Ağlamaq: Körpənizin ilk ünsiyyət forması

Xülasə

Körpənizin ağlaması ondan eşitdiyiniz ilk səs olacaq – bu onun ilk ünsiyyət formasıdır və şübhəsiz ki, ən dramatik olanıdır. Bunun öhdəsindən gəlmək çətin ola bilər, amma bir qədər ağlamasının tamamilə təbii hal olduğunu bilmək insanı rahatlaşdırır.

Körpənin ağlamasının elmi əsası

İnanılmaz olsa da, körpələr doğularkən gözlərindən yaş gəlmir. Onların göz yaşı kanalları həyatlarının ilk həftələrində yalnız gözlərini nəmləndirməyə kifayət edəcək qədər su hazırlayır; həqiqi göz yaşının üzə çıxması üç aya qədər, bəzən isə daha çox çəkə bilər.1

Göz yaşlarının rəğbət oyandırmaq, bağlılığı gücləndirmək və həyatda qalmağı zəmanət altına almaq üçün üzə çıxdığı düşünülür.2 Onlar mütləq güclü təsir yarada bilirlər, amma bəlkə də bu təsir ağlamaq qədər güclü deyil.

Bizim körpəmiz olmasa belə, ağlayan körpənin səsi üzərimizdə laqeyd qala bilmədiyimiz təsirə malikdir. Qulaqlarımız körpənin ağlamaq səsinin tezliyinə (3000 hers) hədsiz dərəcədə həssasdır və dərhal “mübarizə apar, ya da qaç” reaksiyası yaratmaq, hətta qan təzyiqini yüksəltmək gücünə malikdir. Göründüyü kimi, onun səsi ehtiyaclarına mümkün qədər tez cavab verməyimizi təmin edəcək şəkildə formalaşıb, amma bu, ağlayan körpənin qayğısına qalmağın çox stresli ola biləcəyi mənasını da verir.

mother and baby cuddling 1
Həqiqi göz yaşlarının yaranması üç aya qədər, bəzən isə daha çox çəkə bilər. Körpənin ağlaması üzərimizdə etinasız qala bilməyəcəyimiz unikal təsirə malikdir.

Körpəniz dayanmadan ağlasa, nə etməli

Bir qədər ağlamasının təbii olduğunu bilmək insanı rahatlaşdırır, amma davamlı olaraq ağlayan körpəyə baxmaq emosional və fiziki olaraq yorucu ola bilər. Əgər körpəniz narahatdırsa, bu sakitləşdirici üsulları həyat yoldaşınızla birlikdə növbə ilə sınayın:3

  • Körpənizi qucağınızda mümkün qədər çox saxlayın. Körpələr yaxın təması (dəridən-dəriyə də daxil olmaqla) sevirlər.
  • Səslərdən istifadə edin. Bəzi körpələr mahnını, musiqini, hətta “ağ səs-küy”dən və ya tozsoranın səsindən xoşlanırlar.
  • Toxunmaq. Bəzi körpələr isti vannanı və zərif masajı sevirlər.
  • Bəzi körpələr incə hərəkətlər, yırğalanmaq, atılıb-tutulmaq və ya maşında səyahət vasitəsilə sakitləşirlər.
  • Səhnəni dəyişmək. Təmiz havada gəzmək adətən körpələri sakitləşdirir və onlara yaxşı təsir edir.

Körpənizdən əlavə özünüzə qulluq etməyi də yaddan çıxartmayın, körpənizin ağlaması ilə bağlı narahatsınızsa, həkiminizlə söhbətləşin.

NÖVBƏTİ ADDIMLAR

  • Körpənizin niyə ağladığını bilin.
  • Körpənizin ağlamasına görə çox narahatsınızsa, həkiminizlə danışın. Buna kolik və ya digər narahatlıqlar səbəb ola bilər.
  • Dostlarınızdan və qohumlarınızdan kömək istəyin. Gərginsinizsə, körpəniz bunu anlayacaq və daha tez-tez ağlayacaq. Bir qədər rahatlaşmaq və özünüzü əla almaq üçün zaman ayırın.

  1. Today I Found Out. Newborn babies will cry without tears until they are several weeks old [Online]. 2011. Available at: http://www.todayifoundout.com/index.php/2011/05/newborn-babies-will-cry-without-tears-until-they-are-several-weeks-old/ [Accessed: December 2016].
  2. Riem M et al. As tears go by: Baby tears trigger more brain activity than adult tears in nulliparous women [Online]. 2016. Available at: http://www.tandfonline.com/doi/abs/10.1080/17470919.2016.1247012?journalCode=psns20 [Accessed: December 2016].
  3. Harris L et al. Don’t let baby tears tear you apart [Online]. 2013. Available at: http://www.oneplusone.org.uk/wp-content/uploads/2013/07/Dont-Let-Baby-Tears-Tear-You-Apart-OnePlusOne.pdf [Accessed: December 2016].

Son baxış: 9 dekabr 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x