormonal əlaqənin olduğunu göstərən dəlillər var.1

morning sickness

Hamiləlik ürəkbulanması barədə faktlar

  • Hamilə qadınların 70–80%-i ürəkbulanma və qusma hallarını yaşayır.2
  • Hamiləlik ürəkbulanması və hyperemesis gravidarum psixoloji hal deyil, hər ikisi fiziki xəstəlikdir.
  • “Səhər” ürəkbulanması istənilən vaxt tuta bilər.2
  • Normal yediyiniz və içdiyiniz halda, səhər ürəkbulanması sizin sağlamlığınız və körpəniz üçün mənfi təsir göstərməyəcək.3
  • Hətta yüngül ürəkbulanma belə əhval-ruhiyyənizə təsir göstərə bilər, xüsusən bu, həftələrlə davam edərsə. Əgər siz orta və ya ağır dərəcəli hamiləlik ürəkbulanması, yaxud HR-dan əziyyət çəkirsinizsə, bu, özünü daha bariz şəkildə göstərə bilər.

Səhər ürəkbulanması nə vaxt başlayır?

Səhər ürəkbulanması adətən birinci rüb ərzində, hamiləliyin beş və ya altıncı həftəsində başlayır.4 Adətən hamilə olduğunuzun ilk əlamətlərindən biri kimi qəbul edilir.4

Hamiləlik ürəkbulanması kimi də adlandırılan simptomlar 9-11-ci həftələrdə özünün pik nöqtəsinə çatır, 12-14-cü həftələrdə isə yaxşılaşmağa başlayır.2 Bəzi qadınlarda hamiləlik ürəkbulanması 20-ci həftəyə qədər davam edə bilər və ikinci rübdən başlayaraq turşu reflüksü də ürəkbulanma və qusmaya səbəb ola bilər.

Əgər hamiləlik ürəkbulanması 12-ci həftədən sonra da davam edərsə, ginekoloqunuz və ya həkiminizlə danışın.

pregnant woman lying on couch

Səhər ürəkbulanmasının müalicəsi var?

Bəzi qadınlar aromaterapiya, akupunktura və homeopatiya kimi alternativ müalicə üsullarına baş vururlar. Alternativ müalicənin plasebo effektinə nisbətən daha faydalı təsirlərini göstərən heç bir kliniki araşdırma yoxdur.

Amma zərərinin olmayacağı dəqiqdir. Əgər siz masaj və ya akupunktura kimi fiziki terapiyaya üstünlük verirsinizsə, hamilə qadınlarla iş təcrübəsi olan ixtisaslaşmış mütəxəssis axtarın. Hamiləlik Ürəkbulanması Dəstək Mərkəzinin mütəxəssisləri təcrübələrə əsaslanan aşağıdakı tövsiyələri paylaşırlar:

Xüsusən uşaqlarınız varsa və ya gün boyu işdə olursunuzsa, bu, mümkün olmaya bilər, amma ürəkbulanmanız keçənə qədər uzanmağınız və ya oturmağınız vacibdir.

Günün simptomsuz keçən saatlarını diqqətdə saxlayın və həmin vaxtlarda yeməyə, içməyə, aktiv olmağa çalışın. Gündəlik tutduğu halda qadınların çoxu səhər ürəkbulanması üçün öz rejimini tapa bilir. Amma simptomlar orta dərəcədən ağıra doğru davam edirsə, bu, mümkün olmaya bilər.

Əgər səhər yeməyində adətən iki dilim tost yeyirsinizsə, onları dörd hissəyə bölərək 15 dəqiqədən bir yeyin. Əgər bu, praktiki olaraq həmişə mümkün olmursa, bir qədər səy göstərib sağlam əlüstü qidalarla dolu çanta hazırlamaq kömək edə bilər.

Onlar tez-tez turşu reflüksü yaradır ki, bu da ürəkbulanma və qusmanın artmasına səbəb olur.

ginger tea

Zəncəfil kömək edir?

Kiməsə səhər ürəkbulanmasından əziyyət çəkdiyinizi desəniz, sizə zəncəfili tövsiyə edər. Gün ərzində 1000 mq təmiz zəncəfil kökü ekstraktının yüngül-orta ürəkbulanması və qusma hallarına kömək etdiyi barədə söhbətlər gəzir.5

Bununla belə, bir çox qadın zəncəfilin tünd dadı səbəbindən simptomların daha da pisləşəcəyini düşünür. Zəncəfil daha çox narahatlığa səbəb ola biləcək turşu reflüksü də yarada bilər. Tədqiqatçılar HG-dan əziyyət çəkən və zəncəfili sınayan qadınların yarıdan çoxunun onun xoş olmayan əks təsirlərini söylədiklərini müəyyən ediblər.6

Zəncəfil ətirli məhsulların tərkibində adətən hər hansı təsir göstərəcək qədər zəncəfil olmur, zəncəfil peçenyesi kimi şirniyyatlarda isə yüksək miqdarda şəkər olduğu üçün hamiləlik dövründə onlardan uzaq durmağınız tövsiyə olunur.

Məncə, simptomlarım normaldan daha pisdir. Nə etməliyəm?

Aşağıdakı simptomlardan hər hansı biri olarsa, həkiminiz və ya ginekoloqunuza məlumat verin, çünki bunlar hyperemesis gravidarum göstərici ola və əlavə tibbi müdaxilə tələb edə bilər:

  • Demək olar ki, həmişə ürəkbulanma hiss edirsiniz və bu, sizin yeməyinizə, içməyinizə mane olursa
  • Hamiləlikdən əvvəlki çəkinizin beş faizindən çoxunu itirmisinizsə
  • Üç gündən artıq müddətdə gündə üç dəfədən çox qusma olarsa

Hyperemesis gravidarumun müalicəsi

Həkiminiz illərdir təhlükəsiz şəkildə istifadə olunan dərman vasitələrindən birini tövsiyə edə bilər. Son araşdırmalar hyperemesis gravidarumun körpəniz üçün riskləri artıra biləcəyini göstərir. Gələcək analara əziyyət verdiyi isə şübhəsizdir. Əgər HG sizin susuz qalmağınıza səbəb olursa, müayinə və damcı üsulu ilə maye qəbul etməyiniz üçün xəstəxanaya göndərilə bilərsiniz.

pregnant woman in grey

Tənhalıq və izolyasiya

Hamiləlik ürəkbulanmasını ağır keçirirsinizsə, bir neçə həftə ərzində evə, hətta yatağa bağlı qalmısınızsa, bu, psixoloji sağlamlığınıza zərər verə bilər. Sanki dünyanın sizi unutduğunu zənn edə bilərsiniz.

Bu narahatlıq ailəyə və ailə büdcəsinə təsir etdiyi halda bəzi qadınlar özlərini günahkar hiss edə bilərlər. Bu hisslər təbii və başadüşüləndir.

Əgər ürəkbulanmanız varsa, xüsusən də sizə hyperemesis gravidarum diaqnozu qoyulubsa, unutmayın ki, bu sizin günahınız deyil: bu, ciddi xəstəlikdir və mümkün qədər çox dincəlməyiniz həm sizin, həm də körpəniz üçün vacibdir.

Ailə üzvləriniz məktəbə və ya işə getmək məcburiyyətində olarkən evdə tək qalsanız və özünüzü yatağa bağlı hiss etsəniz, yanınızda radio saxlayın. Hətta ürəkbulanmanız başlasa belə, hərəkət etmək və oturmaq üçün radio sizə neqativ fikirlərdən uzaqlaşmağa kömək edəcək (amma xəbər buraxılışlarından uzaq durmağınız yaxşıdır). Yatağa bağlı qalmaq audiokitabları kəşf etmək üçün də fürsət ola bilər.

  1. Lee NM, Saha S. Nausea and vomiting of pregnancy. Gastroenterol Clin North Am. 2011;40(2):309–vii.
  2. Gadsby R, Barnie-Adshead A. Nausea and vomiting of pregnancy – a literature review. Pregnancy Sickness Support [Online]. 2011. Available at: https://www.pregnancysicknesssupport.org.uk/literature-review [Accessed: December 2019].
  3. Koren G et al. The protective effects of nausea and vomiting of pregnancy against adverse fetal outcome – a systematic review. Reprod Toxicol 2014;47:77-80.
  4. Mother & Baby. When does morning sickness start? [Online] Available at: https://www.motherandbaby.co.uk/ [Accessed December 2019]
  5. Pregnancy Sickness Support. Survey of women’s experience of hyperemesis gravidarum. 2013 [Online] Available at: https://www.pregnancysicknesssupport.org.uk/documents/HCPconferenceslides/womens-experience-2013-MOH.pdf [Accessed December 2019]
  6. Dean CR, O’Hara ME. Ginger is ineffective for hyperemesis gravidarum, and causes harm: an internet based survey of sufferers. MIDIRS Midwifery Digest 2015;25(4):449-55

Son baxış: 20 dekabr 2019

Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x