Uşağın inkişafı: 12-24-cü aylar

Müstəqil günlər

Qidalanma və oyun böyük rol oynayır

12-24-cü aylar arasında uşaqlar heyranedici, həyəcanlı və təəccüblü şəkildə böyüyürlər. Fiziki, sosial, emosional və danışıq olaraq daha müstəqil hala gəlirlər və yetişməyə başlayan şəxsiyyətlərini ifadə edirlər. Sağlam, balanslaşdırılmış pəhriz bu inkişafı dəstəkləyir, onun öyrənməsi və böyüməsi üçün ehtiyac duyduğu qidalandırıcı maddələr ilə təmin edir. Bu mərhələdə uşağınızın müəyyən miqdarda qidalandırıcı qəbul etməsinin vacibliyi və oyunların gələcəkdə öyrənməsi üçün niyə qiymətsiz pilləkən olduğu barədə öyrənin.

Uşağınızın inkişafı: 12-24-cü aylar

Uşağınızın birinci və ikinci doğum günləri arasındakı müddət inanılmaz və həyəcanverici zehni və fiziki inkişaf dövrüdür.

İnkişaf etmiş motorika bacarıqları və güclənən əzələləri günü gündən daha hərəkətli olması, daha təhlükəsiz şəkildə gəzib dolaşması, qaçmaq və tullanmaq üçün tələb olunan koordinasiyanı toplaması mənasına gəlir. Onun sümükləri də sürətlə inkişaf edir və mütəmadi olaraq sümük yeniləmə prosesi hər bir sümüyün güclənməsi və böyüməsinə kömək edir.

Uşağınız sosial planda getdikcə daha şüurlu və inadkar olmağa başlayır. Bu öz istək və ehtiyaclarını daha aydın ifadə etməyə imkan verən beyindəki dil mərkəzində baş verən kəskin dəyişikliklər sayəsində mümkün olur

O, sözləri ilk dəfə birləşdirməyə başlayanda cümlələri çox bəsit olacaq, məsələn, onunla oynamağınızı istəyəndə “mənə oyna” deyəcək. 1-2 yaş arasında ünsiyyət bacarıqları inkişaf etdikcə “mən” və “mənə” sözlərinin onun ən sevimli sözləri olduğunu müşahidə edəcəksiniz.

Bütün bu inkişaf geniş çeşiddə qidalanma və enerji tələb edir. Bununla belə, 12-24 ay arasında onun mədəsi bədən ölçüsünə görə hələ kiçikdir, buna görə də sağlam qidalandırıcı pəhrizlə təmin olunması vacibdir.

Daha yaxşı qidalanma uşağınızın inkişafını dəstəkləyir

Uşağınız hər ötən gün “balaca adama” daha çox oxşasa da, böyüməsi üçün edəcəyi hələ çox şey var və qidalanma ehtiyacları sizinkindən fərqlənir. İnanılmaz olsa da, 1-2 yaş arasında uşağınız öz ölçüsünə görə böyüklərə nisbətən üç dəfə daha çox enerjiyə ehtiyacı var. Qarnının təxminən üç dəfə daha balaca olduğunu nəzərə alaq, hər tikənin niyə əhəmiyyətli olduğunu anlamaq asandır.

Uşağın sürətli inkişafını yanacaqla təmin etmək üçün geniş çeşiddə qidalara ehtiyacı var.

Sağlam və balanslaşdırılmış pəhriz uşağınızı daha yaxşı inkişaf üçün ehtiyac duyduğu sağlam, balanslı qidalanma ilə təmin edir. Bu mərhələ üçün dəmir və D vitamini çox əhəmiyyətlidir.

Dəmir bədənin bir çox funksiyasında vacib rol oynayır və beynin sağlam inkişafı üçün əsas qidalandırıcı maddədir. Faydalı mənbələrə ət, yağlı balıqlar və yumurta, həmçin lobya, yaşıl yarpaqlı tərəvəzlər kimi bitki mənşəli mənbələr aiddir. Ət və balığın tərkibində hem dəmir mövcuddur; bu, bitki tərkibli mənbələrdə olan qeyri-hem dəmirə nisbətən daha rahat istifadə olunur və sorulur. Uşağınızın pəhrizinə hətta az miqdarda ət və balığı daxil etməyiniz digər mənbələrdən alınan dəmirin sorulmasını artıracaq.

Temperamentindəki dəyişikliklər, zəif yemə mərhələsi və iştahın az olması səbəbindən bir çox uşaq öz qidalanmasından kifayət qədər dəmiri almır. Təəccüblü olsa da, 18 ay və 3 yaş arası uşaqların yarısından çoxu tövsiyə edilən gündəlik miqdarı almır, buna görə də hər valideynin bu vacib qidalandırıcının əhəmiyyəti barədə məlumatlı olması lazımdır.2 Uşaqların inək südü də daxil olmaqla, tərkibində az miqdarda dəmir olan qidaları yeməsi vəziyyəti daha da pisləşdirə bilər.

Uşağınızın dəmir qəbulunu artırmaq üçün ona hər gün dəmirlə zəngin ən azı bir qida verin. Həmin qidanı tərəvəzlər və ya C vitamini ilə zəngin meyvə ilə birləşdirmək uşağınızın orqanizminin dəmiri daha effektiv sormasına kömək edəcək.

toddler in hat smiling

Orqanizmin kalsium və fosforu sormasına kömək etməklə uşağınızın sümüklərinin inkişafını dəstəkləyən başqa bir vacib qidalandırıcı maddə D vitaminidir. D vitaminin əsas təbii mənbəyi uşağınızın dərisinin məruz qaldığı günəş işığıdır. Amma kifayət qədər günəş işığı qəbul edə bilməyən uşaqlara gündə 7 mkq D vitamini əlavəsi tövsiyə edilir. Yağlı balıqlar, yumurta və zənginləşdirilmiş səhər yeməyi yarmaları bu ehtiyacı qarşılamağın ən gözəl yoludur, amma uşaqların tək bu qidalar ilə kifayət qədər dəmir qəbul etməsi bir qədər çətin ola bilər.

Böyümə südü bu mərhələdə uşağınızın ehtiyac duyduğu qidalandırıcı maddələri qəbul etməsinin digər faydalı yoludur. Onların bəziləri uşağınızın pəhrizini tamamalamaq üçün D vitamini ilə zənginləşdirilib.

Oyunlar: Uşağınız üçün mükəmməl həvəsləndirmə

Oynamaq uşağınızın öyrənmə vasitəsidir. Oyunlar vasitəsilə uşaqlar paylaşmaq, dinləmək, sosial ünsiyyət və problem həll etmək də daxil olmaqla ömür boyu ehtiyac duyacaqları əsas həyat bacarıqlarını qazanırlar.1

Balaca uşaqlar bəzən tək oynayırlar, bu, tamamilə normaldır. Yanında başqa bir uşaq olsa belə, uşağınız onunla ünsiyyət qurmaya bilər. Bu, “paralel oyun” adlanır. Hansısa mərhələdə, adətən iki yaşına çatanda uşağınız başqaları ilə ünsiyyət qurmağa başlayacaq.

Uşağınızın ətrafında baş verənləri daha çox anlaması onun artan inadkarlığı ilə birləşərək nəzərəti öz əlinə götürmək istəməsi mənasına gələ bilər. Uşağınızın qərarları özü qəbul etməsinə imkan verməyiniz ona dəyər verdiyinizi və dinlədiyinizi hiss etməsinə kömək üçün əla metoddur.

Uşağa iki əşya və ya yemək arasında seçim etmək imkanı vermək ona nəzarətin öz əlində olduğunu hiss etdirər.

Ona hansı paltarları geyinəcəyini və hansı oyunları oynayacağını seçmək imkanı verin. Eyni zamanda onun yeni koordinasiya bacarıqlarını müxtəlif tərəflərə – yanlara, arxaya, irəli getməsi, həmçinin qaçması və tullanması vasitəsilə istifadə etməsinə kömək edə bilərsiniz.

O, nə qədər çox öyrənsə və başa düşsə, dediklərinizi bir o qədər maraqla dinləyəcək. Uşağınız inkişafının bu mərhələsində çox güman ki, uşaq şeirləri və mahnıları oxumaq istəyəcək, buna görə də yaddaşınızı təzələmək və uşaqlığınızda sevdiyiniz mahnı və şeirləri yada salmaq vaxtıdır.

Onun yanında olarkən istifadə etdiyiniz üz ifadələri və səsləndirdiyiniz sözlərə diqqət etməyi unutmayın. Uşağınız gözləmədiyiniz şəkildə sizi təqlid etməyi öyrənir və hətta 1 yaşında olsa belə, xatırladığı və təkrarladıqları sizin üçün hədsiz təəccüblü gələ bilər.

NÖVBƏTİ ADDIMLAR

Uşağınızın bu mərhələdə inkişafını dəstəkləmək üçün tərkibində aşağıdakı qidalandırıcılar olan reseptləri nəzərdən keçirin:

  • Yağlı balıqlar – qızılbalıq, sarinda, yaxud skumbriya
  • Dəmirlə zəngin ət – dana əti, donuz əti, qoyun əti, maral əti, toyuq
  • Şirin kartof
  • Brokkoli, yem kələmi və digər yarpaqlı, yaşıl tərəvəzlər
  • Çiyələk və ya qaragilə
  • Zənginləşdirilmiş süd və ya səhər yeməyi yarması

  1. Play England. Why is play important? [Online]. Available at: www.playengland.org.uk[Accessed May 2014]
  2. Infant and Toddler Forum. Iron fact sheet for HCP’s [Online]. 2008. Available at: https://www.infantandtoddlerforum.org/media/upload/pdf-downloads/4.4_-_Iron_Deficiency_Anaemia_in_Toddlers.pdf [Accessed July 2014]
  3. Infant and Toddler Forum. How to get enough iron in your toddler’s diet [Online]. 2014. Available at: https://www.infantandtoddlerforum.org/media/upload/pdf-downloads/iron-the-facts_1.pdf [Accessed July 2014]
  4. SACN (2007) Update on Vitamin D Position statement by the Scientific Advisory Committee on Nutrition, London TSO
  5. Chief Medical Officers. Vitamin D – advice on supplements for at risk groups [Online]. 2012. Available at: www.dh.gov.uk/prod_consum_dh/groups/dh_digitalassets/@dh/@en/documents/digitalasset/dh_132508.pdf [Accessed July 2014]
  6. NHS UK. Vitamin for children [Online]. 2013. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/vitamins-for-children.aspx [Accessed July 2014]

Son baxış: 26 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x