Əşyalardan yapışmaq
Sevimli səslər və möhkəmlənən əzələlər
Sizin hər şeylə maraqlanan iki aylıq körpəniz əhatəsində olanlarla daha çox maraqlanacaq və yatmağa daha az vaxt sərf edəcək. O, sonrakı nitqləri üçün hazırlaşarkən ilk tanış səsləri çıxara bilər; bu onun inkişafında həyəcanlı bir dövrdür.
Parlaq gələcək buradan başlayır
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Son dörd həftədə nələr baş verib?
İndi iki aylıq körpəniz anasının və atasının səsini tanıyır və bu səsləri eşitmək onu sakitləşdirir. Çox güman ki, bu onun ən çox sevdiyi səslər olacaq. Onun şəxsiyyəti üzə çıxmağa başladığı üçün onun nələri xoşlayıb, nələri xoşlamadığını başa düşəcəksiniz. Onun yuxuya daha az ehtiyacı olduğunu və hər ötən gün daha çox oyaq qaldığını görə bilərsiniz.
2 ayında fiziki inkişafı
Körpə təpədən dırnağadək fiziki inkişaf edir: əvvəlcə başına dəstək olmaq üçün boyun əzələləri, ardınca isə çiyinləri, sinələri və belin aşağı hissəsi. Ən sonda ayaqlar inkişaf edir.
Körpənizin bədəni yaxşılaşmağa davam edir, bu da onun köpünün azalması mənasına gəlir. Əgər o, hələ də başını qısa müddətlik qaldıra bilmirsə, tezliklə bunu da edəcək.
Əşyaları tutmaq və sıxmaq
İki aylıq körpəniz əllərini kəşf etdikdə onun instinktiv tutma refleksi azalır. Bu ona daha geniş miqyaslı hərəkətlər edərək müxtəlif əşyaları aşkar etməyə imkan yaradır. Çox güman ki, istənilən yeni şey onu heyran edəcək, buna görə də əllə tuta biləcəyi müxtəlif növ təhlükəsiz əşyalarla onu əl və göz koordinasiyasına təşviq edin.
Körpənizin inkişaf edən görməsi
Körpənizin iki ayında görməsi hələ də inkişaf edir. Buna baxmayaraq bəzi körpələr indi nəzərlərini yaxınlıqdakı əşyalara cəmləyə bilir. Körpələrin çoxu bu yaşda nəzərəçarpan naxışlar və əsas rəngləri üstün tutarkən kölgələr arasındakı fərqləri ayırmaq onlar üçün daha da asanlaşır.
Ünsiyyət qurmağı öyrənmək
Ünsiyyət qurmaq üçün körpənizin sözlər qurmağa ehtiyacı yoxdur; sizin səsinizə sadə səslər, qığıltılar və qurultularla cavab verməyi instinktivdir və zamanı gələndə onların nə məna verdiyini biləcəksiniz. Körpəniz hətta siz danışarkən başını səsiniz gələn tərəfə çevirə bilər.
Ananın verdiyi rahatlıq
Siz və ya həyat yoldaşınız körpənizi qucağınıza alarkən, o sizin toxunuşunuzdan özünü rahat və sakit hiss edir. İki aylıq körpənizin qucağa alışacağına görə narahat olmayın – körpənizi istədiyi vaxt qucağınıza alın və sakitləşdirin. Tanımadığı birinin qucağı isə körpənizin ağlamasına səbəb ola bilər. Körpələrin çoxu barmaqlarını və ya baş barmaqlarını, ya da əmzik əmməklə özlərini sakitləşdirməyə başlayırlar.
Onun inkişafı üçün qidalanma
Gecə qidalanması iki aylıq körpənizin inkişafında vacib rol oynamağa davam edir. O, körpəni böyüməsi üçün lazım olan qidalandırıcı maddələrlə təmin edir. Eyni zamanda bədəninizin süd ehtiyatını qoruyub saxlayan prolaktin hormonunu yaratmağa imkan verir.1
Artıq körpənizin qidalanma müddətinin uzandığını, tezliyinin isə azalmağa başladığını müşahidə edə bilərsiniz. O, həmçinin gecələr ilə müqayisədə gündüzlər daha çox qidalanma tələb edə bilər və ya əksinə – hər ikisi normaldır, ona görə də onun istədiyi kimi edin. Süd ehtiyatınız onun tələblərinə təbii olaraq uyğunlaşacaq.
Köp ilə mübarizə
Bu yaşda köp ümumi qidalanma problemidir. Təəssüf ki, səbəbi məlum deyil, amma bu, qidalanma zamanı həddən çox havanın udulması və qaz yığılması ilə, yaxud tam inkişaf etməmiş həzm sisteminin südü həzm etməkdə çətinlik çəkməsi ilə əlaqədar ola bilər. Dayanmadan iki-üç saat ağlamaq və dizləri sinəyə sıxmaq kimi əlamətlər həm ana, həm də körpə üçün sıxıntılı ola bilər.
1. NHS UK. Breastfeeding: The first few days [Online]. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/breastfeeding-first-days.aspx [Accessed April 2014]
Son baxış: 13 avqust 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.