Hərəkət etmək
Parlamağa başlamaq, böyüməyə davam
Üç aylıq ağıllı və ayıq-sayıq körpəniz günü gündən hər şeyə daha çox reaksiya verməyə başlayır. Onların şəxsiyyəti özünü göstərməyə başlayır. Fiziki və əqli təkan yeni bacarıqlar öyrənməsinə kömək edəcək. Bütün bu inkişaf iştahın artmasına gətirib çıxara bilər, amma bu onun ana südündən ayırmaya hazır olduğuna işarə deyil.
Parlaq gələcək buradan başlayır
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Bu ayda nələr baş verir?
Üç aylıq körpənizin artıq daha diqqətli olduğu və özünü ifadə edə bildiyi görünür. İnkişafının bu dövründə çoxlu həvəsləndirmə ilə onun həm beyni, həm də bədəni öyrənməyə davam edir. İndi körpəniz “gülümsəmə danışığı” apara bilir. Bu da onun sizə ağız dolusu gülümsəməyi və diqqətinizi cəlb etmək üçün qığıldama yolu ilə “söhbətə” başlaya biləcəyi mənasına gəlir. Digər vaxtlarda isə sizin ilk təbəssümünüzü görənə kimi üzünüzü izləyəcək və bundan sonra gülümsəməyinizə həvəslə qarşılıq verəcək.
Onun yapışması daha da güclənir. Tezliklə onun qığıldaması və qollarını yelləməsi ilə nə zaman həyəcanlandığını biləcəksiniz.
Onun güclənən əzələləri
Tezliklə körpənizin başını tuta bildiyini görəcəksiniz. Bu, boynundakı əzələlərin möhkəmləndiyini göstərir. O, həmçinin qarnı üstündə uzananda ayaqları ilə qüvvətli təpiklər atmağa başlayacaq.
Əlləri onun üçün hələ də sonsuz heyranlıq mənbəyi olaraq qalır və əlini əşyalara uzatmağa çalışır, hərçənd ki, hələ əşyaları tam tutmaq bacarığına malik deyil.
Körpənizin inkişaf edən duyğuları
Üç ayında körpəniz ətrafındakı dünyanı tədqiq etmək üçün getdikcə daha səmərəli olan duyğularından istifadə edəcək. Görmə qabiliyyətini idarə etməyə başlayanda əşyaları gözləri ilə izləyə bilir.1 Tezliklə tanış simaları uzaq məsafədən də tanıya biləcək. İnsanların üzlərinə, xüsusən də valideynlərinin və özünün simasına baxmağı sevir. Onun üçün göz səviyyəsində təhlükəsiz bir güzgü quraşdırın və özünü necə izlədiyinə baxın. Onu pəncərədən və ya otağın digər tərəfindəki bir şəklə baxarkən görə bilərsiniz. Onun eşitməsi inkişaf edir və indi yüksək səslər onu diksindirir.
3 ayında ünsiyyət bacarıqları
Tezliklə körpəniz dodaqları ilə asanlıqla çıxara biləcəkləri P, B və M kimi hərflərlə başlayan səslər ilə təcrübəyə başlaya bilər. Bu səbəbdən körpələrin çoxu hər şeydən əvvəl “mama” və “papa” deməyi öyrənirlər.
Onun inkişafı üçün qidalanma
Körpənizin sürətli böyüməsi və inkişafı üçün lazım olan bütün qidalı maddələri alması vacibdir. Körpənizin kifayət qədər süd aldığına əmin olmağın ən yaxşı yolu aclıq siqnallarına cavab verməyinizdir. Əgər körpənin iştahı birdən-birə artarsa, bu, mütləq ana südündən ayırmaya hazır olduğunu ifadə etmir; yəqin ki, o, sadəcə sürətli böyümə mərhələsindən keçir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ana südünün körpənin həyatının ilk altı ayında yeganə qida mənbəyi olmasını, iki yaş və ondan sonrakı yaşlarda isə qarışıq pəhriz ilə birlikdə qidalandırıcı maddələr mənbəyi olaraq davam etdirməyi məsləhət görür.2 Bunun səbəbi üç aylıq körpənin həzm sisteminin hələ qatı qidalar, hətta pürelər üçün belə kifayət qədər yetişməməsidir.
Körpənizin kifayət qədər süd alıb-almadığını bilməyin ən yaxşı yolu onu dinləməkdir. Daha tez-tez əmizdirilmək istəsə, bədəniniz buna uyğunlaşacaq və daha çox süd verəcək.
Körpənizin kifayət qədər süd alıb-almaması barədə məsləhət üçün məqaləmizi oxuyun.
Körpənizin zehnini və bədənini stimullaşdırma yolları
Körpənizin əzələ gücünü artırmağa kömək etməyin asan yolu hərəkət edən və ya musiqili bir mobili çarpayıdan yuxarıda, əlçatmaz yerdə yerləşdirməkdir. Belə ki, körpə onu tutmalıdır. Bu, əl-göz koordinasiyasını yaxşılaşdıracaq, qarşısındakıları qeydə alması isə düşüncəsini stimullaşdıracaq.
1. American Optometric Association. Infant vision: Birth to 24 months of age [Online]. Available at: www.aoa.org/patients-and-public/good-vision-throughout-life/childrens-vision/infant-vision-birth-to-24-months-of-age [Accessed April 2014]
2. WHO. Breastfeeding [Online]. Available at: www.who.int/ [Accessed April 2014]
Son baxış: 13 avqust 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.