Balanslaşdırma
A vitamini parıltısı
A vitamini inkişaf etməkdə olan körpəniz üçün vacibdir: o, immun sisteminin inkişafına kömək edir, sağlam gözlər və dəri üçün əhəmiyyətlidir.1 Amma qədərindən artığı zərərli ola bilər. Bu immun gücləndirici qidalandırıcının hansı mənbələrinin hamiləlik pəhrizinə daxil edildiyini və düzgün qəbul edilməsini təmin etmək üçün hansı qidalardan və əlavələrdən uzaq durmaq lazım olduğunu öyrənin.
A vitamini nədir?
A vitamini körpənizin vücudunun ən mürəkkəb və fövqəladə hissəsinin – gözlərinin inkişafına töhfə verir. O, körpənizin ciyərlərində alveol adlandırılan milyonlarla kiçik hava kisəsinin əmələ gəlməsinə kömək etməklə bərabər, immun sistemi və dəri hüceyrəsinin1 yaranması üçün də əhəmiyyətlidir. Onlar oksigenin qana ötürülməsində, karbon dioksidin isə geri qaytarılmasına imkan verir.2
A vitamin iki formada mövcud olur:
- Retinol – bəzi ət və balıq məhsullarında yüksək miqdarda, süd məhsulları və yumurtada isə təhlükəsiz səviyyədə1
- Beta-karoten – meyvə və tərəvəzlərdə mövcud olan və orqanizmin A vitamininə çevirə bildiyi maddə1
A vitamini hamiləlik üçün zərərlidir?
Hamiləlikdə düzgün miqdarda A vitamini qəbul etmək bir qədər balanslaşdırma tələb edən hərəkətdir; qədərindən artığı inkişaf etməkdə olan körpənizə zərər verə və doğuş qüsurlarına yol aça bilər,1 qədərindən azı isə sizin və körpənizin inkişafı üçün risklərə malikdir.3 Sağlam şəkildə qəbul edilməsi körpənizin normal inkişafı üçün ehtiyac duyduğu qidalandırıcı dəstəyi almasını təmin edəcək. Xoşbəxtlikdən, aşağıdakı bəzi sadə, amma vacib qaydalara əməl etməklə bunun öhdəsindən gəlmək asandır.
A vitamini hamiləlikdə analar üçün niyə vacibdir?
İmmun sistemini dəstəkləmək xüsusiyyətinə görə A vitamini hamiləlik boyunca sizin sağlamlığınıza fayda verir.4 Kifayət qədər və etibarlı şəkildə qəbul edilməsi hər mərhələdə vacibdir. Bununla belə, körpənizin sürətli inkişafı və artan qan həcmi səbəbindən ehtiyacları artdığı üçün üçüncü rübdə A vitamini çatışmazlığı riski yüksəkdir. Orqanizminiz təbii olaraq körpənizin ehtiyaclarını ön planda saxlayır, buna görə də daha çoxuna ehtiyacınız yaranır.4
Körpənizin ehtiyatını formalaşdırmaq
A vitamini yağda həll olan vitamindir, yəni qara ciyər və yağ hüceyrələrində yığılır.5 Hamiləlik dövründə sağlam A vitamini ehtiyatı körpənizin həyatının ilk bir neçə ayına hazırlıq olaraq onun təbii ehtiyatını formalaşdırır.6
A vitamininin aşağı səviyyəsi körpənizin doğuşdan sonra immun funksiyasına təsir edərək onu infeksiya və xəstəliklərə qarşı daha həssas hala gətirə bilər.6
Düzgün balansı tutmaq
Hamiləlikdə A vitamini qəbul etmə norması adi vaxtdan bir qədər daha çox, gündə 100 mkq-dır.7 Körpənizi əmizdirməyə başlayarkən ehtiyacınız daha da artaraq gündə 350 mkq-a yüksələcək.7
Süd məhsullarında, bəzi meyvə və tərəvəzlərin tərkibində mövcud olduğu üçün insanların çoxu ehtiyac duyduğu A vitamininin hamısını düzgün balanslaşdırılmız pəhriz vasitəsilə ala bilir.1
Qara ciyər və qara ciyər əzməsi kimi tərkibində A vitamini yüksək olan bəzi qidalar hamiləlikdə uzaq durulmalı qidalar sırasındadır. Bu qidalardan uzaq durduğunuz müddətdə A vitaminini qəbul etməyiniz etibarlı şəkildə olmalı və körpənizin inkişafı üçün hər hansı bir risk yaratmamalıdır. Treska ciyəri yağı kimi tərkibində yüksək səviyyədə A vitamini olan hamiləlik üçün nəzərdə tutulmayan bəzi dərman əlavələrindən də uzaq durmaq lazımdır.8
Retinol (A vitamininin heyvan mənşəli forması) mənbələrinə aiddir1:
- Pendir
- Zənginləşdirilmiş yaxmalar
- Qatıq
- Yumurta
Orqanizminiz bəzi meyvə və tərəvəzlərə narıncı rəngi verən beta-karoteni A vitaminə çevirə bilir. Beta-karoten bunların tərkibində ola bilər:
- Kök
- Portağal
- Şirin kartof
- Ərik
NÖVBƏTİ ADDIMLAR
Sağlam A vitamini qəbulunu bu üsullarla təmin edin:
- Qəbul etdiyiniz dərman əlavələrinin tərkibində A vitamini olmadığından əmin olun
- Qara ciyər əzməsi və qara ciyər məhsullarından uzaq durun
- Sağlam və balanslaşdırılmış pəhrizinizə bol miqdarda narıncı rəngli meyvə və tərəvəzlərdən əlavə süd məhsulları və yumurtanı da daxil edin
- NHS UK. Vitamin A [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/Vitamin-A.aspx[Accessed June 2014]
- Checkley W et al. Maternal vitamin A supplementation and lung function in offspring. N Engl J Med 2010;362(19):1784-1794.
- WHO. Micronutrient deficiencies [Online].
- Van den Broek, N et al. Vitamin A supplementation during pregnancy for maternal and newborn outcomes. Cochrane Database Syst Rev 11, 2010.
- NHS UK. Vitamins and minerals [Online]. 2012. Available at: www.nhs.uk/Conditions/vitamins-minerals/Pages/vitamins-minerals.aspx [Accessed June 2014]
- Azaïs-Braesco V, Pascal G. Vitamin A in pregnancy: requirements and safety limits. Am J Clin Nutr 2000;71(5):1325-1333.
- Department of Health. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom No. 41. London: HMSO, 1991.
- NHS UK. Can I take cod liver oil supplements when I’m pregnant? [Online]. 2014. Available at: www.nhs.uk/chq/Pages/1757.aspx?CategoryID=54&SubCategoryID=129 [Accessed June 2014]
Son baxış: 18 avqust 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.