Ana südü ilə qidalanma zamanı körpənizi bütün qidalandırıcı maddələr ilə təmin edirsiniz, buna görə də sağlam pəhriz ilə qidalanmaq və müəyyən qidaların və içkilərin qəbulunu məhdudlaşdırmaq həqiqətən də faydalıdır.
Körpənizi əmizdirmək onun sağlamlığını dəstəkləmək üçün edə biləcəyiniz ən faydalı şeylərdən biridir. Hətta sizdə koronavirus (COVID-19) simptomları müşahidə olunsa belə, bu həqiqət keçərlidir. Ana südü ilə qidalanma tamamilə təhlükəsizdir və bu vaxta qədər virusun ana südü ilə ilə körpəyə keçməsi ilə bağlı fakt yoxdur.
Ana südü təkcə körpənizin immun sistemini möhkəmləndirən güclü anticisimlərə malik deyil, həm də körpənizlə bağlılıq yaratmağın mükəmməl yoludur və sizin üçün də faydaları var.
İlk dəfə əmizdirmədən tutmuş ana südü ilə qidalanmanın geniş yayılmış problemlərinin öhdəsindən gəlməyə qədər körpənizi əmizdirməyə münkün qədər ən yaxşı şəkildə başlamağınıza kömək edəcək zəngin məlumatlarımız var.
Əgər COVID-19-un simptomlarından əziyyət çəkirsinizsə və özünüzü yaxşı hiss etmirsinizsə, körpənizə qayğı göstərməyiniz qədər özünüzə baxmağınız da vacibdir. Özünüzə həddən artıq təzyiq göstərməməyə çalışın – enerjiniz olanda südünüzü sağmağa və saxlamağa çalışın, beləliklə tam sağalana qədər ana südü ilə qidalanmanı əvvəlki kimi davam etdirə bilərsiniz.
Əmizdirmə problemləri
Əmizdirmək bəzən çətin ola bilər, amma düzgün dəstək göstərilməsi ilə bu problemlərin öhdəsindən gələ və əmizdirməyə davam edə bilərsiniz.
Niyə əmizdirməli?
Ana südü ilə qidalanma körpəniz üçün həyata ən yaxşı başlanğıcı təmin edir, bəs əmizdirmək sizin və sizin körpəniz üçün necə və hansı faydaları verir?
Bizim səriştəmiz
Bizim ana südü ilə bağlı 40 ildən artıq araşdırma təcrübəmiz var və “Nutriciaclub”da ən yaxşı əmizdirmə təcrübəsini yaşamağınıza kömək etmək üçün ana südü və ana südü ilə qidalanma barədə biliklərimizi sevə-sevə paylaşırıq.
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.