5 aylıq körpə: İnkişafı və qidalanma tövsiyələri

Beş vur

Bəzi nəzərəçarpan inkişafa hazır olun

Körpənizin əlini əşyalara uzadıb onlardan yapışmasından tutmuş ona püre halına salınmış qidaları ilk dəfə daddırmaq kimi qarşıda görəcəyiniz çox şey var, çünki getdikcə daha da fəallaşan 5 aylıq körpəniz inkişaf etməyə davam edir.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Bu ay nələr baş verir?

baby pulling feed to face

Bu ayın sürətli inkişaf mərhələsində 5 aylıq körpənizin sonrakı həyatı üçün vacib olan bir sıra bacarıqları öyrəndiyini və ya onları mükəmməlləşdirdiyini görə bilərsiniz. Onun artan fəaliyyət səviyyəsi və müstəqilliyi daha böyük iştaha səbəb ola bilər. Beləliklə, ana südündən ayırmaq barədə düşünməyə başlamağın vaxtı gəlsə də, ana südünün altı aylığına qədər körpənizin yeganə qidalanma mənbəyi olaraq qalması tövsiyə olunur. Körpəniz yapışma qabilliyətini daha da inkişaf etdirəcək və əlinə keçən hər şeydən yapışıb onu sıxa biləcək.

Körpənizin inkişaf edən gücü

Körpəniz 5 ayında yapışma qabiliyyətini daha da inkişaf etdirəcək və əlinə nə keçsə, onu tutub sıxa biləcək.

Körpələr tez-tez dadını və tərkibini araşdırmaq üçün əllərinə keçəni ağızlarına qoyurlar.

Təbii tutma refleksi tədricən daha çox idarə olunan əl və barmaq hərəkətlərinə çevriləndə əşyaları sadəcə əmmək əvəzinə, əlləri ilə tutaraq və silkələyərək araşdıra biləcək, amma hələ də onları əllərindən necə buraxmaq lazım olduğunu öyrənə bilməyəcək!1

Qolları, bədəninin yuxarı hissəsi və boynu da güclənir, yəni tezliklə otura, qıvrıla və fırlana biləcək.

Ana südündən ayırma: Qatı qidalar rahat keçid

Xəbəriniz belə olmadan körpəniz artıq böyüməsini və inkişafını dəstəkləmək üçün ana südündən daha artıq şey tələb edəcək. Ana südündən ayırma və ya qatı qidalar təqdim etmək vacib bir mərhələdir və körpəni ana südündən ayırmağa başlamazdan əvvəl onun əlamətlərini bilməyiniz vacibdir.

Bir çox ana bu vacib mərhələdə 5 aylıq körpəsini nə ilə qidalandıracağından əmin deyil. Altı aya qədər körpənizin həzm sistemi hələ də inkişaf edir, buna görə də süddən başqa şeyi həzm etməyə bilər.

Ana südündən çox erkən ayırma allergiya və infeksiya riskini artıra bilər.¹

Bu səbəbdən və ana südü körpəniz üçün tam qidalanmanı təmin etdiyinə görə ana südündən ayırmanı altı ayına qədər təxirə salmaq tövsiyə edilir.

Tam əmin olduqdan sonra körpə düyüsü ilk qida kimi körpəniz üçün idealdır. Həmişəki südü ilə hazırlanan, rahat tanışlıq üçün yumşaq, daha qalın teksturaya malikdir. Körpənizi yeni dadlar və teksturların həyəcanverici dünyası ilə tanış etmək üçün bu qida daha sonra meyvə və tərəvəz püresi ilə qarışdırıla bilər.

Körpənizin inkişafını stimullaşdırmaq üçün yollar

5 aylıq körpəniz oyunlarla öyrənəcək və bunları etmək üçün döşəmə ideal yerdir. Onu əli çatmayan oyuncaqlarla bir yerdə qarnı üstündə qoymaq qarın əzələlərini gücləndirəcək və yuvarlanmasına təkan verəcək.

Yuvarlanmaq körpənizin inkişafında mühüm bir mərhələdir.

Qapaqlı plastik qabı düyü və ya makaronla dolduraraq ona tutması və silkələməsi üçün bir oyuncaq vermiş olacaqsınız. Bu, əl və barmaq əzələlərini istifadə edərək məşq etməsi üçün yaxşı bir üsuldur və əlindən yerə düşən əşyaların nə ilə nəticələndiyini anlamasına kömək edəcək.

Unutmayın ki, körpəniz gülümsəyərək, gülərək və sizi təqlid edərək diqqətinizi onun üstünə cəmləməyinizi sevəcək. O, sevdiyi oyuncaqdan qısa zamanda bezə bilər, amma sizin diqqətinizdən heç vaxt yorulmayacaq.

1. NHS UK. Birth-to-5 development timeline [Online]. 2011. Available at: www.nhs.uk/Tools/Documents/Birth%20to%205%20development%20timeline.htm [Accessed April 2014]

Son baxış: 13 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x