Menyudan kənar
Bütöv qabıqlı çərəzləri, bal və şəkəri sonraya saxlayın
Ana südündən ayırma dövründə körpənizi müxtəlif çeşidli qidalarla tanış etməyiniz vacibdir. Bununla belə, 12 ayına qədər körpənizə uyğun olmayan və ana südündən ayırma mərhələsində uzaq durmalı olduğunuz qidalar da var.
Ana südündən ayırma dövründə uzaq durulmalı qidalar1
Ana südündən ayırma dövründə körpənizin normal böyüməsi və inkişafında lazım olan qidalandırıcı maddələri təmin etmək üçün onu müxtəlif çeşidli qidalarla tanış etməyiniz vacibdir. Bu, həyatın sonrakı dövrlərində də sağlam qidalanmaya təşviq edər.
Amma 12 ayına qədər körpənizə uyğun olmayan və ana südündən ayırma mərhələsində uzaq durmalı olduğunuz qidalar da var. Bunlara aiddir:
- İnək südü – körpənizin 6 ayından başlayaraq yeməklərin hazırlanmasında istifadə edilə bilər, amma ilk doğum gününə qədər onun əsas içkisi olaraq ana südünü və ya südlü qatışığı əvəz edəcək qədər qidalandırıcı maddələrə malik deyil.
- Keçi südü – inək südü kimi o da körpənizin 12 ayına qədər onun əsas içkisi olaraq ana südünü və ya südlü qatışığı əvəz edəcək qədər qidalandırıcı maddələrin düzgün balansına malik deyil. Pasterizə edilməsi şərti ilə keçi südü körpənizin 6 ayından başlayaraq yeməklərin hazırlanmasında istifadə edilə bilər.
- Duz – körpələrin böyrəkləri böyük miqdarda natriumun öhdəsindən gələ biləcək qədər inkişaf etməmişdir, buna görə də onun yeməklərinə duz əlavə etməkdən çəkinin və marketdən alınan tərkibində yüksək miqdarda duz ola biləcək qidalara diqqət edin.
- Şəkər – həddən artıq istifadəsi körpənizin dişlərinə zərər vura və onda şirin qidalara aludəçilik yarada bilər. Həmçinin şəkər çox az qidalandırıcı tərkibə malikdir və balanslı qidalanmaya heç bir faydası yoxdur, odur ki, ən yaxşısı ondan uzaq durmaqdır.
- Bal – tərkibindəki bakteriyalar bəzən körpənin bağırsağında toksinlər yarada və onlarda botulizmə gətirib çıxara bilər. Balın tərkibində həmçinin yüksək miqdarda şəkər var.
- Bütöv qabıqlı çərəzlər – boğulma təhlükəsi olduğu üçün 5 yaşından aşağı uşaqlara bütöv qabıqlı çərəzlər verilməməlidir. Ailədə allergiya halı olmadığı halda, körpənin 6 ayından sonra üyüdülərək və yeməklərə qatılaraq verilə bilər.
- Az yağlı qidalar – körpələrin qidalanmada yağa ehtiyacları var və onlara az yağlı südlər, qatıq və ya böyüklər üçün olan az yağlı qidalar verilməməlidir.
- Köpəkbalığı, qılıncbalığı və marlin balığı – bu balıqların tərkibində körpənizin sinir sisteminin inkişafına təsir edə biləcək zərərli səviyyədə civə ola bilər.
- Çiy molyusk – körpənizin immun sistemi böyük adama nisbətən az inkişaf etmişdir və bu onları qida zəhərlənmələrinə qarşı daha həssas edir. Çiy molyusklardan uzaq durmaq lazımdır, bişmiş halda isə körpənin 6 ayından sonra başlamaq olar.
- Yumşaq pendir və pasterizə edilməmiş pendir – körpənizin immun sistemi hələ inkişaf etməkdə olduğu üçün qidalardakı bakteriyalar səbəbindən yarana biləcək xəstəliklərə böyük adamlardan daha həssasdır. Pasterizə edilməmiş pendir, bri və kakambert kimi yumşaq pendir növləri hətta əmizdirərkən belə, sizin üçün uyğundur, amma körpənizin həzm sistemi bunların öhdəsindən gəlməyə hələ ki, hazır deyil.
- Çay və qəhvə – kofein tərkibli istənilən içki körpəyə uyğun deyil və çaydakı tannin maddəsi dəmirin sorulmasına mane ola bilər.
- Üzərində kod olmayan az bişmiş yumurta – körpələrə 6 ayından sonra üzərində kod olan yumurta çiy halda (məsələn, evdə hazırlanmış mayonezin tərkibində) və ya az bişmiş şəkildə verilə bilər. Əgər yumurtanın üzərində kod yoxdursa, həm ağı, həm də sarısı tam qatılaşana qədər bişirilməlidir.2
- NHS UK. Foods to avoid giving your baby [Online]. 2013. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/foods-to-avoid-baby.aspx [Accessed May 2014]
- NHS UK. Eggs [Online]. 2013. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/eggs-nutrition.aspx [Accessed Feb 2017]
Sİ (Süni İntellekt) nəcis yoxlayıcı
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.