Moruq, badam yağı və kakaolu çiy toplar

Hazırlıq müddəti: 10 dəqiqə. Bişmə müddəti: 30 dəqiqə. Sayı: 15 top (təxminən)

Xurma, badam yağı və kakao ilə doldurulmuş bu çiy toplar sağlam ləzzətlərdir. Moruq C vitamini və fol turşusu, xurma, qabıqlı çərəzlər və yulaf yarması isə lifli maddələr təklif edir.

Bu yemək: Tərkibində süd yoxdur • veqan • vegetarian • proteinlə təmin edir • maqnezium • fosfor • kalium

Hər porsiyanın tərkibi:

Qida dəyəriMiqdarıQidalandırıcı qəbulu norması (%)
Enerji53 kkal3%
Yağ2.3 q3%
Doymuş yağ0.3 q2%
Şəkər4.9 q5%
Duz0.03 q1%

Dietoloq tövsiyəsi

Arzuladığınız bəzi qidalar sizə yaxşı təsir edə bilər, amma bacardıqca daha çox qidalandırıcı çərəzləri yeməyə çalışın

İnqrediyentlər

  • Dənəsi çıxarılmış 100 q xurma
  • 2 yemək qaşığı yulaf yarması
  • 2 yemək qaşığı badam yağı (duz və ya şəkər əlavə edilməmiş)
  • 3 yemək qaşığı incə doğranmış badam
  • 2 çay qaşığı kakao unu
  • 50 q təzə moruq (təxminən 10-12 ədəd)

Reseptin tərkibindəki allergenlər: qlüten (yulaf), badam və sulfit. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.

Qidalandırıcılıq baxımından faydaları

* Xurma: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir1

* Yulaf: Tərkibindəki dəmir hamiləlikdə körpənizin lazımi miqdarda oksigen və qidalandırıcılar almasına kömək edir2

* Badam: Tərkibində E vitamini var. Hamiləlik dövründə kifayət qədər E vitamini qəbul etmək körpənizin həyatının sonrakı illərində onun astma və respirator xəstəliklərə yoluxma ehtimalını azaldır3,4

* Moruq: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir5

Hazırlanma qaydası

  1. Soba məcməyisinə perqament kağızı yerləşdirin və bir kənara qoyun.
  2. Xurmaları ortadan bölün, blenderə atın və incə doğrayın.
  3. Yulaf yarmasını, iki yemək qaşığı doğranmış badamı, badam yağını və kakaonu blendərə əlavə edin, yapışqan qarışıq alınana qədər qarışdırın.
  4. Moruqları əlavə edin və birlikdə qarışdırın.
  5. Əllərinizi su ilə isladın, həmin qarışıqdan bir qədər götürüb kiçik top forması alana qədər ovcunuzda yumrulayın. Topları soba məcməyisinə düzün, bir-birlərinə yapışmamasına diqqət edin və qalan bir yemək qaşığı doğranmış badamı üzərinə səpin.
  6. Soyuducuya qoyun və 30 dəqiqə saxlayın.

  1. NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
  2. British Nutrition Foundation. Nutrition and supplements during pregnancy [Online]. 2015. Available at: https://www.nutrition.org.uk/[Accessed July 2018].
  3. Turner SW et al. Associations between fetal size, maternal α-tocopherol and childhood asthma. Thorax 2010;65(5):391-7.
  4. Devereux G et al. Low maternal vitamin E intake during pregnancy is associated with asthma in 5-year-old children. Am J Resp Crit Care Med 2006;174(5):499-507.
  5. NHS. Vitamin C in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#vitamin-c-in-pregnancy[Accessed July 2018].

Son baxış: 7 sentyabr 2018

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x