Fol fokusu
Fol turşusu barədə bilməli olduğunuz faktlar
Fol turşusunun körpənizin ən erkən inkişafını dəstəkləməsi onu hamiləliyinizin ilk üç aylıq dövründə əsas qidalandırıcı maddə edir. Sinir borusu problemləri riskini azaltmaq üçün hansı töhfəsinin olması, nə qədər tövsiyə olunduğu və hansı qidaları yeməyinizin onu qəbul etməyinizi artırması barədə öyrənin.
Fol turşusu körpənizin gələcək sağlamlığını qoruyur1
Hələ hamilə olduğunuzu bilməmişdən əvvəl folat və ya istehsal edilmiş formada fol turşusu körpənizin inkişafını dəstəkləmək funksiyasını yerinə yetirir. Körpənizin sinir borusunun – həyatının ilk ayında əmələ gələn və son nəticədə körpənizin onurğa sütunu və beyninə çevrilən strukturun formalaşmasında vacib rol oynayır.
Bunlar birlikdə körpənizin mərkəzi sinir sistemini formalaşdıracaq, körpənizin bütün vücudu üçün mərkəzi nəzarət funksiyasını yerinə yetirəcək və gələcəkdə baş verəcək bütün böyümə və inkişafın təməlini qoyacaq. Gənc döldə fol turşusu ilə sinir borusu inkişafı arasında yaxşı formalaşmış əlaqə olduğu üçün fol turşusunun hamiləlik dövründə niyə bu qədər tövsiyə edilən qidalandırıcı əlavəsindən biri olduğunu anlamaq çətin deyil.
Kifayət qədər fol turşusu qəbul etmək spina bifida kimi sinir borusu qüsurları riskini azaldır. Bu hal onurğa sütununun düzgün bağlanmaması səbəbindən, onun açıq qalmasından qaynaqlanır və potensial olaraq inkişaf problemlərinə səbəb olur.
Folat bir çox qidaların tərkibində mövcud olmasına baxmayaraq, onu qidalanma vasitəsi kifayət qədər qəbul etmək çətindir. Gündəlik tövsiyə edilən miqdarı almaq böyüyən körpənizi dəstəkləmək üçün ehtiyacınız olan miqdarı qəbul ediyinizdən əmin olmağınız mənasına gəlir.
Hamiləlik dövründə nə qədər fol turşusuna ehtiyacım var?2
Mütəxəssislər hamilə qadınların gündə 400 mkq fol turşusu əlavəsi almalarını tövsiyə edirlər. Hamilə qalmağa çalışarkən qəbul etməyə başlamaq idealdır, bununla hamiləliyin başladığı andan etibarən sağlam qəbula başlamış olarsınız. Körpənizin sinir borusunun inkişaf etdiyi, formalaşdığı və bağlandığı üç aylıq dövrdə fol turşusu qəbulunu davam etdirməlisiniz.
Doğuş öncəsi tövsiyə edilən multivataminlərin çoxunun tərkibində 400 mkq fol turşusu var və istəsəniz, ayrı əlavə də qəbul edə bilərsiniz.
Bəzi qadınlar sinir borusu qüsurları riski altındadırlar və daha çox müdafiəni təmin etmək üçün hamiləlik dövründə daha çox fol turşusu qəbul etmələrinə ehtiyac yarana bilər. Həkiminiz aşağıdakı hallarda gündə 5000 mkq almağınızı tövsiyə edə bilər:
- Sizdə və ya həyat yoldaşınızda sinir borusu qüsuru varsa
- Nəsildə sinir borusu qüsuru halı olubsa
- Sinir borusu qüsurunun təsir etdiyi başqa hamiləliyiniz olubsa
- Diabetiniz varsa
- Epilepsiyaya görə dərman qəbul edirsinizsə
Əgər hamiləliyin birinci rübündəsinizsə və hamilə olmamışdan əvvəl fol turşusu qəbul etməmisinizsə, narahat olmayın. İndidən qəbul etməyə başlayın və 12-ci həftəyə qədər davam etdirin.
Faydalı folat mənbələri ilə qəbul etməyinizi artırın
Qida (100 q) | Folat (mkq) |
---|---|
Qulançar (bişmiş) | 173 |
Səhər yeməyi yarmaları | 111-333 |
Brüssel kələmi (bişmiş) | 110 |
Qarışıq qabıqlı çərəzlər (çiy) | 93 |
Brokkoli (çiy) | 90 |
Tam buğda çörəyi | 88 |
Rukola | 88 |
Ağ kələm (çiy) | 84 |
Kahı (çiy) | 55 |
Noxud (dondurulmuş, bişmiş) | 47 |
Portağal (çiy) | 31 |
Yaşıl və qəhvəyi mərci (bişmiş) | 30 |
Çiyələk (çiy) | 20 |
Folat fol turşusunun bitki mənşəli mənbəyidir. Faydalı mənbələrinə daxildir:
- Yaşıl, yarpaqlı tərəvəzlər
- Qəhvəyi düyü
- Tam buğda çörəyi
- Zənginləşdirilmiş səhər yeməyi yarmaları
Folat suda həll olan qidalandırıcı olduğu üçün müəyyən bişirilmə üsulları, xüsusilə qaynadılma və pörtlədilməyə həssasdır. Tərəvəzləri qaynadırsınızsa, 40% folat itə bilər, pörtlədəndə isə bu rəqəm 80%-ə qədər arta bilər. Folatla zəngin qidaları hazırlayarkən onları buxarda, sobada bişirməklə və ya çiy halda yeməklə qidalandırıcılıq dəyərini saxlaya bilərsiniz. Qaynatdığınız halda, qaynadığı suyu ya sous halında, ya da şorbaya əlavə etməklə istifadə edin.3
(80 q – meyvə və tərəvəzlər üçün tövsiyə edilən porsiya ölçüsüdür4)
NÖVBƏTİ ADDIMLAR
Hələ hamiləyinizin 12-ci həftəsinə çatmamısınızsa, pəhrizinizə ən azı 400 mkq fol turşusu əlavə etdiyinizdən əmin olun.
Folat ilə zəngin aşağıdakı yeməklər və əlüstü qidalar ilə hamiləlik dövründə folat qəbulunuzu artırın:
- Qəhvəyi düyü ilə mərci və kerili manqold
- Kəpəkli tost üzərində bişmiş lobya
- Qızardılmış yem kələmi çipsi
- Hummusa batırılmış brokkoli
- NHS UK. Spina Bifida [Online]. 2012. Available at: www.nhs.uk/conditions/Spina-bifida/Pages/Introduction.aspx[Accessed June 2014]
- NHS UK. Why do I need folic acid in pregnancy? [Online]. 2013. Available at: www.nhs.uk/chq/Pages/913.aspx?categoryid=54&subcategoryid=129 [Accessed June 2014]
- McCance and Widdowson. Composite of foods integrated dataset [Online]. 2002.
- NHS UK. 5 A DAY portion sizes – how much is a portion of fruit or veg? [Online]. Available at: www.nhs.uk/change4life/pages/five-a-day-portion-sizes.aspx [Accessed June 2014]
- Gov.UK. Nutrient analysis of fruit and vegetables [Online]. 2013. Available at: www.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/167942/Nutrient_analysis_of_fruit_and_vegetables_-_Summary_Report.pdf [Accessed June 2014]
Son baxış: 18 avqust 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.