İlk qucaqlamanı həqiqətən dəyərləndirmək üçün yeddi səbəb

DƏRİ TƏMASI

Yaxın təmasın inanılmaz təsiri

Bu dünya yeni doğulmuş körpəniz üçün qəribə və fərqli bir yerdir. Yeni doğulmuş körpənizi ilk heyrətamiz qucaqlamanız sadəcə sizə məmnunluq yaşatmadığını, eyni zamanda onun yuxu vərdişlərinə, immunitetinə, stres səviyyəsinə və başqa nələrə təsir etdiyini bizim körpə qidalanması üzrə ekspertimiz Sue Battersby izah edəcək.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Ana olaraq körpənizi ilk dəfə özünüzə sıxmağınız möcüzəli bir hissdir, çünki qarnınızın üstündə uzanan yeni həyatı hiss etməyin məmnunluğunu yaşayırsınız. Amma yeni doğulmuş körpənin ananın dərisi üzərinə qoyulması, dəri təması kimi bilinən bu metod körpəniz üçün ilk qucaqlamadan daha artıqdır. Dəri təmasının xüsusən körpənin, həmçinin ananın sağlamlığı üçün əhəmiyyətli faydaları var.1-5

Yeni doğulmuş körpənizi rahatlıq və sabitliklə təmin etmək

Doğuşun və körpənizin doğulduğu yeni mühitin stresli olması təəccüblü deyil. Bununla belə, ana və yeni doğulmuş körpə arasındakı dəri təmasının bu başlanğıc dövrünün qeyri-müəyyənliyini körpə üçün son dərəcə rahatlaşdırıcı duyğuya çevirə biləcəyini göstərən dəlillər var.1

Dəri təması körpənizin isti qalmasına kömək edir (yeni doğulmuş körpələrin bədən temperaturunu nizamlamaq qabiliyyəti məhduddur; dəri təması sağlam hərarətin saxlanılmasına təbii olaraq kömək edir) və bətninizdə olduğu vaxtdan tanıdığı ürək döyüntülərinizin səsini eşitməsini təmin edir. İstilik və qəlb döyüntülərinizi eşitməsi körpənizə qəribə, yeni dünyasında özünü rahat hiss etməsinə və yeni mühitə uyğunlaşmasına kömək edəcək. Əlavə olaraq, dəri təması körpənizin fiziki sabitliyini dəstəkləyir. O, qlükoza səviyyəsini artırmağa (hipoqlikemiya və ya aşağı qan şəkərinin azalması), körpənizin nəfəsalma tezliyi və qan təzyiqinin nizamlanmasına kömək edir.2

baby on shoulder

Körpənin immun sistemi ananın dərisindəki bakteriyalara reaksiya verdiyi üçün dəri təması infeksiyalara qarşı erkən kolonizasiyanı təşviq edir.3

Ağrı və stresi azaltmaq

Rahat olmaq həm də stres dərəcəsini azaltmağa da kömək edir. Körpənin özünü stresli hiss etdiyi hər hansı bir situasiyada dəri təması onu o qədər rahatlaşdıra bilər ki, kortizol (stres hormonu) səviyyəsi azalar.1 Bu, stresin yaranmasına və ona nəzarətə həssas vaxt kimi göstərilən doğuşdan sonrakı ilk 2-3 saat üçün xüsusilə aktualdır.1 Bu sakitləşdirici təsir çətin doğuş kimi körpənizin narahatlıq yaşaya biləcəyi vəziyyətlərdə ağrını azaltmaq və ya yüngülləşdirməyə də kömək edə bilər.1

Yeni doğulmuş körpənizin sağlamlığını və immunitetini dəstəkləmək

Dəri təması körpənin mikrobiotasının – dəri, tənəffüs sistemi və mədə-bağırsaq traktında olan trilyonlarla bakteriya və orqanizm – inkişafı üçün vacibdir. Körpənin mikrobiotası uşaqlıq boşluğunda inkişaf etməyə başlayır və artan dəlillər normal mikrobiotanın hamilə anadan körpəyə ötürülməsi və saxlanılmasının qorunmasının vacibliyini göstərir. Doğuş zamanı və dərhal sonra körpənin orqanizminə bakteriyalar düşür və bağırsağın inkişafı böyük ölçüdə ətrafdakı mikroblara məruz qalmağın nəticədir.4 Körpənin immun sistemini ananın dərisindəki bakteriyalar reaksiya verdiyi üçün dəri təması infeksiyalara qarşı erkən kolonizasiyanı təşviq edir.3 Pozulmuş mikrobiota allergiya və astma da daxil olmaqla bir sıra xəstəliklərlə əlaqələndirilir.4

mother and baby sleeping

Körpənizi dərinizin üstündə saxlamaq əsas sinir yollarını artıraraq beynin inkişafının dəstəklənməsinə kömək edir və beynin emosional öyrənmə və yaddaşın formalaşdırması ilə əlaqəli hissələrini fəallaşdırır.

Ana bağlılığının inkişafı

Bağlılıq davranışlarına təsir etdiyi bilinən hormonlar dəri təması ilə artır. Bu hormonlardan biri, eyni zamanda “sevgi hormonu” kimi tanınan oksitosin rahatlıq və yüngüllük hissi yaradır. Beyində bu hormon yarandıqda meydana gələn hisslər yüngülləşmə, cəlb etmə, üz tanıma və analıq qayğısı davranışlarında artıma səbəb olur,2 bunlar isə birlikdə həm ana, həm də körpə üçün faydalı olan daha güclü bağları dəstəkləyir.

Əmizdirmək və süd axını

İnanılmaz görünür, amma körpələr anadangəlmə döş əmmək bacarığı və motivasiyası ilə doğulurlar və dəri təması zamanı heç bir kömək olmadan özləri qeyri-ixtiyarı olaraq sürünməyi, döşü axtarmağı və yapışmağı bacarırlar.2 Bu cür təmas ilə ana və körpə körpədə ağız suyunun axması, ağız atmaq, yapışma, döşə doğru sürünmə və uğurlu bağlanma kimi bir çox davranışları stimulizasiya edən və ortaya çıxaran sensor informasiya mübadiləsi edirlər. Bu, həmçinin körpələrə kolostrumun qoxusunu almalarına da kömək edir; amniotik mayenin kolostrumun qoxusuna bənzər iyi var, buna görə tanış qoxu körpəni döşə doğru çəkir.

Doğuşdan dərhal sonra dəri təmasına başlayan və xəstəxanada olarkən bunu davam etdirən anaların əmizdirmə səviyyəsi və müddətinin artdığı sübut olunmuşdur.1

Yeni doğulmuş körpənizin beyin inkişafı və yuxu rejimi

Gözlənildiyi kimi, yeni doğulmuş körpənin beyni hələ tam formalaşmayıb; o, hələ böyüyərkən olacağı ölçünün dörddə biri qədərdir.2 Körpənizi dərinizin üstündə saxlamaq əsas sinir yollarını artıraraq beynin inkişafının dəstəklənməsinə kömək edir və beynin emosional öyrənmə və yaddaşın formalaşdırması ilə əlaqəli hissələrini fəallaşdırır.2 Dəri təması zamanı körpənizi oxşamaq və mülayim-mülayim danışmaq da bu prosesdə köməkçi olacaq.

Yeni doğulmuş körpənizin yuxu rejimini qurmaq

Anaların əksəriyyəti yeni doğulmuş körpələrin “əsla yatmadığını” düşünsələr də, əslində onlar ilk bir neçə həftədə vaxtlarının böyük hissəsini yatmaqla keçirirlər. Sadəcə onlar lazım olan vaxtlarda (yəni siz yatarkən!) yatmaq məcburiyyətində deyillər. Yuxu körpələrin beyin inkişafı və böyüməsi üçün vacibdir və dəri təmasının körpənin yuxu tsiklinin yaxşılaşmasına faydalı olduğu düşünülür.5

Araşdırmalar dəri təması yaşayan körpələrin daha uzun müddət davam edən və daha az narahat olduqları sakit yuxuda daha çox vaxt keçirdiklərini göstərir, bu isə yuxu rejiminin yaxşılaşmasına kömək edir.1

Nəticə:

Sizin isti dəriniz körpənizin doğuşdan dərhal sonra hiss etdiyi ilk şey ola bilər. Əlbəttə ki, ana ilə qucaqlaşmaq dünyanı salamlamaq üçün ecazkar üsuldur, amma dəri təması bundan daha artığıdır və körpənizin uşaqlıq boşluğundan kənardakı həyata uyğunlaşmasının ən yaxşı yolu ola bilər. Amma bununla kifayətlənmək lazım deyil, çünki analar bu mərhələdə körpələrini həm özləri, həm də körpələri üçün mükafatlanma sayılan dəri təması ilə təmin edə biləcəklər.

Müəllif: Dr. Sue Battersby (PhD)

Dr. Susan Battersby tibb bacısı və mama-ginekoloq təcrübəsinə malikdir. O, müstəqil mühazirəçi/araşdırmaçı olana qədər Şeffild Universitetində mühazirə deyib. Körpə qidalanması mövzusunda doktorluq dərəcəsinə sahibdir və həm ana südü, həm də südlü qatışıq ilə qidalanma sahəsində araşdırmalar aparıb. O, həmçinin hər iki mövzunu əhatə edən çoxsaylı məqalələrin müəllifidir. Uzun illər ana südü ilə qidalanma mövzusu üzrə könüllü əsaslarla məsləhətçi kimi fəaliyyət göstərib.

  1. Ludington-Hoe SM. Skin-to-skin contact: a comforting place with comfort food. MCN Am J Matern Child Nurs 2015;40(6):359–66.
  2. Phillips R. Uninterrupted skin-to-skin contact immediately after birth. Newborn Infant Nurs Rev 2013;13(2):67–72.
  3. Finigan V, Davies S. Women’s lived experience of skin-to-skin contact with their baby immediately after birth. Royal College of Midwives: Evidence Based Medicine, 2009. Available at https://www.rcm.org.uk/learning-and-career/learning-and-research/ebm-articles/%E2%80%98i-just-wanted-to-love-hold-him-forever%E2%80%99 (Accessed March 2016).
  4. Shamir R et al. Gut health in early life: significance of the gut microbiota and nutrition for development and future health. Essential Knowledge Briefing, Wiley, Chichester (2015).
  5. Allen KA. Promoting and protecting infant sleep. Adv Neonatal Care. 2012 Oct; 12(5): 288–291.

Son baxış: 30 iyun 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x