Vaxtından əvvəl doğulmuş körpə ilə bağlı kömək

Kiçik xoşbəxtlik

Sevgi və dəstək sizi irəli apara bilər

Körpənin vaxtından əvvəl doğulması hər iki valideyn üçün emosional olaraq gərgin və yorucu ola bilər. Valideyn kimi özünüzü çarəsiz hiss edə bilərsiniz, güclü olmağınız tələb olunduğu üçün həm sizin, həm də həyat yoldaşınızın rahatlığa və dəstəyə ehtiyacı olacaq. Özünüzü təzyiq altında saxlamamağa çalışın və ehtiyac olarsa, dəstək istəyin.

Həyat yoldaşınızı və yeni doğulmuş körpənizi dəstəkləmək

Neonatal küvez vaxtından əvvəl doğulmuş körpənizə lazımi qayğının göstərilməsi üçün tam təchiz olunur, amma bütün tibbi heyət və avadanlıqlarla belə bəzi narahatedici məqamlar ola bilər. Körpənizə yaxın olmağa çalışın, onunla danışın – əgər körpəniz 24 həftəlikdirsə, bətninizdə olarkən eşitdiyi səsinizi tanıyacaq və sizi eşitməsi onu rahatlaşdıracaq.

Neonatal heyət sizə körpənizlə nə qədər fiziki təmas qurmağınız barədə məlumat verəcək, amma vaxtaşırı olaraq sakitləşdirici toxunuş adətən yaxşı təsir edir və körpənizin sizin orada olduğunuzu bilməyi faydalı olacaq. Sonradan körpəniz kifayət qədər gücləndikcə, bir qayda olaraq, körpənizə qayğı göstərilməsinə cəlb olunacaqsınız – bezini dəyişmək, çimizdirmək, masaj etmək və hətta yedizdirmək.

Evə getməyə hazırlaşmaq

Vaxtından əvvəl doğulmuş körpənin valideyni olmaq xəstəxanada çox vaxt keçirmək mənasına gələ bilər, buna görə də ev işlərini görmək üçün evə getmək çətin ola bilər. Siz bu cavabdehliyi həyat yoldaşınızla bölüşə bilərsiniz, beləliklə körpənizi evə apardıqda ev hazır olar. Bəzən xəstəxanadakı öhdəliklərinizə fasilə vermək, zehninizi açmaq və diqqətinizi fərqli yerlərə yönəltmək kömək edə bilər, dostlarınızdan və ailə üzvlərinizdən də kömək istəyə bilərsiniz; bu anda onlara ehtiyacınız olacaq.

Yeni doğulmuş körpənizin böyük bacı və qardaşları varsa, onları tanış edə və bəzi tapşırıqlara cəlb edə bilərsiniz. Valideynlərinin xəstəxanada çox vaxt keçirmələri uşaqlar üçün çətin ola bilər, bunları etməyiniz onların nələrin baş verdiyindən xəbərdar olmalarına kömək edər.

Doğuş sonrası (postnatal) depressiya vaxtından əvvəl doğulmuş körpələrin valideynlərində daha geniş yayılıb.

Valideynlərdə postnatal depressiya

Postnatal depressiya (PND) təkcə analara təsir edən bir hal deyil, bu, atalardan da təsirsiz ötüşməyə bilər. Əlavə stres və gərginlik səbəbindən vaxtından əvvəl doğulmuş körpələrin valideynlərində daha çox rastlaşılır. Təəssüf ki, PND onsuz da çətin olan vəziyyəti əlavə təzyiqdə saxlaya bilər. Özünüzün və ya həyat yoldaşınızın əziyyət çəkdiyini güman edirsinizsə, məsləhət almaq üçün həkimə müraciət etməyiniz vacibdir.

Aşağıdakı simptomlardan xəbərdar olmağınız faydalıdır:

  • Ağlamaq
  • Panik atak
  • Həmişə yorğun olmaq
  • Yata bilməmək
  • İştahsızlıq və ya həddən artıq iştah
  • Özünü qiymətləndirməmək
  • Ruh düşgünlüyü

Son baxış: 19 may 2015

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x