Oxuma müddəti: 5 dəqiqə
İşə geri qayıdırsınızsa və ya körpənizə qidalanmasında həyat yoldaşınız da iştirak edirsə, körpənizi özünüz ana südü ilə qidalandıra bilmədiyiniz hallarda belə südü sağmaqla onu ana südünün faydaları ilə təmin edə bilərsiniz. Bunu əl ilə və ya pompadan (əl ilə çalışan, yaxud elektrikli) istifadə etməklə edə bilərsiniz. Sadəcə ana südünü düzgün şəkildə saxlamağın əhəmiyyətini unutmayın.
Ana südü günün hansı saatında sağılıbsa, həmin vaxt verilməsi körpənizin daha rahat olmasına kömək edə bilər, məsələn, axşam yeməyində axşam sağılmış süd verildikdə körpənizin yatma ehtimalı daha yüksək olur.1
Ana südü soyuducuda 4oC-dən aşağı temperaturda 3 gün qala bilər.2
Ana südü dondurucuda -18oC-dən aşağı temperaturda 6 aya qədər qala bilər.3
Ana südünü sağmaq körpənizi qidalandırmaq üçün yanında ola bilmədiyiniz zaman onun ehtiyac duyduğu bütün qidalandırıcıları almasını təmin edir.
Ana südünü necə sağmalı
Körpənizdən uzun müddət uzaqda olsanız və ya işə geri qayıtsanız belə, onu hələ də ana südü ilə qidalandırmaq istəyirsinizsə, bunu südü sağmaqla edə bilərsiniz. Hansı üsuldan istifadə etməyinizdən asılı olmayaraq, əllərinizin təmiz olduğundan, bütün şüşələrin, qabların və pompanın hissələrinin yuyulduğundan və sterilizasiya edildiyindən əmin olmağınız çox vacibdir. Sağmazdan əvvəl südün daha yaxşı axmasını təmin etmək üçün döşlərinizi masaj edin.4
Əl ilə necə sağmalı5
Baş barmağınız və şəhadət, yaxud orta barmağınızla C forması yaradın və döşünüzü tutun. Döş qəfəsinizə doğru basın və sonra təzyiqi saxlamaqla südün məmə ucuna doğru asanlıqla gəlməsi üçün irəli doğru itələyin. Təzyiqi buraxın və prosesi təkrarlayın. Südü toplamaq üçün geniş ağızlı qabdan istifadə etməlisiniz. Daha yaxşı sağmaq üçün rahat və dinc olmalısınız, bunun üçün isə körpəniz haqqında düşünməyiniz faydalı ola bilər. Başlanğıc üçün sadəcə bir neçə damcı süd sağa bilərsiniz, lakin nə qədər tez-tez sağsanız, o qədər çox süd təmin edə bilərsiniz.
Pompa ilə necə sağmalı
Əl pompası5
Döş pompalarında məmə giləsi və ətrafına yerləşdirə biləcəyiniz ağızlıq var. Bəziləri xüsusi qolla, bəziləri isə batareyalarla işləyir. Bir daha qeyd edək ki, sağmazdan əvvəl döşlərinizi masaj etmək daha yaxşı olar və ondan sonra pompanın istifadə təlimatlarını edə bilərsiniz.
Elektrikli pompa5
Sürətli və istifadəsi asan olan bu pompaları uzun müddət sağmağınız lazım olduğu hallarda, məsələn, körpəniz Xüsusi Qulluq Bölməsində olduğu halda istifadə etmək daha yaxşı olar. Bu pompa ilə istədiyiniz tezlikdə və istədiyiniz aralıqlarla sağa bilərsiniz, həmçinin bir dəfəyə hər iki döşünüzdən də sağa bilərsiniz; nə qədər çox sağsanız, o qədər çox süd gələcək. Körpəniz xüsusi qayğı görürsə, olduğu bölmə tərəfindən elektrikli pompa verilə bilər. Hər zaman istehsalçının təlimatına diqqətlə əməl edin.
Pompadan istifadə edərək necə sağmalı
Sağılmış ana südü sterilizasiya olunmuş bir qabda saxlanılmalı, sağıldığı tarix və qabın içindəki südün həcmi üzərində qeyd olunmalıdır.2
Ana südü nə qədər müddət qala bilər?
Ana südünün təmiz əllərlə sağılması və bütün şüşələrin, qabların və pompa hissələrinin yuyulub sterilizasiya edildiyindən əmin olmaq lazımdır. Bundan sonra aşağıdakılar saxlama müddəti ilə bağlı təlimat ola bilər:
Ana südü soyuducuda nə qədər müddət qalır?2
- 3 gün ərzində istifadə edin
- Soyuducunuzda temperatur 4oC-dən aşağıdırsa, 5 günə qədər saxlanıla bilər
Ana südü dondurucuda nə qədər müddət qalır?3
- Dondurucuda temperatur -18oC-dirsə, 6 aya qədər saxlanıla bilər
- Donu açılmış ana südünü yenidən dondurmayın
- Donu açılmış ana südü 2 saat ərzində yedizdirilməlidir
Ana südü otaq temperaturunda nə qədər müddət qalır?2
- 4 saat ərzində istifadə edin
Sağılmış ana südü necə qızdırılır
Sağılmış ana südünü şüşəni isti suya qoyaraq və ya isti su axan kranının altında tutaraq qızdıra bilərsiniz. Sağılmış ana südünü soyuq halda da körpənizə verə bilərsiniz.2 Ana südünü mikrodalğalı sobada qızdırmayın, çünki mikrodalğalara məruz qalması süddə istilik nöqtələri yaradır və ana südündə olan immunitet qoruma xüsusiyyətlərinin azalmasına səbəb olur.
Donmuş ana südünün donunu necə açmaq olar
Dondurulmuş ana südünün soyuducuda təbii halda donunun açılmasına imkan vermək ən yaxşısıdır. Əgər südə daha tez ehtiyacınız varsa, o zaman südü qızdırdığınız kimi, şüşəni isti suya qoyaraq və ya isti su axan kranın altına tutaraq donunu aça bilərsiniz. Donu açılmış ana südünü yenidən dondurmayın.2 Mikrodalğalar süddə istilik nöqtələri yaradır və ana südündə olan immunitet qoruma xüsusiyyətlərinin azalmasına səbəb olur.6
Ana südünü nə zaman sağmalı
Ana südü günün vaxtına uyğun olaraq dəyişir və buna görə də müxtəlif südlər körpənizin yuxu rejiminə təsir edir. Məsələn, gecə vaxtı ana südündə yuxu hormonu olan melatonin kimi maddələr olur. Buna görə də ana südü ilə qidalanma zamanı südün nə zaman sağıldığını nəzərə almaq lazımdır. Bu, körpənin günün vaxtına uyğun olaraq düzgün süd aldığından əmin olmaq deməkdir.1
- White, R. Circadian variation of breast milk components and implications for care. Breastfeed Med, 2017;12(7):398-400.
- Eglash, A. and Simon, L. Breastfeed Med, 2017;12(2):390-395.
- nhs.uk. (2019). Expressing and storing breast milk. [online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/expressing-storing-breast-milk/ [Accessed 19 Dec. 2019].
- Bowles, B. Clinical Lactation, 2011;2(4):21-24.
- Green, D., et al. Early Hum. Dev., 1982;6(2):153-159.
- Orlando, S. J Obstet Gynecol Neonatal Nurs, 1995;24(7):678-683.
Son baxış: 16 aprel 2020
Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.