4 aylıq körpə: İnkişafı və qidalanma tövsiyələri

Bir də de

4 ayında oturma, görmə və yuvarlanma

4 aylıq ağıllı körpəniz artıq sizin etdiklərinizdən öyrənə bilir. Danışmaq, mahnı oxumaq və yüksək səslə kitab oxumaq səsləri tanımasına kömək edə bilər, bu zaman yeni öyrəndikləri yuvarlanmaq və oturmaq bacarıqları da artan sərbəstliyinin üstünə gəlir. Bu əlavə fəaliyyət iştahın daha da artmasına səbəb ola bilər, amma körpəni ana südündən ayırmaq altı aya qədər məsləhət görülmür, on yeddi həftəyə kimi isə qətiyyən tövsiyə edilmir.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Bu ay nə baş verir?

4 aylıq körpəniz kəskin şəkildə inkişaf edir və növbəti iki ayda daha çox şeyə şahid olacaqsınız. O, artıq sizdən öyrənə bilir, inkişaf edən bacarıqlarını artırmaq üçün səsinizi eşitməsi və nəyi necə etdiyinizi görməsi hər zamankı qədər vacibdir.

4 aylıq körpəniz nə ilə qidalanmalıdır

Onun artan iştahını ilk dəfə püre daddırmaqla təmin etməyə meyilli olsanız da, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) altı ayına qədər ana südü ilə bəslənmənin yeganə qida mənbəyi kimi tövsiyə etdiyini xatırlamağa dəyər.1 Ancaq bundan əvvəl qatı qidalar ilə tanış etməyə qərar verirsinizsə, mütləq körpəniz on yeddi həftəyə çatana qədər gözləyin.

Onun səsini tapmaq

Hər valideyn körpəsinin ilk sözlərini eşitməyə can atır. 4 aylıq körpəniz asanlıqla çıxara biləcəyi səsləri sınamağa başladıqca siz “ma” və “pa” dediyini eşidə bilərsiz.

Körpələr səslərini və bədən dilini birləşdirərək öz fikirlərini çatdırırlar.

Bu təcrübə çox vaxt ünsiyyətdə olmaq üçün bədən dilindən istifadə edərək daha az ağlamağa və daha çox “danışmağa” başladığı vaxta təsadüf edir.2 Növbəti aylarda dil və ağız şəklini dəyişdirərək çıxardığı səsləri dəyişdirməyi öyrənir. Bu zaman bu “danışıq” daha da inkişaf edir.2

Körpənizin görmə qabiliyyəti inkişaf edir

4 aylıq olanda körpənizin qavrayış dərinliyi inkişaf etməyə başlayır. İndiyə qədər ətrafdakı cisimlərin dəqiq yerini, ölçüsünü və formasını tapmaqda çətinlik çəkirdi, amma hərəkətdə olan əşyaları və insanları dəqiq izləməsini təmin edəcək binokulyar görmə bacarığına – hər iki gözünü birlikdə istifadə etmək bacarığına sahib olduğu üçün artıq hər şey dəyişəcək.2 Bu bacarıq inkişaf etdikcə körpənizin əl-göz koordinasiyasının yaxşılaşdığına dair əlamətləri görməyə başlayacaqsınız.

Körpəniz artıq ayaq barmaqlarına qədər məsafəni görə və diqqətini daha yaxşı cəmləyə bilir.

Onun inkişaf edən görmə qabiliyyəti ətrafdakı dünyanın daha cəlbedici görünməsinə imkan yaradır. Körpə yaxınlıqdakı şeylərə əl uzatmağa başladıqda saçlarınızı arxaya yığmaq və eynəyinizi (əgər taxırsınızsa) əl çatmayan yerdə saxlamaq istəyəcəksiniz.

LCP-lərin əhəmiyyəti gün kimi aydındır

4 aylıq körpənizin qidalanma ehtiyacına gəldikdə isə, təbii olaraq ana südündə olan AA (Omeqa-6) və DHA (Omeqa-3) olmaqla iki LCP körpənizin beyninin, gözlərinin və sinir sisteminin davamlı inkişafını təmin etmək üçün hələ də vacibdir. Əmizdirmə pəhrizində qızılbalıq, tunes, sardina, skumbriya da daxil olmaqla digər LCP ilə zəngin qidalandırıcı maddələrin olması körpənizin görmə, beyin və hərəkət bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər.

Körpənizin danışığını və görmə qabiliyyətini stimullaşdırma yolları

Sizi başa düşməsə də, körpənizlə danışın, ona kitab və mahnı oxuyun. Bütün bunlar səsləri təkrarlamasına, daha sonra isə onları tələffüz etməsinə kömək edəcək. Buna bənzər qarşılıqlı baxış oyunu kimi oyunlar obyektləri gözləri ilə izləmək qabiliyyətini artırmağa kömək edə bilər.2 Oynamaq üçün 4 aylıq körpənizin diqqətini çəkmək kifayətdir, sonra başınızı əyin və sizin etdiyinizi təkrar etməsini gözləyin. Sonra dönün və üzünüzü görmək üçün başını necə çevirdiyini izləyin.

1. WHO. Breastfeeding [Online]. Available at: www.who.int/ [Accessed April 2014]

2. Parenting. Month-by-month guide to baby’s milestones [Online]. Available at: www.parenting.com/article/month-by-month-guide-to-babys-milestones [Accessed April 2014]

Son baxış: 13 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x