Vasvasılıq olmadan
Ən vasvası yeyənləri yola gətirmək üçün hiylələr
Vasvası yeyən körpələr yemək saatlarını çətinləşdirə bilərlər, amma təmkinliyi qorumaq və davam etmək vacibdir. Körpənizə müxtəlif yeni dadlar və teksturalar təqdim etmək ehtiyac duyduğu qidalandırıcı maddələri almasına kömək etməyin ən yaxşı yoludur. Odur ki, günün birində brokkolidən imtina edərsə, yenidən cəhd edin, növbəti dəfə brokkoli onun xoşuna gələ bilər.
Vasvası yeyənlər üçün tövsiyələr
Əgər körpəniz yalnız bir neçə sevimli yeməyinə meyillidirsə, çox güman ki, daha çeşidli və balanslı pəhrizə qarşı dadbilməsi az inkişaf edəcək və beləliklə asanlıqla vasvası yeyənə çevriləcək. Körpələrin çoxu yeriməyə başlayana qədər müxtəlif dadlara malik qidalar qəbul edir. Çalışmaq lazımdır ki, ehtiyac duyduqları qidalandırıcı maddələri təmin etmək üçün erkən mərhələdəki pəhrizlərinə mümkün qədər çox müxtəlif çeşidlər daxil edilsin.
Körpənizi daha müxtəlif çeşidləri sınamağa həvəsləndirmək üçün bəzi məsləhətlər:
- Nümunə olun – qidaların bəzilərini özünüz yeyin, iştahaçan səslər çıxarın və üz ifadələri edin ki, körpəniz bunun xoş bir şey olduğunu başa düşsün
- Azdan başlayın – daha kiçik porsiyalar daha az qorxuducudur və bəyənərsə, daha çoxunu təklif edə bilərsiniz
- Fərqli dadlardan təklif edin, beləliklə o, birini bəyənməsə, digərini sınayacaq – amma sevimli yeməyini çox tez-tez verməkdən çəkinin
- Körpəniz nəyisə tüpürürsə, növbəti gün bir daha cəhd edin, ola bilər ki, onu sevimli yeməyi ilə qarışdırasınız. Yaddan çıxarmayın, səbirli olmağınız lazım gələcək
- Eyni qidanı fərqli üsullarla verməyə cəhd edin, məsələn, kök püresi və götürüb yeməsi üçün bişmiş kök çubuqları
- Yaşıl brokkoli, çəhrayı şirin kartof və sarı banan kimi qidalardan göyqurşağı rənglərini təklif etməklə yeməyi daha əyləncəli və cəlbedici edin – fərqli rənglər barədə danışmaq ona maraqlı gələ bilər
- Körpənizi sevmədiyi nəyisə yeməyə məcbur etməməlisiniz, amma incə xəbərdarlıq onu bir daha cəhd etmək üçün fikrindən daşındıra bilər
- Birlikdə yeyin – uşaqların onlarla birlikdə yediyiniz qidaları yemək ehtimalları daha yüksəkdir
- Hammons AJ & Fiese BH. Is Frequency of Shared Family Meals Related to the Nutritional Health of Children and Adolescents? [Online]. 2011. Available at: http://pediatrics.aappublications.org/content/127/6/e1565 [Accessed July 2014]
Son baxış: 21 avqust 2014