Bağırsaq mikrobiotası

Sağlam bağırsağa sahib olmaq üçün körpənizin immun sistemini dəstəkləyin.

Körpənizin bağırsağına qulluq etmək onun gələcək sağlamlığı üçün çox vacibdir. Bağırsaq uşağınızın immun sistemini dəstəkləməkdə əhəmiyyətli bir rol oynayır.

Körpəniz dünyaya gəldiyi zaman onun immun sistemi tam inkişaf etməmiş olur. Hamiləlikdən başlayaraq körpənin iki yaşına qədər olan period – ilk 1000 gün, körpənizin immun sisteminin inkişafı üçün açar rolu oynayır və körpənizin gələcək sağlamlığı üçün təməl olan sağlam bir bağırsaq mikrobiotası yaratmaq üçün vacibdir.

Düzgün qidalanma

Qidalanma sağlamlığınızı formalaşdıran əsas gücdür. Düzgün qidalanma körpənizin bağırsağının sağlam qalmasına və ən yaxşı formada işləməsinə kömək edir. O, həmçinin sağlam inkişafa, bağırsaq mikrobiotasını təmin etməyə və immun sisteminə kömək edir.

Sağlam bağırsaq və mikrobiota

Qidalar bədənə bağırsaqdan daxil olur, lakin bağırsaq baryeri həm də zərərli işğalçılara qarşı ilk müdafiə xəttidir. Bağırsaq insan bədəninin immun hüceyrələrinin təxminən 70-80% -ni və davamlı bir immun sisteminin inkişafı üçün vacib olan 100 trilyon bakteriyanı özündə saxlayır. Böyüklərdə bağırsaq mikrobiotasının çəkisi 2 kq-a qədər ola bilər.

Mikrobiota, bədəninizin içində və üstündə harmoniya şəklində yaşayan mikroorqanizmlərin (bakteriya, göbələk və s.) birliyidir. Barmaq izləri kimi hər biri spesifikdir. Bağırsağınızda trilyonlarla canlı mikroorqanizm olması xoş görünməsə də, körpəniz gündəlik onlardan faydalanmaqdadır. Sağlam bir bağırsaq mikrobiotası, körpəniz üçün bir çox fərqli sağlamlıq funksiyasına malikdir:

· Körpənizi zərərli mikroorqanizmlərdən qoruyur

· B12, K1, fol turşusu kimi bəzi faydalı vitaminləri istehsal edir

· Bəzi qidaları həzm etmək üçün körpənizin bədəninə kömək edir.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x