Körpənizin 10-12 ayında inkişafı

Yüksəlmə

O, təkanla və sıçrayışla irəliləyir

10-12-ci aylar arasında körpənizin inkişafında ən inanılmaz dönüş nöqtələrini görmək ehtimalınız yüksəkdir. İlk sözlərini söyləməkdən ilk addımlarını atmasına qədər tətbiq etdiyi hər bacarığı artıq mükəmməlləşir və onlardan daha yaxşı şəkildə istifadə edir.

10-12-ci aylarda körpənizdən nə gözləyə bilərsiniz?

Sizin işıq saçan 10 aylıq körpəniz koordinasiya bacarıqları üzərində çalışır və indi stəkandan içə, əlüstü qidalarla oynaya və yəqin ki, özü qaşıqla yeyə bilir. Tezliklə o, ilk sözünü deyəcək və ilk addımlarını atacaq. Bütün bunlar getdikcə artan sərbəstliyinin güclənməsinə kömək edəcək.

Cəhdlərini həvəsləndirmək və özünə inamının formalaşmasına kömək üçün tez-tez tərifləməyi unutmayın.

Qidalandırıcı maddələr ilə zəngin pəhriz onun ehtiyac duyduğu bütün vitamin və mineralları təmin etmək üçün vacibdir. Gün boyunca az miqdarda müxtəlif çeşidli yeməklər də onların qəbulunu təmin edəcək.

Bax, kim danışır, kim gəlir?!

Sizin köməyiniz və dəstəyinizlə 10 aylıq körpəniz tezliklə ilk sözlərini deyəcək və ilk addımlarını atacaq. İtə “ham-ham”, suya “şu-şu” desə də və ya “ana”, “ata” olsa da, ilk sözlərini eşitmək həmişə inanılmazdır.

Körpəniz 10-12-ci aylar arasından istifadə etdiyi sözləri həqiqi obyektlər ilə əlaqələndirməyə başlayır.

Əgər körpəniz artıq ayaq üstdə dayana bilirsə, tezliklə sizin dəstəyinizlə və ya mebeldən tutaraq ilk kiçik və qeyri-əmin addımlarını ata bilər. Hər körpə bunu öz tempinə uyğun edir, odur ki, onu tələsdirməyin.

Körpəniz iməkləyərək və təpik ataraq yeriməyə hazırlaşarkən onun ayaq əzələləri də güclənir.

Onun koordinasiya bacarıqlarının inkişafı

Körpənizin əl-göz koordinasiyası inkişaf etdikcə əlləri və barmaqları üzərində daha çox nəzarətə sahib olacaq. Eyni zamanda oyuncaq maşının təkərini fırlatmaqla onun getməsini təmin edən “səbəb-nəticə” kimi hərəkətlərdən də getdikcə daha çox təsirlənəcək.

Körpəniz qaşığı tutaraq özü yeməyə cəhd göstərsə də, bu cəhdləri yaxın bir neçə ay ərzində hələ ki, dağınıq halda olacaq. Yerə düşən hər tikəni tutmaq üçün əlinizin altında əsgi parçası saxlamaq, çoxlu önlük ehtiyatının olması, hətta yemək stulunun altına qəzet parçası və ya süfrə salmaq ağıllı hərəkət olardı.

Körpənizin inkişafı üçün qidalanma

10 aylıq körpənizin artan hərəkətliliyi və zehni marağı əlavə “yanacaq” tələb edir. Buna görə də qarnı hələ balaca olduğu üçün onu gün boyu müntəzəm olaraq kiçik porsiyalarda müxtəlif çeşidli qidalarla bəsləmək ən yaxşısıdır.

Yemək zamanı körpənizi praktik olmağa həvəsləndirmək onun koordinasiya bacarıqlarının inkişafına kömək edər.

Bu onun ehtiyac duyduğu enerji və qidalandırıcı maddələri qəbul etməsini təmin edəcək. Körpənizə indidən başlayaraq müxtəlif çeşidli qidalar verməklə bütün gələcək həyatı üçün sağlam qidalanma vərdişlərinin təməlini qoymağa kömək edəcəksiniz. İnkişaf üçün qidalandırıcı maddələrin əhəmiyyəti və müxtəliflik barədə daha ətraflı bilmək üçün məqalələrimizi oxuyun.

Sümük inkişafı üçün D vitamini

Adətən günəş işığı vitamini adlandırılan D vitamini sağlam sümüklərin və dişlərin inkişafını dəstəkləməkdə vacib rol oynayır. O, həmçinin qidalardan kalsiumun sorulması üçün də lazımlıdır.1

Bədən parlaq günəş işığına məruz qalarkən D vitamini hazırlayır.

Balaca uşaqlarda D vitamini çatışmazlığı raxitliklə – sümüklərin və qığırdağın minerallaşmasına təsir edən hal ilə əlaqədardır. Sadəcə bir neçə qida mənbəyi təbii D vitamini tərkibinə malik olduğu üçün kifayət edəcək miqdarı qidalardan almaq çətin ola bilər.

Onu titrək addımlara həvəsləndirmək

Körpənizin kənar yardım olmadan ilk addımlarını atmasına ehtiyac duyduğu inamı yaratmaq üçün bir qədər uzaqda oturaraq və körpəniz ayaq üstdə qalxıb özünü saxladıqdan sonra qollarınızı açaraq onu sizə doğru kiçik addımlar atmasına həvəsləndirin. Onu hər cəhdindən sonra, xüsusən də yıxılmadan qucağınıza gəlib çatarsa, tərifləməyi unutmayın

NÖVBƏTİ ADDIMLAR

D vitaminini körpənizin pəhrizinə daxil edin

D vitamininin əksər hissəsi günəş şüaları ilə gəlir. Bununla belə, məhdud sayda bəzi qidaların tərkibində də var. Onlara aiddir:

  • Yağlı balıqlar – siyənək, qızılbalıq, sardina və skumbriya
  • Yumurta
  • Zənginləşdirilmiş səhər yeməyi sıyığı
  • Zənginləşdirilmiş marqarin
  • Körpələr üçün zənginləşdirilmiş südlü qatışıq

10-12 aylıq körpənizin qidalanmasından lazımi miqdarda D vitamini almasına kömək etmək üçün Nutrilon davam südü və Nutrilon böyümə südünü sınayın. Körpələr üçün xüsusi sıyıqlarımız da D vitamini ilə zənginləşdirilib.

1. Scientific Advisory Committee on Nutrition. Update on Vitamin D. London: TSO, 2007.

2. Misra M et al. Pediatrics 2008;122:398-417.

3. NHS UK. Vitamin D [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Vitamin-D.aspx[Accessed April 2014]

Son baxış: 13 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x