Körpənizi tanımaq

Xülasə

Doğuşun gərginliyindən sonra yeni doğulmuş körpənizlə ilk görüşünüz möhtəşəm bir hissdir. Siz eyni miqdarda rahatlıq, qürur, heyranlıq və ağrı hiss edəcəksiniz. Eyni zamanda “sevgi hormonu” olan oksitosin sayəsində sevgidən göylərdə uçacaqsınız. Bu məqalə ilk bir neçə saatda körpənizdən nəyi gözləməli olduğunuzu izah edəcək.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

İlk baxışdan sevgi

Körpənizlə keçirdiyiniz bu qiymətsiz anlar bağlılığa təşviq edən hormonlar və qoruma istəyi hissi ilə zəngindir. Yeni doğulmuş körpənizlə görüşünüz doqquz aylıq hamiləlik və doğuş gərginliyini dəyərli edir. Dəri təması doğuşdan dərhal sonra körpənizlə bağlılıq yaratmağın gözəl bir yoludur, amma narahat olmayın, heç də bütün analar dərhal bağlılıq hiss etmir. Körpəniz böyüdükcə sevginiz də böyüyəcək.

İlk toxunuş

Mama-ginekoloq doğuşdan sonra ilk mümkün olduğu anda körpənizi sinənizin üstünə qoyacaq.1 Bu yaxın təmas körpənizin gözlərinə baxmağınıza, cizgilərinə nəzər salmağınıza və onu rahatlaşdıracaq ilk qucaqlamanı verməyinizə imkan yaradacaq; bir-biriniz tanımağınızın bütün vacib addımları. Hər ikinizə emosional faydalar təmin etməsindən əlavə, bu ilk qucaqlamanın körpənizin sağlamlığı üçün də inanılmaz xeyirləri var. O, bədən temperaturunun, qlükoza səviyyəsini və nəfəsalma tezliyini2 nizama salmağa kömək edir və dərinizdəki bakteriyalar körpənizin dərisinin faydalı bakteriyalarla kolonizasiyalaşmasını təmin edərək onun immun sistemini hərəkətə keçirir.3 Eyni zamanda instinktiv olaraq ana südü ilə qidalanmaq istəyi yaradır.

İlk qidalanma

Doğuşdan bir qədər sonra körpəniz qidalanmaq üçün döşünüzü tapmağa çalışacaq, başını südünüzün qoxusuna tərəf çevirəcək və dodaqlarına nəsə toxunarsa, ağzını açacaq.4 Yapışmaq və əmmək bir qədər təcrübə tələb edə bilər, mama-ginekoloqunuz hər ikinizə kömək etmək üçün hazır olmalıdır.

Körpəniz kolostrumun faydalarından yararlandığı üçün ilk bir neçə gündə ana südü ilə qidalanma vacibdir. Bu qatı, sarı maddə əmələ gələn ilk süddür. Körpənizin ehtiyac duyduğu bütün qidalandırıcı maddələri yüksək dərəcədə bir yerə toplayaraq təmin edir. Körpənizin mədəsi çox kiçik olduğu üçün gündə sadəcə bir neçə çay qaşığı qədər ehtiyacı var,5 amma bu heyrətamiz süd bir çox faydaları təmin edir:

  • Körpənizin ehtiyac duyduğu bütün protein, yağ və vitaminlərlə zəngin, eyni zamanda asan həzm olunan mükəmməl qidadır
  • İmmun sistemi və sağlam bağırsağı formalaşdırmağa başlamaq üçün sizin anticisim və dost bakteriyalarınızı ötürür
  • Körpənizin bağırsağını mekoniumdan təmizləməyə kömək edən yumşaldıcı vasitədir6

Körpənizin tələbindən asılı olaraq əmizdirmək onun ehtiyac duyduğu südü təmin etməyinizə kömək edəcək. Eyni zamanda uşaqlıq yolunuzu kiçildəcək sıxılmaları stimullaşdırır və hədsiz qan itkisinin qarşısının alınmasına kömək edir. İlk dəfədən düzgün əmizdirməyi bacarmaq heç də həmişə asan olmur, buna görə də mama-ginekoloqunuzun ilk günlərdə təklif edə biləcəyi bütün köməklərdən yararlanmağa çalışın.

sleeping newborn
Dəri təması doğuşdan dərhal sonra bağlılıq yaratmağa başlamağın mükəmməl üsuludur

İlk yoxlamalar

Sağlam olduğundan əmin olmaq üçün körpəniz həyatının ilk 72 saatı ərzində yaxından yoxlanılmalıdır. Həyatın ilk bir neçə dəqiqəsində aparılan yoxlama Apqar şkalası adlanır. Körpənizin dərisinin rəngi, ürək ritmləri və reflekslərinin dəyərləndirilməsi onun hər hansı bir təcili tibbi yardıma ehtiyacı olub-olmamasını müəyyən etməkdə mama-ginekoloqunuza və ya həkiminizə kömək edir. Sağlamlıqla bağlı uzunmüddətli problemlərin göstəricisi kimi istifadə olunmur və körpəniz digər cəhətlərə görə sağlamdırsa, Apqar şkalasının aşağı olmasından narahat olmayın.

Doğuşdan sonra aparılan digər yoxlamalar arasında gözlər, qulaqlar, ürək, omba və oğlanlarda xayaların yoxlanılması var. Eşitməsini yoxlamaq üçün körpənizin qulağına şaqqıltı səsi verilir və əks-sədası dinlənilir. Bu, ağrısızdır və adətən körpəniz yatarkən edilir. Bundan başqa doğuşdan 5-8 gün sonra körpənizdən “topuq testi” (topuqdan qan almaq) götürülür. Qan nümunəsi topuqdan götürülür və fenilketonuriya (PKU), MCAAD, kistik fibroz, oraq hüceyrəli anemiya və kongenital hipotireoz kimi metabolik pozulmalar yoxlanılır.

Çəkisi də diqqətlə yoxlanılır. Həyatının ilk həftəsində körpənin çəki itirməsi normal sayılsa da, həkiminiz hər şeyin qaydasında olduğundan əmin olmaq üçün çəkisini yoxlayacaq.

Körpəm nəyə, kimə oxşayacaq?

Böyük ehtimalla körpənizin sizə, yoxsa atasına oxşadığını, xalasının burnunun onda da olub-olmayacağını bilməyi səbirsizliklə gözləyirsiniz, amma həqiqət budur ki, yeni doğulan körpəniz təzə-təzə bir qədər qəribə görünə bilər. Başı əndazəsiz şəkildə böyük görünəcək və qan dövranı fəaliyyətə başlayana qədər əlləri və ayaqları tünd mavi və ya bənövşəyi ola bilər. Onun necə gəldiyi müvəqqəti olaraq başının formasını dəyişdirə bilər, erkən, yoxsa gec gəlməsi də görünüşünə təsir edir. Göbək bağının qalıqlarına isə plastik sıxac qoyulur.

Dəri

Vaxtından əvvəl doğulmuş körpələrin dərisi bir az daha şəffaf olur və adətən ana bətnində dərini qorumağa kömək edən ağ maddə – verniks isə örtülü olurlar. Gec doğulan körpələrdə isə daha az verniks olur, dəriləri isə daha quru olur. “Süd ləkələri” kimi bilinən körpə sızanaqları hər an peyda ola bilər. Onlar tamamilə təhlükəsizdir, yaranma səbəbi sizin hormonlarınızdır və adətən bir neçə həftənin içində keçib gedir.

Baş

Körpənizin doğuş kanalından keçməsinə kömək etmək üçün kəllə sümükləri bir-birlərinə birləşmir, buna görə də doğularkən başı bir qədər uzunsov görünə bilər. Körpənizin başında iki yumşaq nöqtə və ya əmgək (fontalel) var: qabaqda almaz formasında və arxada daha balaca. Bu yumşaq nöqtələr qalın, qoruyucu membran ilə örtülüdür və kəllə sümüyləri 12-18 ay arasında bir-birləri ilə birləşəcək.7

Saç

Körpələrin müxəlif növ saç düzümləri olur. Onların saçlarının rəngi və qalınlığı önümüzdəki bir neçə həftə, hətta bir neçə il ərzində dəyişilə bilər. Doğularkən malik olduqları saçların tökülməsi də normaldır. Vaxtından əvvəl doğulan körpələrdə vaxtından gec doğulan körpələrə nisbətən daha çox lanuqo (ana bətnində olarkən bədəni əhatə edən incə tüklər) olur.8

Gözlər

Körpənizin saçları kimi gözlərinin rəngi də bir neçə ay ərzində dəyişilə bilər. Təəccüblü olsa da, başlanğıcda hər şeyi bulanıq ağ-qara görəcək və 20 sm-dən uzaqda yerləşən obyektləri görə bilməyəcək. Bu məsafə onu yedizdirərkən üzünüzü görməsinə kifayət edir.

Körpənizin gözlərinin bəzən bir-birindən uzaqlaşdığını görsəniz, təlaşa düşməyin. Bu, çəpgözlük adlanır və təxminən 3-cü ayda öz-özünə düzəlir.7

Üz

Başlanğıcda üzü qırışmış kimi görünə bilər, amma tezliklə yumşalacaq.

Cinsiyyət üzvləri

Körpənizin bədənindəki hormon axını cinsiyyət üzvlərinin şişmiş və qırmızı görünməsinə səbəb ola bilər. Körpə qızların vaginalarında adətən yüngül qanama və ya ağ, bulanıq axıntı olur. Oğlanların xayaları hamiləlik dövründə qarınlarına bitişik halda inkişaf edir, hamiləliyin son dövrlərində isə ayrılır. Bəzi körpə oğlanlarda isə bu, doğuşdan sonra baş verir və üç aydan altı aya qədər çəkə bilər.9

Göbək bağı

Yeni doğulan körpənizin qarnında 2-3 sm uzunluğunda göbək bağının qalması və ona plastik sıxac vurulması sizi təəccübləndirə bilər. Onun sinir ucları yoxdur, odur ki, körpəniz bunu hiss etmir və sizin etməli olduğunuz tək şey düşənə qədər onu bir həftə təmiz saxlamağınızdır. Onu dartmağa həvəs göstərməyin, özü düşməsinə imkan verin. Həkiminiz mütəmadi olaraq körpənizin göbəyinə infeksiya düşüb-düşmədiyini yoxlayacaq, əgər hər hansı bir narahatlığınız olarsa, bu barədə danışın.

Yeni doğulmuş körpəni necə tutmalı

Yeni doğulmuş körpəni təzə-təzə qucağınıza götürmək və qucaqlamaq qorxulu görünə bilər. O elə qiymətli və balacadır ki! Yadda saxlamalı olduğunuz məqam körpənizin başına həmişə dəstək verməyinizdir. Bu istisna olmaqla, qalan hər şey hər ikinizin özünü rahat hiss edəcəyi üsulu tapmaqdan asılıdır. Geniş yayılmış tutmaq üsullarını sınaya bilərsiniz:10

holding baby sketch 1

Beşik kimi tutmaq

Boynunun arxası, baş və onurğası bütünlüklə qol və geniş açılmış əliniz ilə dəstəklənir. Digər əliniz alt hissədən dəstək verir.

hugging baby sketch 1

Qısılmaq

Bir əliniz ilə başının arxasına dəstək verməklə və digər əliniz ilə altdan tutmaqla sinəyə sıxmaq. Nəfəs almasına mane olmamaq üçün başını yan tərəfə çevirin.

how to hold baby sketch 1

Üz-üzə

Körpənizi önünüzdə ayaqları qarnınıza doğru halda tutun. Bir əl başın altında olur, digəri isə altdan dəstək verir. Qarşılıqlı ünsiyyət üçün əladır.

holding newborn sketch 1

“Reqbi” tutması

Körpəniz belinizin ətrafına qıvrılarkən və ayaqları arxanıza uzanarkən bir qolunuzla belinə və boynuna, digər əlinizlə isə başına dəstək verməklə qucaqlayın.

holding baby on one arm sketch 1

Qarından tutmaq

Sinəsi və qarnı qolunuzun üstünə, başı dirsək büküşünüzə qoyulur və əliniz ilə qasığa dəstək verilir.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x