Sağlam gələcək üçün hamiləlik qidalandırıcıları

Həyat üçün tənzimlə

Onun gələcəyini necə qidalandıracağınızı öyrənin

Hamiləlik dövründə yediyiniz qidalar orqanizminizin qidalandırıcı maddələr ilə təmin olunmasına kömək edir, bununla da körpəniz böyüyür və inkişaf edir. Amma son araşdırmalar körpənizin ana bətnində aldığı qidalandırıcıların onun gələcək sağlamlığı üzərində daha əvvəllər düşünüldüyündən daha böyük təsirə sahib olduğunu göstərir. Hamiləlik qidalanmasının doğuşdan sonra körpənizin sağlamlığında necə əhəmiyyətli rol oynadığı və qidalandırıcı maddələrin qəbulunu necə artırmaq barədə öyrənin.

Körpənizin gələcəyini bəsləmək

Daxili səsimiz bizə hamiləlikdə yaxşı qidalanmağın ana və körpə üçün faydalı olduğunu deyir. Amma yalnız son dövrlərdə daha da inkişaf edən elm hamiləlik pəhrizinin nə qədər təsirli ola biləcəyini ortaya çıxarır.

Körpələrin hamiləlik dövründə aldıqları qidalandırıcı maddələrin ana bətnində böyümələrini və inkişaflarını dəstəkləməkdən daha çoxunu etdiyi artıq hamı tərəfindən qəbul edilmişdir. Bundan başqa körpənin ilk illərindəki və uşaqlıq dövründəki sağlamlığına da təsir edir.1

Bu, sağlam seçimlər edərək və yaxşı balanslaşdırılmış, qidalandırıcılar ilə zəngin pəhrizlə körpənizin sağlamlığını on illər boyunca dəstəkləməyiniz mənasına gəlir.

Hamiləlikdə həyatı dəstəkləyən qidalandırıcılar balansı

Hamiləlik dövründə körpəniz tək bir hüceyrədən başlayaraq tam formalaşmış bənzərsiz və gözəl bir körpəyə çevrilir. Bu böyümə üçün müəyyən qidalandırıcılar çox əhəmiyyətlidir və onları tövsiyə edilən miqdarda hamiləlik pəhrizinizə daxil etməyiniz körpənizin sağlam gələcək üçün ən yaxşı başlanğıcı təmin etməyə kömək edəcək.

Protein, yağlar və karbohidratlardan (körpənizin enerjisinin böyük qismini təmin edən makroelementlər) başqa, bir çox mikroelementlər də normal böyümə və inkişaf üçün lazımlıdır.2

Yaxşı balanslaşdırılmış hamiləlik pəhrizi sağlam makroelementlər və mikroelementlərin daxil olduğu pəhrizdir.

Körpənizin inkişafında bir çox qidalandırıcı iştirak etsə də, aşağıda göstərilən vitaminlər, minerallar və yağlar hamiləlik dövründə xüsusilə vacibdir. C, D və A vitaminləri, fol turşusu, tiamin və riboflavin kimi bəzilərinin tövsiyə edilən miqdarı həmişəki normadan daha yüksəkdir. Amma müxtəlif çeşidli qidaların tərkibində olduğu üçün ehtiyacınız olan miqdarı qəbul etmək ehtimalınız böyükdür.1,2

Müəyyən əsas qidalandırıcıların ehtiyac duyulan miqdarları və onları necə əldə edə biləcəyiniz barədə daha ətraflı məlumat üçün hamiləlik qidalandırıcıları səhifəsinə nəzər yetirin.

A vitamini

Körpənizin görməsinin normal inkişafı üçün vacib qidalandırıcı olan A vitamini immun sistemini də dəstəkləyir.3 Hamiləlik dövründə bu qidalandırıcı madddənin düzgün şəkildə qəbul edilməsi, körpənizin orqanizminin infeksiyalarla mübarizə aparmaq və onu sağlam saxlamaq üçün ehtiyac duyduğu ehtiyatla təmin etməsinə kömək edəcək.4

C vitamini

C vitamini körpənizin bədəninin təməl daşlarından olan kollagenin əmələ gəlməsi üçün vacibdir. Bundan başqa orqanizminizin körpənizin koqnitiv inkişafı üçün vacib olan digər qidalardan, yəni bitki mənşəli mənbələrdən dəmiri sormasına da kömək edir.5

D vitamini

D vitamini körpənizin kalsium və fosfat ilə təmin olunmasında dəstəkləyici rol oynayır.6 Bu qidalandırıcı maddələr hamiləlik dövründə körpənizin sümüklərini formalaşdırmaq üçün lazımlıdır və sağlam ehtiyatı uşaqlıq boyunca onun inkişafının necə davam edəcəyi üzərində böyük təsirə malik ola bilər.6 Kifayət qədər D vitamini səviyyəsinin astma və diabet də daxil olmaqla müxtəlif xəstəliklərin riskini azaltdığı da düşünülür.

D vitamini üçün ən effektiv mənbə dəriyə günəş şüalarının təsiridir. Amma ultrabənövşəyi şüalar il boyunca qeyri-bərabər olduğu üçün hamiləlik dövründə və körpənizi əmizdirərkən vitamin əlavəsi şəklində tövsiyə olunan iki qidalandırıcıdan biridir.6

Folat (fol turşusu)

Folat körpənizin ən erkən inkişafında – nəticədə beyin, sinirlər və onurğa beyninə çevriləcək sinir borusunun formalaşmasında – iştirak edir. Bu kritik mərhələdə normal inkişaf, gələcəkdə baş verəcək bütün inkişaf üçün ən yaxşı başlanğıcı təmin edir və körpənizin daha sonrakı həyatında xəstəliklər riskinin azalmasına səbəb olur.7

Bu səbəbdən və tövsiyə edilən miqdarı qidalar vasitəsilə əldə etmək çətin olduğu üçün həm hamiləlikdən əvvəl, həm də hamiləliyin 12-ci həftəsinə qədər fol turşusu qəbul etmək tövsiyə olunur.

article 11 pregnancy nutrients fibre Körpələrin hamiləlik dövründə aldıqları qidalandırıcıların körpəlik, uşaqlıq və sonrakı dövrlərdə sağlamlıqlarına təsir etdiyi qəbul edilmişdir.

Yod

Yoda sadəcə kiçik miqdarda ehtiyac duyulmasına baxmayaraq, körpənizin beyin inkişafına töhfə verən qalxanvari vəz hormonlarının əmələ gəlməsi üçün vacibdir.8

Bu mikroelementin kifayət qədər qəbul edilməsi körpənizin danışmağı öyrənməsinə, yaddaşına, problem həll etməsinə, qərar verməsinə və həyatı boyunca onu dəstəkləmək üçün lazım olan bir çox bacarıqları yerinə yetirməsinə kömək edən koqnitiv inkişafı dəstəkləyir.8

Dəmir

Hamiləlik dövründə qanın həcmi dramatik dərəcədə artır. Qanın əhəmiyyətli bir komponenti olan dəmir hamiləlik pəhrizinizə daxil etməli olduğunuz vacib mineraldır.9

Sağlam dəmir təmini dəmir əskikliyi anemiyası ehtimalını azaldır və körpənizin beyin inkişafını dəstəkləyir. Bundan əlavə, körpənizin həyatının ilk aylarında etibar edəcəyi dəmir ehtiyatının formalaşmasına da kömək edir.10

K vitamini

Yağda həll olan K vitamini qanın normal laxtalanmasına kömək edir. Hamiləlik dövründə kifayət qədər tədarük olunması körpənizin ehtiyat saxlamasına kömək edərək doğuşdan sonra laxtalanma riskini azaldır.

Omeqa-3

Omeqa-3 koqnitiv inkişafı dəstəkləməsi və ürək xəstəliyi riskini azaltması ilə bilinən faydalı yağ turşusu növüdür.

Faydalı Omeqa-3 mənbəyi yağlı balıqlardır, çünki oqranizminizin ehtiyac duyduğu DHA kimi bilinən uzun zincirli yağ turşusunun əvvəlcədən formalaşmasını təmin edir. Bu xüsusi yağ turşusu beyin və göz toxumalarının əsas komponentidir.11,5 Körpənizin həm kritik inkişaf mərhələsində, həm də həyatı boyunca düşünməsini, öyrənməsini və başa düşməsini təmin edən normal beyin fəaliyyəti üçün kifayət qədər və uyğun şəkildə balanslaşdırılmış Omeqa-3 mənbəyi lazımdır.

NÖVBƏTİ ADDIMLAR

Yediyiniz qidalardan maksimum miqdarda qidalandırıcı maddə almağınız üçün bu tövsiyələrə əməl edin:

  • C vitamini və folat tərkibini saxlaması üçün tərəvəzləri buxarda bişirin və ya qril edin.
  • Dəmirin sorulmasını artırmaq üçün bitki mənşəli mənbələr (yarpaqlı tərəvəzlər və lobya) ilə birlikdə C vitamini ilə zəngin qidalar yeyin.
  • Yeməklərlə birlikdə süd məhsulları yeməkdən və içməkdən çəkinin, çünki kalsium dəmirin sorulmasına mane ola bilər.
  • Meyvə və tərəvəzlərin qidalandırıcılıq xüsusiyyəti dərildikdən sonra azalmağa başlayır. Onlardan maksimum şəkildə fayda götürmək üçün daşınması uzun vaxt tələb etməyən yerli məhsulları alın və aldıqdan qısa müddət sonra yeyin.
  • Qidalandırıcılarını bioloji olaraq daha uyğun hala gətirmək üçün pomidoru bişirib yeyin.

  1. British Nutrition Foundation. Nutrition and development, short and long-term consequences for health. London: Wiley Blackwell, 2013.
  2. Vanhees K et al. You are what you eat, and so are your children: the impact of micronutrients on the epigenetic programming of offspring. Cell Mol Life Sci 2014;71(2):271- 285.
  3. NHS UK. Vitamin A [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Vitamin-A.aspx[Accessed June 2014]
  4. Azaïs-Braesco V, Pascal G. Vitamin A in pregnancy: requirements and safety limits. Am J Clin Nutr 2000;71(Suppl 5):S1325-1333.
  5. British Nutrition Foundation. Nutrition and development, short and long-term consequences for health. London: Wiley Blackwell, 2013. (5a:155; 5b:157).
  6. NHS UK. Vitamins and nutrition in pregnancy [Online]. 2013. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/vitamins-minerals-supplements-pregnant.aspx[Accessed June 2014]
  7. Van Uitert EM et al. Influence of maternal folate status on human fetal growth parameters. Mol Nutr Food Res 2013;57(4):582-595.
  8. Bath SC, Rayman MP. Is iodine deficiency during pregnancy a public health concern in the UK? Nutr Bulletin 2013;38(4):400-404.
  9. Morales E et al. Maternal vitamin D status in pregnancy and risk of lower respiratory tract infections, wheezing, and asthma in offspring. Epidemiol 2012;23(1):64-71.
  10. Scholl TO. Maternal iron status: relation to fetal growth, length of gestation, and iron endowment of the neonate. Nutrition Reviews 2011;69(Suppl):S23-S29.
  11. Richardson AJ. Long-Chain Polyunsaturated Fatty Acids in Childhood Developmental and Psychiatric Disorders. Lipids 2004;39:1215–1222.

Son baxış: 18 avqust 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x