A-dan Z-ə
Onun nəyə və nə üçün ehtiyacı var
Vitamin və minerallar uşağınızın sümüklərinin, dişlərinin və gözlərinin sağlam inkişafından tutmuş hüceyrələrin formalaşmasına qədər hər şeyi dəstəkləyən vacib qidalandırıcı rolunu oynayır. Uşağınız böyüyərkən, öyrənərkən və kəşf edərkən onun inkişafını dəstəkləyən bəzi əsas qidalandırıcı maddələr barədə daha ətraflı öyrənin.
Uşaqlar üçün vitamin və minerallar
C vitamininin dəmirin sorulmasına kömək etdiyini bilsəniz də, bəs onun yaraların sağalmasındakı rolu barədə məlumatınız var? Kollagenin əmələ gəlməsində vacib amil olduğu üçün C vitamini əslində uşağınızın əzilmiş və kəsilmiş yerlərinin daha tez sağalmasına kömək edir.
Amma uşağınızın artan böyümə və inkişaf ehtiyacları üçün vacib əhəmiyyət daşıyan tək vitamin bu deyil. Uşağın sürətli inkişafı o mənanı verir ki, onun aşağıda göstərildiyi kimi müəyyən qidalandırıcı maddələrə daha çox ehtiyac var. Bununla belə, yadda saxlamaq vacibdir ki, bütün qidalandırıcı maddələr bu və digər şəkildə müəyyən rola malikdir. Sağlam və balanslı pəhrizin təklif edilməsi bu mərhələdə uşağınızın ehtiyac duyduğu qidalandırıcıları almasının ən yaxşı yoludur.
Uşağınızın sümükləri və dişləri üçün D vitamini
Əldə edilməsi çətin olan bu vitamin körpələr, uşaqlar və böyüklərdə sümüklərin normal inkişafı üçün vacibdir. Günəş işığı vitamini kimi də bilinən bu maddənin əksər hissəsini yay aylarında dərinin günəş şüalarına məruz qalması yolu ilə əldə edirik.
Hava şəraiti müxtəlif olduğu üçün uşağınızın yalnız günəş şüaları vasitəsilə tövsiyə edilən miqdarı qəbul edə bilmə ehtimalı aşağıdır. Buna görə də mütəxəssislər altı aydan beş yaşına qədər uşaqlar üçün gündə 7-8,5 mikroqram (0.007–0.0085 mq) D vitamini əlavəsi qəbul etmələrini məsləhət görürlər.2 Bundan əlavə D vitamini ilə zəngin qidaların düzgün şəkildə qəbulunu tövsiyə edirlər.
Tərkibində D vitamini olan qidalar
Çox az sayda qidaların tərkibində D vitamini var. Bunlara daxildir:4
- Yağlı balıqlar – siyənək, qızılbalıq, sardina və skumbriya kimi
- Yumurta
- Zənginləşdirilmiş marqarin – əksər növləri zənginləşdirilir
- Zənginləşdirilmiş səhər yeməyi yarmaları – D vitamini əlavə edilmiş məhsulu tapmaq üçün yarlıqlarını yoxlayın
D vitamini səviyyəsini artırmaq üçün bunları uşağınızın pəhrizinə daxil etməyə çalışın.
Böyümə üçün sink
Sink yaraların sağalmasına kömək edir və yeni hüceyrələrin yaranmasında iştirak edir. O, həm indi, həm də böyüməyə davam etdikcə uşağınızın inkişafı üçün vacib qidalandırıcıdır. Bir çox qidaların tərkibində olduğu üçün uşağınız, böyük ehtimalla, ehtiyac duyduğu miqdarı qəbul edə biləcək. Faydalı mənbələri arasına bunlar daxildir:4
- Ət
- Süd
- Pendir
- Çörək
- Taxıllar
Sağalma üçün C vitamini
Dərisağaldıcı xüsusiyyətlərə malik C vitamini indiki mərhələdə uşağınızda hər hansı bir şişlərin və ya çapıqların sağalması üçün vacibdir. O, həmçinin orqanizmdə dəmirin sorulmasına kömək edir və infeksiyalar ilə mübarizə aparmağa kömək edən ağ qan hüceyrələrinin inkişafını təşviq edir. Müxtəlif qidaların tərkibində C vitamini mövcuddur, odur ki, onu uşağınızın pəhrizinə daxil etməyiniz çətin olmamalıdır. Aşağıdakıları sınaya bilərsiniz:4
- Bibərlər
- Brukkoli
- Brüssel kələmi
- Şirin kartof
- Portağal, çiyələk, kivi kimi meyvələr
- Pomidor
Uşağınızın görməsi üçün A vitamini
A vitamini uşağınızın görmə qabiliyyətinin inkişafı üçün vacibdir və onun tutqun işıqda görməsinə kömək edir. O, eyni zamanda immun sistemini dəstəkləyir və sağlam dərinin qorunmasını dəstəkləyir.3 A vitamini ilə zəngin mənbələrə aiddir:4
- Pendir
- Yumurta
- Zənginləşdirilmiş az yağlı yaxmalar
- Qatıq
Tünd yaşıl və narıncı meyvə və tərəvəzlərin tərkibində oqanizmin A vitamininə çevirə bildiyi beta-karoten var. Uşağınızın pəhrizinə kök, şirin kartof, şalğam, manqo, ispanaq, tünd yaşıl kələm və yem kələmi kimi bol miqdarda faydalı mənbələri daxil edin.
NÖVBƏTİ ADDIMLAR
Uşağınızın gündəlik vitamin dozasını almasını təmin etmək üçün bunları nəzərdə saxlayın:
- D vitamini əlavəsi (damcı) alın
- Uşağınızla günəş işığı altında çox vaxt keçirin (amma yanmaqdan qaçmaq lazımdır)
Vitaminlərlə zəngin bu qidaları alış-veriş siyahınıza daxil edin:
- Qızılbalıq, sardina və skumbriya kimi yağlı balıqlar
- Brokkoli
- Şirin kartof və ya kök
- Çiyələk və kivi
- Zənginləşdirilmiş süd, marqarin və ya səhər yeməyi yarmaları
- Vitamin D mission. Tips and advice [Online]. Available at: www.vitamindmission.co.uk/safe-sun [Accessed May 2014]
- NHS UK. Vitamins and minerals – vitamin D [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Vitamin-D.aspx [Accessed May 2014]
- NHS UK. Vitamins for children [Online]. 2013. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/vitamins-for-children.aspx [Accessed May 2014]
- NHS UK. Vitamins and Minerals [Online]. 2012. Available at: www.nhs.uk/conditions/vitamins-minerals/pages/vitamins-minerals.aspx [Accessed July 2014]
Son baxış: 4 avqust 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.