Ev rahatlığı
Ev qidalarını təhlükəsiz hazırlamaq
Əgər körpənizin qidasını sıfırdan başlayaraq özünüz hazırlamaq istəyirsinizsə, onu ehtiyac duyduğu bütün qidalandırıcı maddələr ilə necə təmin etməyi göstərəcəyik. Yeməkləri etibarlı şəkildə necə hazırlayacağınızı, körpənizin sağlamlığını qorumaq üçün hansı qidaları məhdudlaşdıracağınızı və hansılarından uzaq duracağınızı öyrənin.
Parlaq gələcək buradan başlayır
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
Körpə yeməyini necə hazırlamalı: Öncə təhlükəsizlik
Körpənizin həzm sistemi hələ tam olaraq formalaşmadığı üçün mədə narahatlığına qarşı zəifdir, buna görə də yeməklərin gigiyenik və etibarlı şəkildə hazırlanması vacibdir.
Körpənizə yemək hazırlamaq üçün bəzi tövsiyələr:
- Hazırlıq – əllərinizin, müxtəlif səthlərin, kasaların, qabların və mətbəx alətlərinin tam təmizliyindən əmin olun. Körpəniz 6 aydan balacadırsa, kasalarda, boşqablar və alətlərdə onu xəstələndirə biləcək bakteriyaların olmadığından əmin olmaq üçün onları sterilizasiya edin.
- Ət və balıq bişirmək – həmişə ətin tam bişdiyindən, içində çəhrayı hissələr qalmadığından əmin olun. Balıq bərk və qat-qat olmalıdır, əgər yumşaqdırsa, deməli, hələ tam bişməyib. Körpələr üçün balıq bişirməyin ən yaxşı yolu onu folqa içində bişirməkdir, çünki çox bişsə belə, yumşaq qalır və çeynənilməsi asan olur.
- Meyvə və tərəvəzlər – istifadədən əvvəl yaxşıca yuyun. Bişirilməsi tələb olunan tərəvəzlərdə qidalandırıcı maddələri saxlamaq üçün onların buxarda bişirilməsi yaxşıdır. Əgər buxar qazanınız yoxdursa, qaynar suyun üstünə aşsüzən qoymaqla bunu həll edə bilərsiniz.
- Körpənizin yeməyini vermək – bütün bakteriyaların məhv olduğuna əmin olmaq üçün körpənizin yeməyi tam bişmiş və isti olmalıdır. Körpənizə verməmişdən əvvəl bir qədər soyumasını gözləyin.
Körpə üçün yemək hazırlayarkən uzaq durulmalı və ya məhdudlaşdırılmalı ərzaq və inqrediyentlər
Körpənin və ya uşağın balanslı qidalanması böyüklərinkindən fərqlənir. Onların böyüyən vücudunu qorumaq üçün müəyyən inqrediyentlər və ərzaqlardan uzaq durmaq və ya onları məhdudlaşdırmaq lazımdır.
- Duz
- Şəkər
- Həddən çox lif – az miqdarda olması uyğundur
- Az yağlı qidalar
Duz
Orqanizmin müxtəlif təməl funksiyaları yerinə yetirməsi üçün duza ehtiyacı var. O, həzm sistemindən mayelərin sorulmasına kömək edir və orqanizmdəki maye miqdarını balansda saxlayır. Bununla belə, hər gün az miqdarda duz qəbul etməyimiz lazımdır, körpələrin və uşaqların isə daha az miqdara ehtiyacı var.1
Körpəlikdə yüksək miqdarda duz qəbulunun inkişaf edən böyrəklərə zərərli təsirə malik ola biləcəyinə və həyatın sonrakı illərində qan təzyiqinin yüksəlməsinə səbəb ola biləcəyinə dair sübutlar var.2
Bundan başqa uşaqlıqda formalaşan yemək vərdişlərinin sonrakı illərdə də qidalanma formalarına təsir etdiyini göstərən sübutlar var, odur ki, duzlu yeməkləri xoşlamaq ilk yaşlardan başlanılır.
Yaxşı xəbər odu ki, körpənizə duzu az olan yeməklər vermək ilk növbədə onda bu dadın inkişafının ehtimalını azaldacaq.
Körpənizin duz qəbulunu aşağı səviyyədə saxlamaq
Ana südündəki duz səviyyəsi ilk 6 ay ərzində körpənizin normal böyüməsi və inkişafını dəstəkləmək üçün kifayət miqdardadır. Amma ana südündən ayırdıqda körpənizin duz qəbuluna daha çox diqqət etməyiniz lazımdır.
Həddən artıq duz qəbul etməməsi üçün körpənizin qidalanmasında aşağıdakı bəzi dəyişiklikləri edə bilərsiniz:
- Körpənizin yeməyini hazırlayarkən çox duz atmayın. Sizin zövqünüzə görə az görünə bilər, amma körpəniz üçün tamamilə qəbulediləndir.
- Hazır qidaların tərkibində duz olub-olmadığını yoxlayın. Uşaq qidalarına əlavə duz atılmasına icazə verilmir, amma marketdən aldığınız sous və hazır sıyıqlar kimi körpələr üçün nəzərdə tutulmayan qidalarda yüksək miqdarda duz ola bilər.
- Hətta çörək, pendir və yarmaların tərkibində də duz var. Duzsuz və ya duz miqdarı az olan qidanı tapmaq üçün yarlıqları müqayisə edin. Yüksək miqdarda duz hər 100 qramda 1,5 q duz mənasını verir, ekvivalenti isə 0,6 q natriuma bərabərdir. Az miqdarda duz hər 100 qramda 0,3 q və daha az duz, ekvivalent olaraq isə 0,1 q natrium deməkdir. Bu göstəricilərin arasındakı miqdar isə orta dərəcə hesab olunur.
Körpənizin yüksək miqdarda duz qəbul etmədiyinə əmin olmağın ən yaxşı yolu onun yeməklərini özünüzün hazırlamasıdır.
Körpəmin nə qədər duza ehtiyacı var
Tövsiyə edilən miqdar aşağıdakı kimidir:1
Yaş | Maksimum duz qəbulu |
---|---|
0-6 ay | <1 q/gün |
6-12 ay | 1 q/gün |
1-3 yaş | 2 q/gün |
Şəkər
Körpələrin ana südü və meyvə kimi şirin qidalara üstünlük vermələri təbiidir, çünki bu onların təməl bioloji xüsusiyyətlərinin təsiridir. Əslində pəhriz, reklam və müasir texnologiyalardan asılı olmayaraq, bütün dünyada körpələrin və uşaqların şirin qidaları və içkiləri xoşlaması açıq-aşkardır.
Son araşdırmalar həmçinin şəkər xoşlamağın şəkərin ağrı yüngülləşdirici xüsusiyyətlərindən irəli gəldiyini göstərir.3
Bununla belə, körpənizin pəhrizinə şəkər əlavə etməyiniz onda həyatının sonrakı dövrlərində şirin qidalara meyilliliyin inkişaf etməsi ehtimalını artırır.4
Göründüyü qədər şirin deyil…
Körpənizi yeni dadları kəşf etməyə həvəsləndirmək üçün yeməklərinə şəkər əlavə etmək cazibəli görünsə də, ona tərkibində əlavə şəkər olan körpə qidaları vermək həyatın sonrakı dövrlərində dişlərin çürüməsi, plomb qoyulması və hətta dişlərin itirilməsinə gətirib çıxara bilər. Tərkibində şəkər olan içkilər də dişlərlə bağlı xoş olmayan nəticələrdən xəbər verir.
Körpənizi şirin qidalara meyilli olmaqdan necə çəkindirməli
Pis vərdişləri daha sonra dəyişdirməyə çalışmaqdansa, indi sağlam qidalanma vərdişlərinə həvəsləndirmək daha asandır. Buna görə də körpənizin qidasına şəkər əlavə etməkdən çəkinin və şəkər səviyyəsi yüksək ola biləcək körpələr üçün nəzərdə tutulmayan qidalardan uzaq durun.
Körpəniz üçün yaxşı olduğunu düşündüyünüz bəzi qidaların tərkibində inanılmaz dərəcədə çox şəkər ola bilər. Suxarılar, quru meyvələr, bişmiş lobya və bəzi körpə yeməkləri və içkiləri bunlardan bəziləridir.
Tərkibindəki şəkər miqdarını bilmək üçün məhsulun yarlığını yoxlayın. Qida dəyəri hissəsində “karbohidratlar” (eyni zamanda şəkər) miqdarını axtarın. Yüksək şəkərli qidalar hər 100 qramda 22,5 q və daha çox şəkərə, aşağı şəkərli qidalar isə hər 100 qramda 5 q və daha az şəkərə malik olur. Emal edilmiş şəkər növlərinə nisbətən təbii şəkərin körpəniz üçün daha faydalı olması barədə fikirlər sadəcə mifdir. Bütün şəkər növləri çəkilərinə görə eyni miqdarda enerjiyə malikdir və hamısı inkişaf etməkdə olan dişlər üçün potensial zərərdir.
Mövzu içkilərə gəldikdə isə şəkərli meyvə şirələri, likörlər, südlü kokteyllər və dadlandırılmış sular adətən şəkərli istehsal olunur. Şəkərsiz meyvə şirəsi daha sağlam seçimdir, amma bu halda da onu su ilə durulaşdırmaq yaxşı olar.
Ən yaxşısı su və südü əsas götürməkdir, amma körpənizin 12 ayına qədər ona inək südü verməkdən çəkinin. Əlüstü qidalar seçərkən şəkərli olanların əvəzinə təzə meyvə, tost və şəkərsiz düyü peçenyeləri kimi sağlam qidalara üstünlük verin.5
Yüksək lifli və az yağlı qidalar
Körpənizin sürətli böyüməsini və inkişafını dəstəkləmək üçün çoxlu enerji və qidalandırıcı maddələrə ehtiyacı var. Amma onun mədəsi balacadır və böyük qidaların öhdəsindən gələ bilməz, buna görə də onun enerji və qidalandırıcıları cəm halda almağa ehtiyacı var.6 Bu, az yağlı, yüksək lifli qidaların körpənizin pəhrizinə uyğun olmadığı mənasını verir.
Yağ körpəniz üçün vacib vitamin və enerji mənbəyidir və bu amil az yağlı süd və süd məhsullarının istifadəsini körpəniz üçün uyğunsuz edir. Tam yağlı süd və qatıqdan istifadə edin və körpənizin 12 ayı olana qədər inək südünün əsas içki kimi verilməməsini unutmayın. İnək südü yeməklərin hazırlanmasında istifadə oluna bilər, amma körpənizin 2 yaşı tamam olana qədər üzsüz süddən istifadə etməkdən çəkinin.
Yüksək lifli qidalar körpəniz lazım olan enerjini almadan onu doyura bilər. Bununla belə, uşaqların tam buğda və kəpəkli qidaları yeməsi onların böyüyərkən də bu qidalara meyilli olmalarına həvəsləndirəcək. Müxtəlif növ çörəklərin və yarmaların qarışığından istifadə etməyə çalışın. Ağ və kəpəkli unların qarışığı idealdır və körpəniz tam həcmdə, sağlam və balanslı pəhrizlə qidalanana qədər kəpəklə zənginləşdirilmiş sıyıqlardan uzaq durun. Körpənizi tərkibində daha yüksək və daha az lifli qidaları yeməyə həvəsləndirmək az miqdarda lif qəbulundan və qəbizlik problemlərindən uzaq qaçmağa da kömək edəcək.
Körpənizə yemək hazırlayarkən uzaq durulmalı qidalar:
- Makaron sousu və hazır sıyıqlar kimi böyüklər üçün nəzərdə tutulan qidalar
- Körpə üçün uyğun olmayan dərəcədə şəkərli qidalar – həmişə yarlığı oxuyun
- Şirinləşdirilmiş içkilər
- Az yağlı qatıq və pendir
Alış-veriş siyahısına əlavə etməli olduğunuz qidalar:
- Kartof, kök, kabak, şalğam və cır havuc kimi tərəvəzlər
- Banan, armud, akokado, gavalı, alma və şaftalı kimi meyvələr
- Düyü
- Tam yağlı dəniz və pendir
- SACN. Salt and Health Report [Online]. 2003. Available at: www.sacn.gov.uk/pdfs/sacn_salt_final.pdf [Accessed June 2014]
- NHS UK. Salt [Online]. 2013. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/salt.aspx [Accessed June 2014]
- Ventura AK, Mendella JA. PubMed. Innate and learned preferences for sweet taste during childhood [Online]. 2011. Available at: www.ncbi.nlm.nih.gov/pubmed/21508837 [Accessed June 2014]
- Liem DG, Menella JA. Sweet and sour preferences during childhood: Role of early experiences. Dev Psychobiol 2002;41(4):388–395.
- NHS UK. How to avoid giving your baby a sweet tooth [Online]. Available at: www.nhs.uk/start4life/Pages/babies-avoiding-sugar-sweet-foods.aspx [Accessed June 2014]
- NHS UK. What to feed young children [Online]. 2014. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/understanding-food-groups.aspx#starch [Accessed June 2014]
Son baxış: 21 avqust 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.