Əla yola getmək
Körpənizin ilk ayı
Ağıllı bir aylıq körpəniz gülümsəməsindən və əşyaları tutmasından tutmuş hər cür yeni səslər çıxarmasına kimi günü-gündən daha ayıq-sayıq olur. Ana südü bu inkişafı dəstəkləmək üçün onun ehtiyac duyduğu bütün bəslənməni təmin etdiyinə görə pəhrizinizə əməl etməyiniz həmişəkindən daha vacibdir.
Parlaq gələcək buradan başlayır
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Onun inkişafının ilk ayında nələr baş verir?
Son dörd həftə ərzində yalnız körpənizin xarici görünüşündə deyil, eyni zamanda ətrafındakılara reaksiya verməsində də bir sıra nəzərə çarpacaq dəyişikliklərin olduğunu görə bilərsiniz. O, qapının və ya telefonun zəngi kimi gündəlik səslərə reaksiya verməyə başlaya bilər. Bu, körpənizin fiziki və əqli böyüməsinin yaxşı əlamətləridir.
1-ci ayda əzələ inkişafı
Körpəniz inkişaf edərkən onun əzələləri də güclənir. Bu zaman ərzində əksər körpələr hələ də başlarını qaldırmaq üçün mübarizə aparır, amma boyun və bədənlərinin yuxarı hissəsi möhkəmləndikcə qarınları üstündə uzanarkən başlarını azca qaldırmağı, daha sonra isə qolları ilə dayaq olub başlarını qaldırmağı və ətrafa baxmağı öyrənəcəklər.
Doğuşdan əvvəlki təbii tutma refleksi də güclənir və əli avtomatik olaraq ovucuna qoyulan hər şeyi tutur.1
Onun ilk həqiqi təbəssümü
Hətta bu erkən yaşda belə bəzi körpələr gülümsəyə bilir! Əgər bütün üz cizgilərindən istifadə edərək və gözləri parlayaraq gülürsə, buna həqiqi gülümsəmə deyə bilərsiniz.
Körpəniz hazır olanda gülümsəyəcək, amma siz də onu qıdıqlamaq, qucaqlamaq və onunla oynamaqla gülümsəməyə həvəsləndirə bilərsiniz. O bunu sizi təqlid edərək öyrənə bilər, buna görə də çoxlu gülümsədiyinizə əmin olun.
Körpənizin inkişaf edən görmə qabiliyyəti
Yeni doğulmuş körpələr yaxını görmə qabiliyyətinə malikdirlər, bu da o mənaya gəlir ki, onlar yalnız bulanıq formalar görə bilirlər – yeni doğulan zaman onlar cəmi 20-30 sm məsafəni görürlər. Hələ məhdudiyyətlərlə olsa da, 1 aylıq körpənizin vizual bacarıqları inkişaf edir. Onun gözlərinin tez-tez o yan, bu yana qaçdığını müşahidə edə bilərsiniz, çünki hələ baxışlarını bir yerə cəmləməyi öyrənməyib, amma hərəkət edən əşyalar və insanların üzləri, xüsusən də sizin üzünüz onun görə biləcəyi məsafədə olarsa, diqqətini çəkə bilər.
LCP-lər barədə düşünməyə dəyər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpənizi ilk altı ay yalnız ana südü ilə bəsləməyinizi məsləhət görür.1 Əgər körpənizi əmizdirirsinizsə, deməli, o, həyatının ilk altı ayı ərzində inkişafı üçün lazım olan bütün qidalandırıcı maddələri birbaşa ana südündən alacaq. Elə bu səbəbdən də pəhriziniz çox əhəmiyyətlidir.
Araşdırmalar göstərir ki, təbii şəkildə ana südündə mövcud olan iki uzun zəncirli doymamış yağ turşuları (LCP-lər) – AA (Omeqa-6) və DHA (Omeqa-3) – körpənin beyninin, gözlərinin və sinir sisteminin inkişafı üçün xüsusilə vacibdir. Qızılbalıq, skumbriya, sardina və tunes balığı kimi LCP ilə zəngin qidalar yemək daha yaxşı vizual, beyin və hərəkət bacarıqlarının inkişafına kömək edir.
Bağlılığın gözəlliyi
Ana və körpənin bədən bədənə təması onların arasındakı emosional bağlılığı gücləndirmənin ən yaxşı yoludur. Bu həmçinin körpənin ürək döyüntülərini və bədən temperaturunu tənzimləməyə kömək edir.
1 aylıq körpəniz sizinlə fiziki təması sevəcək. Beləliklə, masaj, qucaqlaşma, ayaqlarını və qollarını astaca hərəkət elətdirmək körpənizi sakitləşdirməyin yaxşı yollarıdır. Yadda saxlamaq lazımdır ki, bütün körpələr eyni dərəcədə inkişaf etmir və “normal” hesab edilən geniş yayılmış fikirlər var. Körpəniz müəyyən sahələrdə digər körpələrdən irəlidə və azca geridə ola bilər, amma əgər müəyyən ləngimələrə görə narahatsınızsa, rahat olmağınız üçün körpənizin həkimi ilə danışın.
NÖVBƏTİ ADDIMLAR
Bu ərzaqları alış-veriş siyahınıza daxil edin:
- Qızılbalıq, skumbriya, sardina və ya tunes balığı
BBC Good Food jurnalından LCP ilə zəngin bu reseptləri sınayın:
1. WHO. Breastfeeding [Online]. Available at: https://www.who.int/westernpacific/health-topics/breastfeeding[Accessed April 2014]
Son baxış: 13 avqust 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.