Kofein və ana südü ilə qidalanma

Oxuma müddəti: 2 dəqiqə

Körpəmi əmizdirdiyim halda qəhvə içə bilərəmmi? Körpəmi əmizdirdiyim halda şokolad yeyə bilərəmmi?

Kofein bir çox içkilər və qidaların tərkibində var, buna görə də gündəlik olaraq çox miqdarda kofein qəbul etmədiyinizdən əmin olmaq üçün onun nələrin tərkibində olduğunu bilmək vacibdir.

coffee cup icon

Körpənizi əmizdirərkən gündə 200 ml-dən artıq kofein qəbul etməməlisiniz,1 odur ki, körpənizi ana südü ilə qidalandırırsınızsa, gündə 2 fincan hazır qəhvə və ya 1 fincan filtr qəhvədən artıq içməməlisiniz.

coffee beans icon

Kofein qəhvə, çay, enerji içkiləri və şokoladın tərkibində mövcuddur.2

clock icon

Kofeinli içki/qida qəbul etdikdən bir saat sonra südünüzdəki kofein səviyyəsi ən pik nöqtədə olur.3

Kofein qan dövranınıza daxil olaraq ana südünə keçə bilər. Bu da öz növbəsində körpənizi stimullaşdıra bilər və nəticədə körpənizin sağlamlığı üçün uzun müddətli təsirlərə, məsələn, yüksək qan təzyiqinə səbəb ola bilər.3 Buna görə də kofein tərkibli qidalardan/içkilərdən mümkün olduğu qədər uzaq durmaq yaxşıdır. Bununla belə, alkoqol kimi, kofein də ana südü ilə qidalanma zamanı qəbul edilə bilər, amma düzgün miqdarda.

Ana südü ilə qidalanma zamanı nə qədər kofein qəbul etmək olar?

Körpənizi stimullaşdırmaqdan qaçmaq üçün mütəxəssislər gündə sadəcə 200 ml kofein qəbulunu tövsiyə edir.1 Fərqli qidaların və içkilərin tərkibində olan kofein səviyyəsini bilməklə körpənizi əmizdirərkən kofein qəbul etdiyiniz halda onu həddən artıq stimullaşdırmadığınızdan əmin ola bilərsiniz.

Qida və içkilərin tərkibindəki kofein səviyyələri:2,4

MənbəKofein səviyyəsi (mq)
Qəhvə
 Bir fincan hazır qəhvə100
Bir fincan filtr qəhvə140
Bir fincan çay50
Bir banka dietik Coca-Cola42
Bir banka enerji içkisi87
50 q tünd şokolad50
50 q südlü şokolad10

Körpəmi əmizdirdiyim halda qəhvə içə bilərəmmi?

mother having coffee while holding baby

Bəli, körpənizi əmizdirdiyiniz halda qəhvə içə bilərsiniz. Bir fincan filtr qəhvənin tərkbində 140 ml kofein var, odur ki, siz mütəxəssislərin tövsiyə etdiyi gündəlik 200 ml kofein limitini aşmamaq üçün körpənizi əmizdirərkən gündə 2 fincan hazır qəhvə və ya 1 fincan filtr qəhvə ilə məhdudlaşmalısınız.1

Şokolad və ana südü ilə qidalanma4

50 qram şokoladın tərkibində 10 mq kofein mövcuddur, bu səbəbdən də böyük miqdarda qəbul etmədiyiniz halda, bu, körpənizi stimullaşdırmaz. Bununla belə, şokoladın tərkibində kofein kimi stimullaşdırıcı olan teobromin də var. Şokoladdakı teobromin səviyyəsi də yüksək deyil, amma kofein ilə birləşdikdə daha güclü təsirə səbəb ola bilir. Odur ki, körpənizi həddən artıq stimullaşdırmamaq üçün az miqdarda şokolad yemək ən yaxşısıdır. Bir sözlə, körpənizi əmizdirdiyiniz halda şokolad yeyə bilərsiniz, amma böyük miqdarda qəbul etməmək şərtilə.

  1. nhs.uk. (2020). Breastfeeding and diet. [online] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/breastfeeding-diet/ [Accessed 6 Jan. 2020].
  2. Mitchell, D., Knight, C., Hockenberry, J., Teplansky, R. and Hartman, T. Beverage caffeine intakes in the U.S. Food and Chemical Toxicology, 2014;63:136-142.
  3. Tyrala, E. and Dodson, W. Caffeine secretion into breast milk. Archives of Disease in Childhood, 1979;54(10):787-800.
  4. Zoumas, B. Kreiser, R. and Martin, R. Journal of Foods Science 1980;45(2): 314-316

Son baxış: 17 aprel 2020

Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x