Hazırlıq müddəti: 5 dəqiqə. Porsiya: 2
Xlebçilər istədiyiniz hər şey üçün əla altlıq yaradır, onlar tez və asan hazırlanır, həm də vitamin və minerallarla zəngindir. Onlar ofisdə yeyiləsi çərəz kimi də idealdır.
Bu yemək: Şəkər azdır • liflər mənbəyidir • proteini yüksəkdir • D, B6, B12 vitaminləri, fosfor və maqnezium mənbəyidir • xloridi yüksəkdir
Hər porsiyanın tərkibi:
Qida dəyəri | Miqdarı | Qidalandırıcı qəbulu norması (%) |
---|---|---|
Enerji | 291 kkal | 15% |
Yağ | 16 q | 23% |
Doymuş yağ | 5.2 q | 26% |
Şəkər | 3.7 q | 4% |
Duz | 1.2 q | 20% |
Dietoloq tövsiyəsi
Yağlı balıqlar ürək sağlamlığına kömək edə bilər,1 amma hamiləlik dövründə qızılbalıq kimi yağlı balıqların qəbulunu həftədə iki porsiya ilə məhdudlaşdırmaq lazımdır, çünki onların tərkibində kirləndiricilər ola bilər.2
İnqrediyentlər
- 2 nəfər üçün müxtəlif dənli xlebçi:
Hisə verilmiş qızılbalıq və qaymaqlı pendir
- 2 çay qaşığı az yağlı qaymaqlı pendir
- İncə dilimlənmiş 1/4 xiyar
- 50 q hisə verilmiş qızılbalıq
- 1 çay qaşığı limon suyu
- Zövqə görə bibər
- 1/2 çay qaşığı doğranmış mala soğanı
Avokado və mozzarella
- 60 q mozzarella
- 1/2 yetişmiş avokado
- 1 çimdik qara bibər
- 1/2 çay qaşığı zeytun yağı
Reseptin tərkibindəki allergenlər: qlüten, balıq, süd, küncüt. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.
Qidalandırıcılıq baxımından faydaları
* Xlebçi: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir3
* Qaymaqlı pendir: Körpənizin sümükləri və dişləri üçün vacib olan kalsiumu təmin edir4
* Hisə verilmiş qızılbalıq: Tərkibindəki DHA dölün beyin inkişafı üçün vacibdir5
* Mozzarella: Körpənizin sümükləri və dişləri üçün vacib olan kalsiumu təmin edir4
* Avokado: Tərkibində E vitamini var. Hamiləlik dövründə kifayət qədər E vitamini qəbul etmək körpənizin həyatının sonrakı illərində onun astma və respirator xəstəliklərə yoluxma ehtimalını azaldır6,7
Hazırlanma qaydası
- 4 ədəd xlebçini boşqba qoyun və aşağıdakıları yarı-yarı yayın:
- Qaymaqlı pendiri yayın, üzərinə xiyar və hisə verilmiş qızıl balıq qoyun, limon suyu, qara istiot və mala soğanı əlavə edin.
- Mozzarella, ən üstdə incə dilimlənmiş avokado, istiot səpin və zeytun yağı damcıladın.
- NHS. Eat well: Fish and shellfish [Online] 2015 Available at:https://www.nhs.uk/live-well/eat-well/fish-and-shellfish-nutrition/ [Accessed August 2018].
- NHS. Foods to avoid in pregnancy [Online] 2017 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/foods-to-avoid-pregnant/#fish-and-shellfish.[Accessed June 2018].
- NHS. Your pregnancy and baby guide [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/common-pregnancy-problems/#constipation [Accessed June 2018].
- NHS. Vitamins and minerals: Calcium [Online] 2018 Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/vitamins-minerals-supplements-pregnant/#calcium-in-pregnancy [Accessed June 2018].
- National Center for Biotechnology Information. Omega-3 Fatty Acids and Pregnancy [Online] 2010 Available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3046737/pdf/RIOG003004_0163.pdf [Accessed July 2018].
- Turner SW et al. Associations between fetal size, maternal α-tocopherol and childhood asthma. Thorax 2010;65(5):391-7.
- Devereux G et al. Low maternal vitamin E intake during pregnancy is associated with asthma in 5-year-old children. Am J Resp Crit Care Med 2006;174(5):499-507.
Son baxış: 7 sentyabr 2018
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.