Uşaqlar üçün D vitamini

SALAM, GÜNƏŞ İŞIĞI

Əldə edilməsi çətin olan vacib qidalandırıcı

D vitamini uşağınızın sümüklərinin normal inkişafı üçün əhəmiyyətlidir və orqanizmdə immun funksiyasını dəstəkləmək kimi digər vacib funksiyaları var. Günəş şüalarına reaksiya verməklə orqanizmdə əmələ gələn D vitamini məhdud sayda qidaların tərkibində də mövcuddur. Bununla belə yalnız qidalanma və günəş işığı vasitəsilə əldə edilməsi çətindir. D vitamini əlavəsinin niyə tövsiyə olunduğu və kifayət qədər qəbul edilməməsinin riskləri barədə öyrənin.

D vitamini: Günəş işığı vitamini

D vitamini dəri günəşin ultrabənövşəyi şüalarına məruz qaldıqda əmələ gəlir. O, az sayda qidalarda da mövcuddur. D vitamininin ən effektiv təbii mənbəyi günəş şüaları olduğu üçün bəzən onu günəş işığı vitamini də adlandırırlar.

Yağda həll olan vitamin olmaqla D vitamini ehtiyac duyulan miqdardan çox qəbul olunduğu halda daha sonra istifadə edilməsi üçün yağ toxumalarında ehtiyat olaraq saxlanılır.

Sümüklərin böyüməsi üçün vacib inqrediyent

Uşağınızın orqanizmində kalsium və fosforun sorulması kifayət qədər D vitamini səviyyəsindən asılıdır. Bu amil onu sümüklərin normal inkişafı və sağlam dişlər üçün əhəmiyyətli edir.

Uşağınızın sümükləri sürətlə böyüyüb inkişaf edərkən bu mərhələdə optimal inkişafı üçün kifayət qədər D vitamini qəbul etməsi vacibdir.

D vitamini həmçinin immun funksiyasında, böyümədə və infeksiyalarla mübarizə aparmaq qabiliyyətində iştirak edərkən qanda normal kalsium səviyyəsinin saxlanılmasına kömək edir.

Niyə uşaqlar kifayət qədər D vitamini almır

D vitamininin əmələ gəlməsi üçün ultabənövşəyi şüaları lazımi səviyyədə günəşli saatların bol olduğu günlərdə və yerlərdə ala bilirik. Amma valideynlərin çoxu uşaqların dərisini daha güclü və daha effektiv günəş şüalarından qorumaq üçün ağıllı hərəkət edərək günəş kremindən istifadə edir. Təəssüf ki, bu, günəşin yaratdığı D vitamini səviyyəsini daha da azaldır.

Günəş şüalarının əmələ gətirdiyi D vitamini qarşısındakı digər əngəl dəri piqmentidir. Daha tünd dəriyə sahib uşaqlarda çox güman ki, D vitamini səviyyəsi də aşağı olur. Belə ki, daha çox piqmentə malik dəri D vitamini əmələ gətirmək üçün daha açıq rəngli dəriyə nisbətən günəş şüaları altında daha çox qalmalıdır.

Qida mənbələri D vitamini qəbulunu artırmağa kömək edir, amma onların tərkibində kifayət qədər miqdarda yoxdur.
smiling toddler drinking milk

D vitamini üçün bir neçə qida mənbəyi var, amma yalnız yağlı balıqların tərkibində əhəmiyyətli dərəcədə mövcuddur. Bununla belə, qızılbalıq, sardina və tunes kimi balıqların tərkibində olan potensial az miqdarda kirlədicilərin olması səbəbindən uşaqların həftədə iki porsiyadan çox yeməmələri tövsiyə olunur. Bəzi səhər yeməyi yarmaları D vitamini ilə zənginləşdirilib, amma bunlar tövsiyə edilən normanın yalnız dörddə birini təşkil edir.

Tibb mütəxəssisləri uşağınızın kifayət qədər qəbul etməsi üçün onun D vitamini əlavəsini tövsiyə edirlər.

Hər ehtimala qarşı D vitamini əlavəsi1

D vitamini qəbulu ilə bağlı çətinliklər səbəbindən tibb mütəxəssisləri uşağınızın kifayət qədər qəbul etməsi üçün ona D vitamini əlavəsini tövsiyə edirlər.

Uşaqlar üçün tövsiyə edilən D vitamini miqdarı gündəlik 7 mq-dır

Nutrilon Premium 3 və 4 böyümə südü bu vacib mərhələdə uşağınızın normal sümük inkişafını dəstəkləmək üçün D vitamini ilə zənginləşdirilmişdir; 150 ml-lik iki ölçü qaşığı uşağınızın günlük ehtiyacını qarşılayır.1

Uşaqlarda D vitamini çatışmazlığını başa düşmək

Kifayət qədər D vitamini qəbul etməmək çatışmazlığa səbəb ola bilər, bu isə uşağınızda, xüsusən aşağıdakılar olmaqla, ciddi sağlamlıq problemləri riski yarada bilər:

  • Raxitlik – uzun müddət çox aşağı səviyyədə D vitamini qəbulu yumşaq və pis formalaşmış sümüklər ilə nəticələnə bilər
  • Digər hallar – D vitamini çatışmazlığı 1-ci və 2-ci tip diabetlər, allergiya, astma və ürək-damar xəstəlikləri risklərinin artmasına yol aça bilər

Uşağınızın yeriməyə başladığı ərəfədə və daha sonrakı uşaqlıq illərində kifayət miqdarda D vitamini qəbul etməsini təmin etməklə onun gələcəkdə D vitamini çatışmazlığı ilə əlaqəli sağlamlıq ağırlaşmalarının inkişaf etməsi riskini azalda bilərsiniz.

NÖVBƏTİ ADDIMLAR

Aşağıdakı yeməklər və əlüstü qidalar ilə uşağınızın D vitamini qəbulunu artırın:

  • Tost üzərində sardina
  • Qabıqlı kartof üzərində mayonezli tunes və şirin qarğıdalı
  • Qayğanaq
  • Zənginləşdirilmiş səhər yeməyi yarması (səhər yeməyində və ya əlüstü qida kimi)

  1. Infant and toddler forum. Toddler factsheet 4.7 [Online]. 2012. Available at: https://www.infantandtoddlerforum.org/media/upload/pdf-downloads/4.7_Preventing_Vitamin_D_Deficiency_in_Toddlers.pdf [Accessed May 2014]

Son baxış: 27 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x